Yaxşı ki, "İşıq ucu" var…
Tənqid
- 28.02.2012
- 0 Şərh
- 1000 Baxış
Fərqanə MEHDİYEVA,
«Ulduz» jurnalının poeziya şöbəsinin müdiri
Sevimli şairimiz Fikrət Sadığın sözünü xatırlamaq istəyirəm: «Şeir o zaman hamının olur ki, ordakı dünyaduyum ən azı on adamın ürəyindən xəbər vermiş olsun. Yəni heç olmasa on adam sənin yazdığını görüb, duyub qələmə alıb, yazmayıb, ya yazıb çatdıra bilməyib, amma sən bu sözləri onlardan əvvəl demisən. Odur ki, hamıya doğma olub». İstedadlı şair Baloğlan Cəlil İdrisisinin də şeirləri oxucuya doğmadır, onun ürəyindən xəbər verir. İmzasını çoxdan tanıyıram. Şeirlərini ədəbi orqanlarda, müxtəlif mətbuat səhifələrində oxumuşam. Amma «İşıq ucu» kitabını bir neçə aydır ki, əldə etmişəm. Kitabın içindəki şeirlər şairin həm ürəyi, həm də təkcə qələmi ilə bərabər… işığın ucu ilə yazılıb:
Bizim içimizdə qorxu yaşayır
Yalandan qışqırır çoxumuz hələ.
İnana bilmirik, damla daş oyur
Daşa dəyməkdədir oxumuz hələ.
Baloğlan Cəlil İdrisinin poeziyasındakı müasirliyin, əsl mənbəyi məhz belə həyati və fəlsəfi mövzulardır. Şair «Sinəndə arxayın gəzirik, Vətən» şeirində öz vətəndaşlıq iddialarına böyük qətiyyətini belə bildirir:
Sinəndə arxayın gəzirik, Vətən
Heç ola bilmədik üzərrik, Vətən
Qol-budaq doğranır, dözürük, Vətən
Dözürük, çatlamır baş-beyin hələ.
Ölümü gözünə alan quşların,
Daşı sinəsiylə yaran quşların,
Yuvası üşüyən qaranquşların,
Qanlı sinəsinə daş dəyir hələ.
Bu cür həqiqətlərin, etirafların bolluğu Baloğlanın şeirlərinin səmimiyyət həddinin yüksəlməsinə və bununla da oxucunun ürəyinə yol tapmasına səbəb olur:
Söz calayır söz dərində,
Qəm daşıyam sözlərimdə,
Bu dünyanın gözlərində,
Qala bilmədim, bilmədim.
Mən varağa dərd əkərəm,
Mən əzəldən dərdi kürəm,
Bu dünyada bircə kərəm,
Gülə bilmədim, bilmədim.
Baloğlan Cəlil sözün qədrini-qiymətini çox gözəl bilir. Bu da onun dünyanın sözdən yarandığını, sözün özünün nə olduğunu bilməyindən irəli gəlir:
Çiynində dərdin ağırı,
Gözündə qəmin böyüyü.
Hər səhər Allah çağırıb
Dərdin ardınca yüyürür.
Qardaş uzaq, dostlar sərin,
Hələ bəlli deyil yerin,
Dolan başına sözlərin
Hələ ki, qəlbin döyünür…
İlin-günün bu vaxtında adamı özündən almaq, özünə qaytarmaq ancaq şairlərə məxsusdu. Onun şeirlərinin mövzusu rəngarəngdi. Özünün dediyi kimi, «sinəm açılmamış qala qapısı»dır.
Dost əliimdən yapışmasa da,
Dərdləri tez gəlir, tapır sinəmi.
Hərdən sinəsinə döyən tapılmır
Döyən tapılmayır qapı sinəmi.
Köhnə unudulmuş qapıyam, dedim,
Gözəl qapıların içində itən.
Mənəm içəridən sökülən qala
Bir qala «tənhalıq içində bitən».
Baloğlan Cəlilin lirik şeirləri hisslərin səmimiliyi və təbiiliyi ilə diqqəti cəlb edir. Onun «Atama», Atamın papağı», «Ay lələ», «Analı dünyam» şeirlərindən ata sevgisi, ana məhəbbəti qırmızı xətt kimi keçir. Onun hansı şeirini oxudumsa, işığından uzaqlaşa bilmədim.
Sənin pəncərini işığı yanır,
Sənin pəncərəndə Tanrı gücü var.
Sənin pəncərəndən sənə baxmağa,
Deyəsən, bu gecə işıq ucu var.
Sənin pəncərənin işığı gəlir,
Gəlib ürəyimi çəkib aparır.
İşığa yığışan pərvanələr tək,
Dəyib pəncərənə haray qoparır.
Sənin pəncərənin işığı gəlir,
Sənin pəncərəndə işıq ucu var.
Mənim gözlərimə düşüb işığı,
Sənin pəncərəndə Tanrı gücü var.
«Ulduz» jurnalının 12-ci nömrəsində Baloğlan Cəlilin yeni şeirləri Qulu Ağsəsin təqdimatı ilə dərc olunub. Qulu Ağsəs yazırdı: «Baloğlan vaxt tapandan tapana şeir yazır. Amma bu şeirləri diqqətlə oxuyanda vaxtdan özgə şeylər də tapmaq mümkündü…»
Baloğlan Urfada yaşayır, Vətəndən uzaqda… hər şeyi kənardan izləyir, elə adətən hər şey də tamaşaçıya uzaqdan aydın görünür. Elə biz də onu uzaqdan daha aydın görürük, çünki bu yolu ona şeirlərinin işığı açır. Əsas odur ki, yaxşı yazır. Şeirin, sözün sərhədi olmur. Baloğlanın şeirlərinin işığı uzaqdan da olsa poeziyamızın mənzərəsinə qəşəng yaraşır.