“YUĞ” Dövlət Teatrı 2019-cu ilin ilk tamaşasını təqdim edəcək

“YUĞ” Dövlət Teatrı 2019-cu ilin ilk tamaşasını təqdim edəcək

"YUĞ” Dövlət Teatrı 5 yanvar tarixində 2019-cu ilin ilk tamaşasını təqdim edəcək. 

6 yanvar tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın "Cəngəllikdə” novellası əsasında hazırlanmış "Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa namyuş olunacaq. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. 

Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər. Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib.

Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala 3 müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır.