Zərin Hüseyn. Şəhid həsrəti (ŞEİR)

Zərin Hüseyn. Şəhid həsrəti (ŞEİR)

Yaşamaqdan utanır, 
bəziləri səssiz nəfəs alır,
"Getsən, ölərəm”,  - deyənlər
indi sənsiz nəfəs alır..
Söylə, indi ruhun şadmı?
Bu torpaqda yenə böylə
mərd igidlər doğacaqmı?!

Gedişinlə solan güllər
Qoruduğun torpaqlara qibtə eylər,
insanların çoxu bu gün sevinmirlər,
Sənin kölgən yoxdur deyə
yox olmağı diləyirlər - ölməyi istəyirlər..
Onlar indi hara getsin? Söylə, Şəhid,
Yaşamağı bacarmayan necə gözəl ölə bilsin?

Mən özümsə, bilmirəm heç hardayam,
Bir balaca torpaqdayam, dünya boyda
Vətənim var...
Tanımadan sevdim səni, ancaq
sonsuz həsrətim var...

Bilmirəm heç hardayam,
Səndən, sizdən – ürəklərdən
məhrum olan bu Vətənin
bir kimsəsiz övladıyam.