Yazıçı Nərmin Kamal Almaniyada keçirilən yarışmanın qalibi olub
- 09.08.2008
- 0 Şərh
- 399 Baxış
KultAz: Azad Yazarlar Ocağının üzvü yazıçı Nərmin Kamal Almaniyanın Berlin şəhərində gənc avropalı yazıçılar arasında keçirilən Young Euro Connect yarışmasının qalibi olub. Yarışma Young Euro Classic musiqi festivalının davamıdır.
“Avropa qardaşlıq birliyidirmi?” şüarı altında keçirilən bu yarışmaya on iki ölkənin gənc yazıçısı cəlb edilib. Bu suala on iki ölkənin on iki yazarı öz esseləri ilə cavab verib. Onlar arasından münsiflər heyəti altı ən yaxşı müəllifi seçib: Mihkel Kaevats (İslandiya), Nərmin Kamal (Azərbaycan), Ursula Knoll (Avstriya), Agnar Lirhus (Norveç), Annelies Verbeke (Belçika) və Jakub Żulczyk (Polşa).
Gənc yazarlar Avropanı necə görmək istəyirlər? Avropa qardaşlıq ailəsində onların nöqsanlı hesab etdiyi nələr vardır? Berlində start verilərək Münxendə tamamlanacaq olan gənc yazarların Avropa ekspansiyası bu və başqa suallara cavab axtaracaq. Müəlliflər auditoriya qarşısında öz esselərini ana dillərində oxuyacaqlar. Daha sonra əsərlər alman dilində səslənəcək. Yarışmanın keçirilməsində məqsəd Avropa Qardaşlıq Ailəsinin mökəmləndirilməsində gənclərin iştirakını artırmaqdan və yeni nəsil yazıçılar arasında əlaqələr yaratmaqdan ibarətdir. Almaniyada keçirilən bu forumdan öz vətənlərinə qayıdan gənclər Qardaşlıq ideyasının birər elçiləri olacaqlar – yarışmanın proqramında belə deyilir.
Məlumat üçün onu da bildirək ki, Azərbaycanı təmsil edən Nərmin Kamal bu ayın 14-də Berlinin Werner-Otto zalında, ayın 15-də isə Münhenin "Ampere im Muffatwerk" zalında (hər ikisi saat 20:00-da) tədbir iştirakçıları qarşısında çıxış edəcək.