Aygün Aslanlı. Seks həmişə olub və olacaq!
KİNO
- 15.01.2009
- 0 Şərh
- 2683 Baxış
Şərq kinosu avropalıya sevişməyi öyrədir
Prinsipcə, istənilən adama qonşu qadının və ya naməlum idmançının çılpaq bədənini göstərsən, mütləq əlindəki işi yarımçıq qoyacaq. Erotik kinonun da əsasında, məhz, bu ideya dayanır - adamlar dəfələrlə gördükləri nəyi isə yenə görmək istəyirlər. Bu janrın da öz dahiləri və ustadları var.
Əgər yalnız Amsterdamdakı seks muzeyində rast gəlinən, 20-ci illərin ağ-qara süjetlərini, yaxud "Sergi ata" filmindəki kimi nadir erotik epizodları nəzərə almasaq, II Dünya Müharibəsinin sonlarına qədər erotik kino məfhumu mövcud deyildi. O vaxta qədər ekranda hətta məsum qucaqlaşmaların belə göstərilməsi qadağan idi. Cüzeppe Tornatorenin "Yeni Paradizo" kinoteatrı" filmində belə bir epizod var: filmin birinci nümayişində zalda əlində zınqırov tutmuş arıq rahib oturur. Qəhrəmanlar ekranda öpüşəndə, ya da ona bənzər nə isə edəndə rahib zınqırovu cingildədir və həmin kadrı o dəqiqə kəsirlər. Reallıqda isə hətta Disneyin "Fantaziya" adlı cizgi filmi də senzuraya məruz qalmışdı - çılpaq sinəli qadın kentavrlar ucbatından... Amma Xirosimaya bomba atılandan və sülh müqaviləsi bağlanandan sonra planetin genofondunu bərpa etmək lazım idi və xüsusi əyləncələrə ehtiyac yarandı. Tornatorenin yuxarıda adı çəkilən filminin başqa bir epizodunda tamaşaçılar ilk kəsilməmiş öpüş səhnəsini gurultulu alqışlarla qarşılayırlar. "Arzular tramvayı" filmində qurşaqdan yuxarı çılpaq çəkilmiş Marlon Brando və bu gün üçün həddindən artıq məsum olan "Conni gitara" filminin rejissoru Nikolas Rey erotik kinonun ilk ulduzları idilər.
Adətən, ictimai yerlərdə gizlətdiyimiz bədən hissələrinin kütləvi nümayiş olunduğu əsl erotikaya növbə bir qədər gec çatdı. Bu baxımdan Luis Bnüelin "Gündüz gözəli" və Roje Vadimin "Barbarella" filmləri erotik janrın ilk nümunələridi. Hər iki film ekranlara 67-ci ildə çıxıb. Katrin Denev və Ceyn Fonda bir anın içində seks simvollara çevrildilər. Onların ardınca isə Bridcit Bardo və Sofi Loren də bu statusu qazandı. Bu filmlərdə incəsənətin bu növünə aidbütün mənfi və müsbət cəhətlər toplanmışdı. Ümumiyyətlə, erotik janrın ən yaxşı nümunələri özündə dostoyevskisayağı ehtirasları və fredsayağı kompleksləri birləşdirib. Ofeliya, Ledi Maqbet arzusunda olan bədbəxt ulduzlar seks simvolu damğasından ya sellyülit qazanandan, ya da ona ekranda başı açıq görünməyi qadağan edən ərəb neft şeyxinə ərə getdikdən sonra qurtulurdular - Mey Uest, Qreys Kelli, Coan Krouford və İda Lupinoyla olduğu kimi.. Ceyms Din və Merilin Monro bu "yüksək statusun" bədəlini həyatları, Qreta Qarbo, Bricit Bardo, Valentina Karvayeva psixi sağlamlıqları bahasına ödəyirdilər. Publikanı isə bunların heç biri maraqlandırmırdı - çünki BÖYÜK EROTİKA DÖVRÜ yaxınlaşırdı.
70-ci illər yaddaşlarda təkcə hippi ideallarının geniş yayıldığı dövr kimi qalmayıb. Bu illər həm də erotik janrın ən çox inkişaf etdiyi dövrdü. Erotik janrın ən maraqlı, kütləvi, intellektual nümunələri, məhz, bu illərdə yarandı. Vudi Allenin "Sizin seks haqqında bilmək istədiyiniz, amma soruşmağa qorxduğunuz hər şey", Bertolluçinin "Parisdə sonuncu tanqo", Linda Lavleysin baş rolda çəkildiyi "Dərin boğaz", Silviya Kristelin iştirakıyla "Emanuel" filmləri ekranlara demək olar ki, eyni vaxtda çıxdılar. Bu filmlərdə qadın bədənindən alınan həzz, kişi bədəninə utancaq pərəstiş, haram meyvənin acı təmi, cəmiyyətdə normal cütlüklər üçün tamamilə yararsız hesab edilən sevgi oyunları və s. göstərilirdi. Filmlərin avropalı qəhrəmanları tamaşaçılara Erosun sirlərini açırdı, onları başqalarının xoşbəxtliyindən həzz alaraq özününkünü qiymətləndirməyə məcbur edirdilər. Tamaşaçılar "Açar", "Balaca Vera", "9 həftə yarım" filmlərinə baxırdılar, ordakı kimi "eləmək" istəyirdilər. Hamıda alınmırdı, ancaq "kimsə belə eləyir" düşüncəsinin verdiyi qətiyyət gizli qapıları açmağa yardımçı olurdu.
Çoxlarına elə gəlirdi ki, artıq sondu. Daha bu mövzuya nə isə əlavə eləmək qeyri-mümkündü. Əgər pornoqrafiyanı nəzərə almasaq… Çünki süjet, dialoq, kostyum kimi detalları itirən pornoqrafiya çoxdan müstəqil janra çevrilmişdi. Amma Avropada qızğın ehtirasların səngiməyə başladığı anda okeanın o tayından heç kimin tanımadığı, daha maraqlı və cəzbedici kinonun sədası gəldi.
Yaponiyalı qiyamçı - Naqisa Oşimanın "Hisslərin imperiyası" filmi Cast Cekinin "O.-nun əhvalatı" filmiylə eyni ildə yarandı. Lakin Cekinin avropalı qızın psixoloji cinsi yetişkənliyindən danışan son dərəcə adi filmiylə müqayisədə ( əslində müqayisə yersizdi) "Hisslərin imperiyası" müasir insana oriyental seksologiyanın qədim, qorxulu və çox gözəl aləmini göstərirdi. Məsələ onda deyildi ki, finalda filmin qəhrəmanı Sada xəncərlə sevgilisinin cinsi orqanını kəsirdi. Sadəcə avropalı tamaşaçının gördüyü yeni estetik dəyərlər, buna qədər vərdiş elədiyi erotikanın standart qəlibləriylə bir araya sığışmırdı. "Hisslərin imperiyası"ndan sonra "Narayama haqqında əfsanə" və "Maks, mənim məhəbbətim" filmlərini görən avropalılar bir daha əmin oldular ki, sən demə, kişi və qadın münasibətləri çox şeyi bilmirlərmiş. Gündoğar ölkədə ümumiyyətlə, Uzaq Şərqdə çəkilmiş erotik filmləri azacıq anlamaq üçün onların mədəniyyətindən, mentalitetindən cüzi xəbərdar olmaq lazımdı. Məsələn, "Lolita" kimi əsərlər heç vaxt Yaponiyada uğur qazanmayıb. Çünki orda yaşlı əminin yeniyetmə qızla məhəbbət macərası adlı problem yerli-dibli mövcud deyil. Çünki Yaponiyada uşaq seksi kultu adi haldı. Yapon qadınları 40 yaşlarına qədər gündəlik həyatda da, yataqda da özlərini uşaq kimi aparırlar. Məktəblilər, kino, fotokamera qarşısında məmnuniyyətlə çılpaq dayanırlar, sonra isə nəticəni valideynlərinə göstərirlər. Yaponiyada pornoqrafiya kateqoriyasına çılpaq bədən yox, məsələn, qasıqdakı tüklərin nümayişi aid edilir.
"Narayama"da göstərilən kimi təbii ehtiyacların soyuqqanlılıqla ödənilməsi prosesinə yaponların münasibəti yeməyə, cırıq kimononun yamanmasına göstərilən münasibətlə eynidir. Yəni belə aktlar üçün gizlənmək, cəmiyyətdən təcrid olunmaq vacib deyil. Yaponlar (uzaq şərqlilər üçün) öz fiziologiyalarını adiləşdirmək, əvəzində ağrı, qorxu, laqeydlik, ölüm, qocalıq kimi daha dərin, mənəvi, erotik hisslərin mistik izahı xarakterikdi. Yaponiya və ona yaxın bölgələrin samurayları santexnikləri başqa cür qucaqlaşıb, başqa cür sevişir, başqa cür ölürlər.
70-ci illərin erotik partlayışı keçdikdən sonra da bu janrın ustadları öz filmlərini hələ də klassik üslubda çəkməkdə davam edir, janrın söhrətini saxlamağa, qaytarmağa çalışırdılar. Lakin klassik erotikanın qürubu artıq başlamışdı. Ekranlara yeni estetik baxışları, insan bədəninə yeni münasibətləri əks etdirən filmlər çıxırdı.
Erotik kinonun ikinci güclü axını keçən əsrin sonu və XXI əsrin ilk illərinə təsadüf edir. Hollivudun QİÇS-i, narkotiki əlində bayrağa çevirərək öz impotentliyini boynuna aldığı bir dövrdə Qərbi Avropa və Uzaq Şərq kinolent vasitəsilə kütləyə güclü seksual enerji ötürməyə başladı. Fransada istehsal olunmuş "Romans", "Sirr", "Hər gün başqa bədbəxtlik", Belçikanın "Aşiq Toma", Fransa və Britaniyanın müştərək işi olan "İntim" fimləri bir daha erotik janrın qəliblərini dağıtdılar. Yaponiyada çəkilmiş "Kinosınaq", Cənubi Koreya istehsalı olan "Ada" və "Yalan" filmləri sevgiyə sərhəd, tabu qoymağın mümkünsüzlüyünü növbəti dəfə sübut elədi.
Yeni erotik kino nədi? Hər şeydən əvvəl onun bünövrəsində qlobal dramaya çevrilən ruhi patologiya dayanır. Faciəvi süjet, qırıq kadrların xarekterik olduğu yeni filmlərdə bəzən heç çılpaq insan bədəni göstərilmir. Ekstaz mövzusu isə su damcıları, şəkilli ensiklopediya və sair priyomlarla həll olunur. Patris Şeronun "İntim" filmində ən günahsız epizod qəhrəmanların sevişdiyi səhnədi. "Ada" filminin əsas erotik simvolları içalatı çıxarılmış balıqlardı, boğularaq öldürülmüş fahişələr isə sadəcə yuxudu.
"Kinosınaq" filmində də qəhrəmanın həyatı eyni kabus içində keçir. Yaşlı intelegent yeni həyata başlamaqdan, sevgidən o qədər qorxur ki, gənc sevgilisinin sadomazo oyunlarını məmnuniyyətlə qəbul edir. Əsl həzz əzabdı, məhəbbət və ölüm bir yerdə rahat yaşayır.
Nə qədər ki böyüklər var, böyüklər üçün kino da olacaq…