Ayxan Kiçikbəy. Sevgi məktubları
Proza
- 02.11.2009
- 0 Şərh
- 887 Baxış
İçəri girəndə sinif yoldaşlarımın bir yerə yığışdığını gördüm. Adətən onlar çox nadir halda toplandıqlarından məni maraq bürüdü. Hiss elədim ki, nəsə bir iş var. Ağlıma ilk gələn bu oldu ki, bizim oğlanlar hansısa müəllimin başına oyun açmaq üçün yeni plan fikirləşirlər. Çünki əvvəllər bu cür oyunların, adamı gülməkdən qırıb-çatan hadisələrin çox şahidi olmuşdum. Amma indi uşaqların qırımından anladım ki, deyəsən bu nəsə başqa, daha ciddi şeydir. Çünki onların üzündəki ifadə bunu deyirdi. Kənarda, üstü toz-torpaqlı bir partanın arxasında oturub bir xeyli fikirləşdim ki, görən bunlar nə oyun çıxarır. Deyəsən, onların gəlişimdən heç xəbərləri də yox idi. Ona görə ki, mənə sarı baxan bir nəfər belə yox idi, başları yaman qarışmışdı. Hamısı öz hayında idi. Başımı təzəcə aşağı salmışıdım ki, elə bil ətrafımı kölgə bürüdü. Partanın üstünü qaranlıq aldı. Əvvəl havanın tutulduğunu zənn etsəm də, başımı qaldıranda mənə gülümsəyərək baxan sinif oğlanlarımızı gördüm.
Birdən-birə yığışdıqları yerdən durub mənə tərəf gəlmələri, başımın üstünü kəsdirmələri elə bil məni ayıltdı. Əvvəl düşündüm ki, yəqin məndən köçürməyə dəftər-zad istəyəcəklər. Amma qımışmalarından məsələnin dəftərlik olmadığı sezilirdi. Həm də son sinifdə olduğumuzdan daha oxuyan kim idi ki? Burnumuzu dik tutub özümüzü Allahın bacısı oğlu kimi aparır, tez-tez dərsləri buraxıb bulvarda avaralanmağa gedirdik. Müəllimlər də bizim bu hərəkətimizə göz yumurdular, bizə gözün üstə qaşın var deyən yoxdu. Yəqin direktor ilin axırında, attestat veriləndə bunların hamısını ata-analarımızın dərisindən çıxaracaqdı. Nə isə...
Hə, uşaqlar böyür-başıma yığışmışdı. Üz-gözlərindən mənə nəsə mühüm bir sirr açacaqları oxunurdu. Bəlkə bir dərdləri var? Elə bunu fikirləşirdim ki, sinfimizin ən avara, adam güldürməkdə ad çıxarmış Kuku Ruslanın səsini eşitdim:
- Ə, bizə məktub yazarsan?- O, ərklə əlini çiynimə qoydu.
Nə məktub? İndiki vaxtda, telefonun, komputerin tüğyan elədiyi bir vaxtda məktub yazan kimdi? Məktub yazmaq keçmiş əyyamda qalıb. Özü də dəbdən düşüb. İndi məktub yazana ağlı çaşmış adam kimi baxarlar. Bununla belə:
- Məktub, nədi? Nə danışırsan, ə?- qəsdən səsimi bir az qaldırdım. Hövsələm olsa, onlarla bir az məzələnib dolayardım da. Ancaq bu gün kefim yox idi. Oğlanlarımızın yanaqları isə yay kimi dartılmışdı. Qımışmaqdan elə sifətləri də bu kökdə qalmışdı.
Kuku ətrafa döyküb yad adam olmadığına əmin olandan sonra:
- Sevgi məktubu.—dedi.
- Nə? Nə?—elə bildim yaxşı eşitməmişəm. Bir bu çatmırdı. –Gedin özünüzü dolayın—dedim.—Mən özüm dolamağa adam gəzirəm.
Kuku Ruslan:
- Düz sözümüzdü—dedi.—Nə dolamaq, özün bilirsən ki, sənin xətrini çox istəyirik.
Yağlı dilini işə salmışdı. Düzü bir az mən suyuldum: gör uşaqların arasında necə də hörmətim var.
- Hə, nə məktubdu elə.—Gözümü ona zillədim.
O və ətrafındakılar ciddi görkəm aldılar. İçlərində utananı da vardı. Bu üzlünü irəli salmışdılar. O da utanıb eləmədən mənim yaxama çökmüşdü.
- Hə, məsələ belədir. –Kuku Ruslan mətləb üstə gəldi. - Bizim sevdiyimiz qızlara yazacaqsan,- bunu deyib yanındakıların üzünə baxdı.
Yəqin uşaqların onun sözünə kömək durmağını umurdu. Tural elə bil bunu hiss etdi, o saat özünü araya saldı.
- Pul da verərik, sən təki elə elə ki, qızlar uyusunlar. Başa düşdün?—deyib əlimə bir qələm tutuşdurdu.
Sonra kimsə qabağıma ağ vərəq qoydu. Qoçaqlar əvvəlcədən əmməlicə hazırlaşıbmış ki!
-İndi yazım?—könülsüz dedim.
Düzdü, pula suyulmuşdum, ancaq belə qızdır-basdır, tələsik sevgi məktubu yazmaq olardı? Sevgi məktubunu yazmaq üçün gərək əməlli-başlı hazırlaşa, qəşəng sözləri seçib yan-yana düzəsən. Bu inşa-zad yazmaq deyil ki! Gərək buna xeyli vaxt sərf eləyəsən, şeir-meir seçəsən, adamı ağıldan-başdan eləyən sözlər tapasan.
Uşaqlar duruxduğumu görüb hər tərəfdən üstümə düşdülər:
- Hər məktuba bir manat,- hamısı həyasız-həyasız hırıldaşır, yassar dişlərini göstərirdilər.
- Yaxşı işdi ha—deyib mən də gülümsündüm. Hiss elədim ki, bu gün işlərim yaxşı gedəcək. Arada pul məsələsi vardı, axı.
Onlar mənim qımışdığımı görüb rahatlandılar və əmin oldular ki, işləri baş tutacaq. Uşaqların hərəsi cumub bir kağız götürüb bir-birini itələyə-itələyə növbəyə düzüldülər. Hamı irəli düşmək istəyirdi. Bu yaxşı oldu. Onsuzda anam neçə gündü pul vermir, bufetdən nə vaxtdı qamburqer alıb yeyə bilmirdim. Ancaq mənim dörd əlim yoxdu ki, bunların hamısını birdən yazım. Ona görə də üzümü onlara tərəf tutub ciddi görkəmlə:
- Bir-bir gəlin. Yoxsa yazmaram,- dedim.
Onlar bu sözü deyəsən, heç gözləmirdilər. Amma eşidən kimi geri çəkilməyə başladılar.
- Hə, birinci gəlsin, – dedim.
Bu səy aşiqlərin hərəsindən bir manat aldımmı, kalan olaram. Partaya ilkin olaraq Tural yaxınlaşdı.
- Əlin cibində olsun,—dedim.
Ciblərini eşəliyib bir manat çıxartdı. Deyəsən, gəlhagəlim idi. Pulu ortaya atdı. Hiss etdim ki, içim alovlanır, sözlər öz-özünə gəlir, qələmi götürməyimlə başımı aşağı salmağım bir oldu.Oxuduğum, eşitdiyim bəzi sevgi cümlələrini səliqəli şəkildə vərəqdə sıralayır, arada bir gül şəklindən çəkməklə də kağızı bəzəyirdim. Oğlanların çoxusu isə başımın üstünü kəsdirmişdi, bir qismi qapı tərəfdə durub telefonlarından çıxan mahnının sədası altında gözlərini bir nöqtəyə zilləmişdilər. Yəqin etdim ki, onlar sinifimizin qızlarının gəlib-gəlməmələrini pusurlar ki, işlər əngələ düşməsin. Bu isə mənə ləzzət eləyirdi. Elə bil şpiyon kinolarındakı kimi gizli bir iş tuturduq.
Hə, bizim qızları heç demə... Hamısı dəymə-düşər, ağızlarının sarısı getməmiş quş kimidirlər, bir şey deyən kimi xətirlərinə dəyir, burnunu sallayıb, gözlərinin yaşını silirlər. Qızlarımızın xasiyyətindən halı olduğumuzdan onların belə bir şeydən nə həngamə qoparacaqlarını da yaxşı bilirdik. Bir dəfə üçüncü dərsdən qaçıb parkda avarlanmağımızı müəllimizə satmaları, üstəlik də qayıdıb gələndə sinif rəhbərimizin yanında üzümüzə durmalarını heç birimiz unutmamışdıq. Onda idman müəllimizin hərəmizə bir sillə ilişdirməyindən canımızı qurtaracağımızı düşünsək də evə gedən kimi atalarımızın da qılıncının altından keçməli olduq. Səhər hamımızın üzündə göyərti yeri vardı. Hamımız bir-birimizə atamızın necə bizi döydüyünü danışır, sakit-sakit gülümsünürdük. O gündən sonra qızlarla danışmadıq. Hətta Dursuna da bərk-bərk tapşırdıq ki, qızların heç birinə riyaziyyatdan kömək eləməsin. Dursun riyaziyyatı yaxşı bildiyindən o gün müəllimizin verdiyi misalları bir nəfəsə eləyib köçürmək üçün dəftərini bizə verdi. Acgözlüklə misalları dəftərlərimizə köçürtdük. Qızların gözü isə Dursunun səliqəsiz dəftərində qalmışdı.
Utanmasalar köçürmək üçün onlar da dəftəri Dursundan istəyərdilər. Amma təhər-tövrümüzdən daha gülünc vəziyyətə düşməmək üçün elə umsuq gözləri ilə dəftərə baxmaqla kifayətlənirdilər. Onların bu halına için-için sevinir, gülməkdən özümüzü zorla saxlayırdıq. Əcəb olmuşdu. Satqınlığın axırı belə də olmalı idi! Sonra qızlar bizə kələk gəldilər. Fizikanı yaxşı bilən Kamilə məsələ dəftərini bizə köçürməyə verməyəndə Dərya müəllimə oğlanların hamısına ucdantutma "iki” yazdı. Qızlar öz qələbələrinə yamanca sevindilər. Düşmənçilik get-gedə böyüyürdü. Bir birimizə badalaq gəlməkdən bezmişdik. Axırda qərara gəldik ki, bu cür yaramaz, bu gün-sabah məktəbi bitiririk. Oğlanlar məni göndərib arada barışıq yaratmamı istədilər. Ancaq mənim bütün səylərim puça çıxdı. Dil töküb, yalvarmağım özümə qaldı. Qızlar daş atıb başını tutur, heç cür barışmağa razılaşmırdılar.
Sinifdə əmməli-başlı soyuq müharibə əhval-ruhiyyəsi vardı. Qızlara salam verən oğlanlara, eləcə də oğlanlarla kəlmə kəsən qızlara vətən xaini kimi baxırdıq. Bir-iki həftə bu cür davam etdikdən sonra deyəsən qızlar öz əməllərindən, bizi süründürməklərindən bezikdilər. Havadan barışıq iyi gəlirdi. Ciddi diplomatiyaya ehtiyac vardı. Axırda onlar məni çağırıb dedilər ki, oğlanlarla barışmağa hazırıq, amma bir şərtimiz var, bundan sonra heç kim, heç kimi baqaja qoymayacaq.
Mən də dil altda qalmadım. Dedim ki, əvvəl siz bizi baqaja qoymusuz, bu yaxşı hərəkət deyil. Bu barədə uzun-uzadı danışıb, onların lap zəhləsini tökdüm. Yanaqlarının xəfifcə allanmasından hiss olunurdu ki, öz günahlarını özləri də başa düşüblər. Nə isə, barışıqlıq yarandı. Bunu qeyd eləmək üçün o gün qızlara bufetdə bir çay qonaqlığı da verdik. Hamı umu-küsünü unutmuşdu. Heç nə olmamış kimi deyib-gülür və bir-birimizə sataşırdıq. Amma indi bu sevgi məktubları ortaya girmişdi. Bu dərsdən qaçmaq deyildi. Üstəlik də bunun sədası pis çıxardı. Bunu nə olur-olsun heç kəs, xüsusən də qızlarımız bilməməli idi. Oğlanlarımızın qorxusu əbəs deyildi. Yenidən yazı taxtasının qarşısında əsgər kimi sıralanıb sillələnmək hamımızı qorxudurdu. Bilirdik ki, nə iş tutduğumuzu anlasalar barışıqlıq, çay qonaqlığı-zad yaddan çıxacaq, yenə qızdıqlarına vurub hər şeyi bir-bir müəllimizin ovcuna qoyacaq və növbəti dəfə döyülməyimizə bais olacaqlar. Bir sözlə, hər şey yenidən təkrarlanacaq. Zor deyil ki, adam xasiyyətidən hələm-hələm əl çəkə.
Babam demiş, itnən dost ol, çomağını da yerə qoyma. Onu da deyim ki, qızlarla üzdə barışsaq da həmişə bizə etdiklərinin qisasını alacağımız günü gözləyirdik.
Məktubun birini qurtardım. Tural kağızı əlimdən qapıb boş partaların birinin arxasına keçib orda yazılanları diqqətlə oxumağa başladı. Sonra uşaqların axınla üstümə şığıdığını gördüm. Bir azdan qabağımdakı partanın üstü kağızlarla, rəngli, iyli-qoxulu qələmlərlə doldu. Məktub yazdırmaq istəyənlərin hərəsi mənə kağızda nələri yazacağıma, necə bəzək qoyacağıma dair məsləhətlər verir, məni əməlli-başlı təlimatlandırırdılar.
Yaxşı inşa yazmaq bax başıma nə iş açmışdı. Qardaş, qız istəmirsən, get məktubunu özün yaz, ürəyində nə var özün kağıza tök, daha bunu inşa yazısı kimi mənim boynuma sırıma. Bəlkə sabah gərdəyə girəndə də məni çağırıb süflyor kimi arxadan sözlər pıçıldadasan?
Beynimdən bu sözlər keçsə də onların xətrinə dəyməmək üçün dişimi-dişimə sıxıb susur, sürətlə yazırdım ki, başımdan geniyib rədd olalar. Həm də eyni sözləri siçan balası kimi o tərəf-bu tərəfə fırlatmaqdan bezmişdim, nə qədər "əzizim, sevgilim, aşkım, bir tanem, gözümün bəbəyi, gülüm” yazmaq olar? Başıma da başqa şey gəlmir ki! Bu yerdə Türkiyə serialları da adamın imdadına çatmır. Gərək fransız kitablarını-zadı oxuyasan. Buna da girişsəm, gərək imtahanlara hazırlaşmayasan. Nə isə, yaman ilişdim. Söz yerimirdi. Mənim dayandığımı görüb uşaqlar üstümə düşdü ki, nə olub? Dedim, ilham mələklərim qaçıb. Onlar buna əlac kimi ciblərindən telefonlarını çıxarıb bir sevgi mahnısı qoydular. Mən əlimi çənəmin altına dirsəkləyib ilham pərisinin geri qayıtmasını gözləməyə başladım. Amma namərd ilham pərisi gəlmirdi ki, gəlmirdi, bir-iki söz nə idi ki, mənə onu qıymır, bu boyda uşağı intizarda saxlayırdı.
Onu da deyim ki, sevgi musiqiləri lap zəhlətökən idi. Hansısa bir müğəninin səsi gəlirdi: "O sənli günlərimi, çəmənli günlərimi...” Lap başgicəlləndirici mahnı idi. Hər gün televizorda şou aləmindən göstərilən sürtük müğənnilərdən hansısa oxuyurdu. Nə sözü sözdü, nə musiqisi musiqi. İndi gəl bundan ilhama gəlib təmiz sevgi duyğularını qələmə al. Alınmır da, qardaş, zor deyil ki! Deyəsən, musiqinin bivecliyini, məni tərpətmədiyini uşaqlar da duydular. Tezcənə telefonun düyməsini basıb musiqini susdurdular. Və möcüzə! İçim tərpəndi! Öz üstünlüyüm mənə də xoş gəldi. Sinəmi şişirdib məktubları yazmağa girişdim.
Dirsəyimin altına yerləşdirdiyim məktubların sayı artırdı. Kağızlar artıdqca oğlanlar tez yaxınlaşıb onlara baxır, özününkü olduğunu biləndə cibindən bir manat çıxarıb partanın üstünə qoyur, sonra kağızı yarı büküb hansısa bir partanın arxasına keçib həvəslə mənim yazdıqlarımı oxuyurdular. Elə bil mən bunların könlünün tərcümanı idim. Həm də elə bərkdən oxuyurdular ki, orda yazılanların hamısını kənardakılar eşidirdi. Bu isə mənə ləzzət eləmirdi. Sevgi məsələləri gərək gizli saxlanıla, sandıq kimi açılıb hər şey ortaya tökülməməlidir. Amma belə şeyləri onlar nə qansın? Ömürlərində bir dəfə həqiqi sevgi görüblərmi ki? Heç düz-əməlli-başlı məhəbbət filmlərinə də baxmayıblar. Bir də ki, indiki vaxtda nə sevgi, nə film. Qızlar da bunlar ağlındadı. Çevir tatı, vur tatı. Kim olsa ərə getməyə razıdırlar. Təki gədənin dədəsi yaxşı yerdə işləsin, altında maşını, cibində pulu, ayrıca evi olsun. Vəssalam, budur günümüzün sevgisi, məhəbbəti. Mən də səfehcəsinə onların bir manatına tamahsıyıb heç vaxt heç kimə gərək olmayan sözləri yan-yana düzürəm. Guya buna inanan olacaq. Lap inanan olsa da bu cür sevgilərin axırı faciə, ayrılıqla bitməlidi. Rəhmətlik nənəm demiş, o ac, bu ac, bir-birinin üzünə baxıb doymayacaqlar ki!
Düzdü, yaşımdan qabaq duşumu danışıram, ancaq vallah, mənə belə öyrədiblər. Bir yana baxanda görürsən ki, elə düz də öyrədiblər. Dədəmin albomunda o qədər qızların şəkli var ki, hamısını alsaydı bir fermaya sığışmazdı.
Sinif oğlanlarımız bir az keçməmiş dedi-qoduya, umu-küsüyə başladılar. Hərəsi bir tərəfdən üstümə gəldi ki, bəs deməzsənmi niyə onun məktubunu belə yazmısan, mənimkini elə. İndi gəl bu qanmazları başa sal. Bir yandan da bir manat qarşımı kəsir, dilimi gödək eləyir, gərək kəm-kəsirləri aradan qaldıram. Nə isə, narazıların məktublarını alıb üstündən düzəlişlər edəndən sonra özlərinə qaytardım. Daha bu məktub deyildi ki! Hamısı bir-birinə bənzəyən inkibator yumurtası kimi bir şey idi. Amma həriflər razı qalmışdılar. Orjinallıq onların nəyinə gərəkdi. Gərək hər şeyləri, geyim-keçimləri kimi bir-birinə bənzəyə. Məndən də əcəb mirzə çıxarmış. Təki bir manatı irəli uzatsınlar. Elə sevgi məktubları bəziyib-düzəyim ki, özləri də məhəttəl qalsın.
Artıq məktubların hamısı hazır idi. Əlavə vərəqləri bir kənara itələyib pullarımı götürdüm. Pis qazanmamışdım. Elə bil qumarda əlim gətirmişdi. İndi də bankı yığışdırırdım. Onların hamısı sinifdən çıxandan sonra bir az dincəlmək üçün oturduğum stula yayxanıb gərnəşdim. Tapaturupla qapının açıldığını görəndə geri qanrıldım. Qızlarımız bir yığın toyuq kimi qaqıldaşa-qaqıldaşa özlərini partaların arxasına verdilər. Mənə də salam verməyi unutmadılar. Sonra sinif nümayədəmiz Gülnarə oğlanların harda olduğunu soruşdu. Mənsə bir yerə çıxdıqlarını, bu saat gələcəklərini deyib gülümsündüm. Gülnarə küpəgirən qarı kimi deyinməyə başladı ki, sinif rəhbərimiz bu sinifi mənə tapşırıb. Bu avaralar hardadı? Mən sadəcə başımı buladım və istədim ki, Gülnarənin baxışlarından yayınıb qarşımdakı tarix kitabını açıb oxuyum, amma nə illah elədim Gülnarənin baxışları gözlərimə ilişib qaldı. Kitabı bir kənara tullayıb onun cin yağan gözlərinə tamaşa eləməyə başlamışdım ki, elə bu vaxt hay-küylə oğlanlarımız içəri keçdilər. Gülnarənin deyincək dilindən, cin sifətindən qurtulduğuma görə oğlanlarımıza məmnunluqla baxır, onların tez gəlmələrinə için-için sevinirdim. Həm də məni maraq bürümüşdü ki, görən Gülnarə demiş, bu avaralar haralarda itib-batmışdılar? Sinif nümayəndəmiz od yağan gözləri ilə oğlanlarımızı məzəmmət edir, diliylə onlara tənəli sözlərini deyir, onları qovduqca üstünə şığıyan milçək kimi yamanca bezikidirdi.
Tural Gülnarənin məzəmmətindən qurtulmaq üçün ona qışqırıb başından rədd olmasını əmr etdi. "Yekə qızsan, alə, dinmədikcə lap ağını çıxarırsan aa...Sinifkom olub nə böyük iş eliyibsən ki, peşən sukalıqdı da!”
Söz Gülnarəni yandırıb bu tayından girib o tayından çıxarsa da qız özünü toxtatdı. Bir az keçməmiş yenə barıt kimi açıldı. Turalın üzünə nələr qalmadı deyilməmiş! Çoxunu da burda yazmaq olmur. Düzdü, Tural da cırtqozluq eləyib ona cavab vermək istədi. Amma oğlanlar ona təpinib sakitləşdirlər. Guya qıza qoşulmaq oğlana yaraşan iş deyilmiş. Gülnarə də bir az deyinəndən sonra əks tərəfin reaksiyasını görməyib qırıq val kimi susdu, pəncərə tərəfə yığışan qızların yanına getdi.
Oğlanlardan pıçıltıyla haralarda olduqlarını soruşdum. Onlardan biri- Kuku Ruslan sevdiyi qızın yanına gedib, məktubu ona verdiyini dedi. Sinif uşaqlarının hamısının bir-birini tutuquşu kimi yamsıladığını bildiyimdən yəqin o biriləri də Kuku Ruslan kimi etmişdilər. Ona görə də hamısının üzündə eyni ifadə vardı. Elə bil üstlərindən böyük bir daşı aşırmışdılar, tez-tez bir-birilərinə baxıb qımışır, öz hərəkətlərindən xoşallanırdılar.
Mövzu mənə maraqlı görünməsə də, oğlanların elədiklərinin içinə yetmək istədim. Həm də axı, o məktubların müəllifi məndim və sözlərimin onlarda necə bir təəsürrat doğuracağı, etiraf edim ki, gənc müəllif kimi məni maraqlandırırdı. Ona görə də Kukunun danışdığına ağzıaçıq şəkildə qulaq asır, arada sual verir və öz qələbəsindən məst olmuş adam kimi məmnun-məmnun qımışırdım. Şaban demiş, ah, ben neymişim, ulan. Zarafat bir yana, özümü dağları yenəcək gücdə hiss edirdim. Bir barmağımla gör neçə ürəkdə məşəl çatmışdım.
Səhər məktəbin qabağına yığışmış uşaqlarımızı görəndə onlar şığıyıb üstümə cumdular:
- Sənə qız tapmışıq,- dedilər.
Güldüm.
- Mənə qız lazım deyil—dedim.
- Əşşi, guya hansımız qızları istəyirik. Prosto məzələnərsən də. Həmin qız deyir ki, məktub oxumaqdan xoşu gəlir. Əsil sənnikdi. Biz də dedik ki, sinifimizdə biri var, əla məktub yazır. Dedi, mənə məktub yazsın, tanış olaq. Dursundakı şəklini də ona göstərdik, qız uyudu. Dedi, nə gözəl oğlandı...
Turalın dili açıldımı, onu durdurmaq çətin işdi. Həm də onların sözü nəsə məni cəlb etmişdi. Bir də qız istəyən uşaqların içində mən ala qarğa kimi göründüm. Gərək hamıya oxşayaydım. Yoxsa, gec-tez gülüş hədəfinə çevriləcəkdim. Ona görə də həvəslə onun ağzından çıxan hər kəlməyə qulaq asır, sakitcə gülümsünürdüm. Sonra o, əli ilə irəlidə duran qızları göstərdi. Orta boylu, qara gözlü, saçları sinəsinə dağılan bir qızı işarə edib məni dümsüklədi ki:
- Bax, həmin qızdı. Nə deyirsən? Qəşəngdi, ya yox?
Düzü, belə də, pis qıza oxşamırdı, boyumuz da tuturdu. Tural mənim cavab vermədiyimi görüb bunu razılığa yozub yenidən qızı tərifləməyə başladı. Elə bil bazarda mal satırdı, mən də onun müştərisiydim.
Qız da elə bil ondan danışdığımızı hiss edib gözünün üstünə düşən telini başının hərəkəti ilə geri edib bizə sarı baxdı. Deyəsən, yanaqları da xəfifcə allandı.
- Adı nədi?—dedim.
- Xalidə,—Tural tezcənək dilləndi.—Hə, nə deyirsən?—Tural əl çəkənə oxşamırdı.
Qəsdən cavab vermədim. Qoy intizar çəksin. Həm də düşünürdüm ki, bu söhbət ötüb keçəcək, unudulacaq. Ancaq çifayda. Uşaqlar üstümə düşmüşdülər. Hərə bir tərəfdən məni tovlayır, ürəkləndirirdi. Mən isə cavab yerinə durub gülümsünür, onların atmacalarına cavab verirdim.
Növbəti dərsimiz boş idi.
Oğlanlar hərə bir yandan təkidlə mənə deyirdilər ki, Xalidəyə məktub yaz. Özü də denən ki, səninlə görüşmək istəyirəm. Deyəsən, saqqızımı oğurlatmışdım. Onların sözlərindən cırnamır, həm də nə gizlədim, bir az suyulurdum. Hamı necə, mən də eləcə. Gərək hamıya uyuşam.
Dedim ki, birinci dəfədən qızdan tanış olmaq olar? Tural hırıldadı ki, qız quş kimi bir şeydi. Beyni də quşbeyin. Nə desən hayıl-mayıl olacaq. Sonra da öyündü ki, belə şeyləri öyrən, oğlum, bu səndən ötrü kitab oxumaq deyil, goruma aparası deyiləm ha...
Nə isə, onların ağlına uyub qıza məktub yazmağa başladım. Özüm də çalışırdım ki, şit şeylərdən qaçım. Düzü, arada oxuduğum kitablardan məktuba bir-iki söz, şeir də dürtüşdürdüm. Həmin sözləri və şeiri o biri uşaqların məktublarına yazmağa qıymamışdım.
Günortadan sonra oğlanlar gəlib dedilər ki, yenə bizə məktub yazmalısan. Dedim bəs, Xalidədən nə cavab var? Dedilər, oğlum, bir güllə bahar olmaz, bu gün də bizə bir məktub yaz, görək sonrası nə olur. Ağlıma batdı. Hansı ağlı başında olan qız o saat ilk məktuba cavab yazar. Nə isə, uşaqlarımıza yenidən sevgi məktubu yazmağa girişdim, başqa çarəm vardı ki? Bu dəfə onlardan pul almadım, xalqın balasını soğan qabığı tək soyası deyildim ki! Onlarda mənim kimi bir manatı analarından alana kimi onlarınkı-onlarınkına dəyir. Sonra oturub Xalidə üçün də yenidən birini qaraladım. Uşaqlar öz məktublarını da mənim məktubumu da apardılar.
Sabahısı gəldilər ki, qız səndən görüşməyə razıdır. Bu gün saat yeddidə səni parkda gözləyəcək. Dedim, bəs cavab məktubu? Dedilər, utanır, özü də nə məktub-bazlıqdı, əsas odu ki, görüşə gəlir.
Sevindim. Həm də cibimdə pulum vardı, qızın yanında gözü kölgəli olmalayacaqdım. Dərs qurtaran kimi tez evə gedib hazırlaşmağa başladım. Ağ, ütülü bir köynək tapıb geyindim. Pencəyi üstündən keçirdim. Qardaşımın aldığı ətirləri bir-bir üstümə fısqırtdım. Qoxular bir-birinə qarışdı. Anamdan əlavə iki manat qopardıb özümü bayıra atdım.
Parkın girəcəyinə çatanda şəlaləyə tərəf göz gəzdirdim. Çünki uşaqlar Xalidənin şəlalə tərəfdə olacağını demişdi. Bir az orda gözlədim. Qız gəlmədi ki, gəlmədi. Sonra yadıma düşdü ki, uşaqlar demişdi ki, onu apararsan Vüqar dayının kafesinə. Qızın özü də ora gedəcəyimizi bilir. Tərpəndim. Kafenin qapısını aralayıb içəri keçəndə Vüqar dayının masaların birində oturub siqaret püfüldətdiyini gördüm. Məni görəndə ayağa qalxdı.
- Qız gəlmədi?—dedi.
- Siz hardan bilirsiz?—təəccübləndim.
- Uşaqlar sənə bir oyun oynuyublar.—Sonra aramsız gülməyə başladı, mən də ona qoşuldum. Səhər bunun acısını onlardan çıxacağımı dedim.
Dərsdən sonra uşaqlar mənə yaxınlaşıb dünənki hadisəni soruşdular. Özümü o yerə qoymadım. Dedim, yaxşı keçdi. Qızdan əmməlicə gəzdik, dolandıq. Gülüşdülər, sonra əllərindən kağız çıxardıb masamın üstünə qoydular. Sevdikləri qızların onlardan küsdüklərini deyib, yalvar-yaxar elədilər ki, onlara məktub yazım. Kağızları götürüb cırdım. Oğlanlar bunu görüb dünən verdikləri pulu geri davaladılar. Məni doladıqları yetmir, hələ bir pul da istəyirlər.
Məktubu yazdım da, ta sizi barışdırası deyiləm ki! Gedin özünüz, öz işinizə əncam çəkin, ya da fala baxana-zada gedin, cadu-piti elətdirin. Bunu onların üzünə deyib bayıra çıxdım.
Dəhlizdə Xalidə ilə qarşılaşdıq. Onun üzü gülürdü. Əlindəki kağız parçasını ovcunun içində büküb döşəməyə atdı və dabanı üstündə fırlanıb siniflərinə sarı getdi. Ətrafa döyükdüm. Heç kəsin mənə baxmadığına əmin olduqdan sonra əyilib kağızı götürdüm. Mənim Xalidəyə yazdığım ucları saralmış məktubdu. Kağızları cırdım. Bu məktub əslində həqiqi ünvanına gedib çatmayan məktubdu. Hə, yəqin ki, mən də nə vaxtsa həqiqi sevgi məktubları yazacam. Belə düşündüm və bayaq içimə çökən narahatçılığı qovub uzun dəhlizi keçib bayıra çıxdım.
Hava yaxşı idi. Məktəbin qarşısında cırtdan uşaqlar qaçışır, mehdən zeytun ağaclarının budaqları titrəşir, yaxınlıqdakı məscidin minarəsindən azan səsi eşidilirdi. Əlimi cibimə saldım. Pullar elə bil əlimi daladı. Mənə elə gəldi ki, onlarda yazdığım məktublar kimi saxtadır və onlar da heç nəyə yaramır. Qərara aldım ki, pulları aparıb öz yiyələrinə qaytarım.