Azərbaycan finalda!

Azərbaycan finalda!

İsveçin Malmö şəhərində "Malmö Arena"da  baş tutan "Eurovision 2013" mahnı müsabiqəsinin II yarımfinalında səsvermənin nəticələri elan olunub.  17 ölkə təmsilçisi arasında 4-cü olaraq səhnəyə çıxan Fərid Məmmədov maraqlı və yaddaqalan çıxışı ilə mayın 18- də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. 
Qeyd edək ki, Azərbaycan bu il də favorit ölkələr arasında olub.

17 ölkənin yarışdığı yarımfinalda 10 ölkə - Macarıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Norveç, İslandiya, Ermənistan, Finlandiya, Malta, Yunanıstan finala vəsiqə qazanıb.

Mayın 14-də keçirilən I yarımfinalda isə Moldova,  Litva,  İrlandiya, Estoniya,  Belarus,  Danimarka,  Rusiya,  Belçika,  Ukrayna, Niderland finala yüksəlmişdi. 

Finalda çıxış edəcək 6 ölkə isə bunlardır: İsvec, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya və İtaliya.
Xatırladaq ki, müsabiqənin mayın 18-də baş tutacaq final mərhələsində Azərbaycan 26 ölkə arasında qalibiyyət uğrunda mübarizə aparacaq.

Yarışma İctimai TV ilə canlı yayımlanıb.

Kult.az