“Bakı, mən səni sevirəm”

“Bakı, mən səni sevirəm”

“Bakı, mən səni sevirəm” kinolayihəsinin birinci sessiyasının çəkilişləri başa çatıb.

Kinolayihənin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, birinci sessiyada filmə daxil olan 10 kinonovelladan 5-i çəkilib.

Novellaları rejissorlar Yeqor Konçalovski, Aleksey Qolubyev, Nərgiz Bağırzadə, Samir Kərimoğlu və İlqar Safat çəkiblər. Hər bir novella 9 dəqiqədən ibarətdir və novellaların çəkilişlərinə 4 gün vaxt ayrılmışdır. Ayrılmış vaxt ərzində rejissorlar işlərinin öhdəsindən gəliblər.

Filmdə yerli aktyor və aktrisalarla yanaşı, Rusiyanın, Litvanın və Belarusun məşhur ulduzları Aqnya Ditkovskite, Vadim Tsalati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya çəkiliblər.

Artıq filmin ikinci sessiyasının çəkilişlərinə hazırlıq prosesləri başlanmışdır. Filmin prodüserlərindən biri Nadir Maçanov bildirmişdir ki, çəkilişlər nəzərdə tutulmuş plan üzrə gedir.

“Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov və Aleksey Qolubyevdir.