Cemal Sureyyanın onu tərk edən qadına məktubu

Cemal Sureyyanın onu tərk edən qadına məktubu

İstər ayrılığı, istər xoşbəxtliyi göstərdin, fərq etməz. Bitmiş bir münasibətdən geridə qalan ən gözəl xatirə bəlkə də məktublardır. Bir şairin və ya yazıçının sevdiyi qadına yazdığı eşq məktublarını oxuyub heyran olmamaq mümkün deyil.  

Məşhur ictimai-siyasi xadimlərin sevimli qadınlarına yazdığı məktubları silsilə şəklində təqdim edirik:   

Camal Sürəyyadan Zuhal Tekkanata:  

"Həyatımsan.   Bunu bilməyini istəyirəm. Hər şeydən əvvəl bunu bilməyini.  

Bir də bir şeyi bilməyini istəyirəm: Məndən səbəbsiz yerə şübhələnirsən. Sənə heç bir zaman xəyanət etmədim mən. Edə bilmərəm.   Neçə ildir evliyik, bir yerdəyik. Hələ də səninlə olanda başım fırlanır sevgindən. Sevirəm səni. Hər keçən gün daha böyük bir eşqlə sevirəm. Nə olar, "akkavakkızı”, anla məni. Bu sevgimi xor görmə. Özünə yaraşdır bu sevgini.  

Bu sətirləri ilk evimizin altındakı qəhvəxanadə yazıram. Və mən səni o ilk günlərdəkindən daha böyük bir ehtirasla sevirəm.  

Biz iki ayrı çay kimi ayrı yerlərdən qopub gəldik, qovuşduq bir nöqtədə. Yanımızdan bir başqa bir qol da alaraq  böyük bir göl meydana gətirdik; birlikdə axırıq indi. İndi bu necədirsə, həmişə də belə olacaq".

Axar.az