
Durub təkbaşına çıxıb gedəsən... - ŞEİR
ƏDƏBİYYAT, Poeziya
- 07.07.2014
- 0 Şərh
- 1647 Baxış
Kult.Az gənc şair Müşfiq Cəbinin yeni şeirini təqdim edir:
***
Durub təkbaşına çıxıb gedəsən,
kimsə yük olmaya özünə sənin...
Gedəsən göylərin dərinliyinə,
düşən də olmaya izinə sənin...
Çıxasan ulduza, aya baxasan,
bütün ümidləri yerə yıxasan...
Gedib buludlarda yoxa çıxasan,
kimsə görünməyə gözünə sənin...
Ömür kitabını bir gün örtəsən,
bir otaq içində azıb itəsən...
Ha yana qaçasan, hara gedəsən,
qapı da bağlıdı üzünə sənin...