Elbrus Ərud. Novruzəli müəllim...
- 15.09.2009
- 0 Şərh
- 540 Baxış
Şakir müəllim həyət qapısının ağzına çatanda məktəbin xadiməsi arxadan qaça-qaça gəlib:
- Ay məllim, ay məllim qadan alım, bu kartı da götür gələndə mənim də maaşımı çıxart.
Şakir müəllim kartı alıb, kodunu soruşdu. Xadimə yazıq da dedi ki, kod-zad bilmir. Elə olan budu. Sonra da qır-saqqız olub yapışdı onun ətəyindən ki, hökmən bir yol tapıb maaşını alsın. Yoxsa indi heç kimə etibar yoxdu, yığılıb qalar orada sonra verməzlər.
Şakir müəllim də hirsləndi, əlinə düşən və çoxdan gözlədiyi bu fürsəti fövtə verməyib cibindəki maaş kartlarının hamısını çıxardıb tulladı:
- Getsin, hərə öz başının çarəsini qılsın! Mən heç kimə nökərçilik eləyən deyiləm...
Ata-bala oturub həyətdə dərdləşirdik. Atamdan kənddə təzə nə baş verdiyini soruşurdum. Atam da əvəzində bu əhvalatı nağıl eləyirdi. Dedi indi məktəbdə ağır vəziyyət yaranıb. Müəllimlərin çoxu kartdan maaşlarını çıxara bilmirlər. Məktəbdə bu işi bacaran Şakir müəllim də daş atıb başını tutub ki, bundan sonra heç kimə kömək eləyən deyil. Atam müəllimlərin maaş kartından əmək haqlarını çıxara bilmədiyini deyəndə özünün də bu siyahıda olduğunu söylədi. Sonra da özünə haqq qazandırıb "mən heç e, mənim gözüm zəifləyib deyə nömrələri yaxşı görə bilmirəm, uşaqlara verirəm çıxarır”-dedi. Mən də sual verdim ki, bəs bu gözü yaxşı görənlər özünə nə deyir? O da qayıtdı ki, nə deyəcəklər, deyirlər Novruzəliyik... Müasir Növruzəli...
Atamdan və kəndimizdən ayrılıb Bakıya qayıdanda diqqətimi bankomatlar çəkdi. Küçələrdə quraşdırılan bankomatların qarşısında toplaşan insanları elə bil ilk dəfəydi görürdüm. Bankomatların qarşısındakı adamlar quş yuvasının ağzına topalaşan və civildəşə-civildəşə anasından yem istəyən sığırçın balalarına bənzəyirdi. Hərdən-bir "ana sığırçın”ın ağızı açılır və "balaları”ndan kimsə ruzisini götürərək sevinə-sevinə oradan uzaqlaşırdı.
Sonra başladım şəhərin küçələrində, gediş-gəlişin gur olduğu yerdə belə "sığırçın yuvaları”nı tez-tez müşahidə eləməyə. Hansı bankomata yaxınlaşdımsa adamların durub yazıq-yazıq gözünü döydüyünü, əllərindəki karta baxıb çarəsiz-çarəsiz ora-bura boylandığını gördüm. Elələri də var ki, hətta yaxındakı polisin, ya da bir intelligentin köməyi ilə pulu bankomatdan çıxarandan sonra uzun müddət durub gözləyir, "poçt qutusu”nu elə beləcə qoyub getmək istəmir. Bu adamların bankomat qarşısındakı çaş-başlığı isə basabas, narahatlıq və əsassız əsəb yaradır.
Bu gün ölkədə böyük bir insan kütləsinin, - müəllimlərin, həkimlərin, təqaüdçülərin, məvacibini kartla alan başqa peşə sahiblərinin olduğunu nəzərə alsaq, aramızda bizim kənddəki müəllimlərin sözü olmasın (daha doğrusu, Cəlil Məmmədquluzadə demişkən) nə qədər novruzəlilərin olduğunu görərik. Axı kor-koranə şəkildə bu adamların əlinə bank kartı verib küçəyə buraxmaq hansı məntiqə sığışır? İndi çar zamanı deyil ki, adamları avam gününə salmaqdan kimlərsə həzz alsın...
İnsanlara maaş kartı paylayanda, ortalığa heç olmasa bir boş bankomat qoyub, ondan istifadə qaydalarını başa salmaq lazımdı. Yoxsa, kartı paylayıb oyunu düzgün qurmamaqla camaatı Novruzəli yerinə qoymaq kimlərəsə sərf eləyir?
[email protected]