“Emmy” mükafatının qalibləri məlum oldu

“Emmy” mükafatının qalibləri məlum oldu

ABŞ-da ən yaxşı televiziya proqramlarına görə verilən məşhur “Emmy”  mükafatının qalibləri açıqlanıb.

Sentyabrın 18-də 63-cü ”Emmy” mükafatınin təltif etmə mərasimi Los Ancelesdə baş tutub. Burada ötən ilin iyunun 1-dən bu il mayın 31-ə kimi yayımlanan ən yaxşı televiziya verilişləri mükafatlandırılıb.

Mərasimə aktrisa Jeyn Linç aparıcılıq edib.

63-cü “Emmy” mükafatlarının namizədləri 2011, iyulun 14-də məlum olub. Qaliblərin bəziləri sentyabrın 10-da keçirilən İncəsənət üzrə “Emmy” mükafatlarında açıqlanıb. Digərləri isə 18 sentyabrda keçirilən mərasimdə mükafatlandırılıb.

Aşağıda qalibləri sizə təqdim edirik :

Dramaturgiya üzrə mükafatlar :

Ən yaxşı serial : “Mad Men”
Ən yaxşı kişi aktyor : Kayl Çendler
Ən yaxşı qadın aktrisa : Culiana Maqulis
Ən yaxşı köməkçi aktyor : Piter Dinklic
Ən yaxşı köməkçi aktrisa : Marqo Martindeyl

Komediya üzrə mükafatlar :

Ən yaxşı serial : “Modern Family”
Ən yaxşı kişi aktyor : Cim Parsons
Ən yaxşı qadın aktrisa : Melisa Makkarti
Ən yaxşı köməkçi aktrisa : Culi Bouen
Ən yaxşı köməkçi aktyor : Ti Barrel

Mini seriallar üzrə mükafat:

Ən yaxşı mini serial : “Downtown abbey”
Ən yaxşı kişi aktyor : Berri Pepper
Ən yaxşı qadın aktrisa : Kate Vinslet
Ən yaxşı köməkçi kişi aktyor : Qay Pirs
Ən yaxşı köməkçi qadın aktrisa : Megi Smit