“Erməni məsələsi” ədəbi-bədii müstəvidə...

“Erməni məsələsi” ədəbi-bədii müstəvidə...

Qurban Bayramov

"Erməni məsələsi” ədəbi-bədii müstəvidə...



"Erməni məsələsi” və bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatında əksini tapan mövzuların təşəkkülü, tarixi və təkamül mərhələlri, demək olar ki, elmi şəkildə dəyərincə öyrənilməyib, əlahiddə tədqiqat mövzusuna çevrilməyibdir. Bu sahədə də "ləngimişik” və ya da məsələni sovet dövrünün "xalqlar dostluğu” ideoloji prinsiplərinə uyğun tərzdə, təhriflə öyrənmişik...

Amma, bizdən fərqli olaraq Erməni diasporunun təhriki və millətçi-şovnist erməni ziyalıları tərəfində körükləndirilərək alovlandırılan və böyük qarşıdurmalarla, qırğınlarla, müharibələrlə, faciələrlə nəticələnən erməni-türk qarşıdurması Erməni ədəbiyyatında geniş şəkildə öz əksini tapmışdır...

Son illərdəki hadisələrin təsiri ilə bu məsələ bizim bədii və ədəbi düşüncəmizin diqqət mərkəzindədir...

Məlumdur ki, bədii sözün təsiri olduqca qüvvətlidir və bundan erməni şovnist yazarları məkrlə dolu məharətlə istifadə etmiş və yararlanmışlar. Təkcə, son mərhələdə, lap sovet dövründə erməni xalqını bəd əməllərə sövq edən Zori Balayanların, Silva Kapitukyanların, Aqambekyanların yazılarını, əsərlərini, çıxışlarını xatırladası olsaq, məncə kifayət edər...

Həmin mərhələdə biz bunların yalan üzərində qurulmuş "ədəbi təxribatlarına” qarşı mükəmməl bir əsər qoya bildikmi?.. Qətiyyən yox! Çünki, həm buna imkan verilmirdi, həm də keçən əsrin 37-sinin yaratdığı xof dumanı ədəbi-bədii beyinləri çuğlamışdı... 

Bunun başqa bir sosial-milli mahiyyəti də bundan ibarət idi ki, biz heç kimi düşmən hesab etməmişik, heç kəsin torpağında, əmlakında gözümüz olmayıb, içimizdə yaşayan ermənilərin zaman-zaman baş qaldıran xəyanətkar hərəkətlərinə isə ötəri yanaşmış, "it hürər, karvan keçər” prinsipini mülayimliklə, saymazyana qəbul etmiş, ədəbiyyatımızda da erməni-türk münasibətlərini üzun illər yumşaldıb, humanizm və beynəlmiləlçilik mövqeyindən təqdim etməyə çalışmışıq... Türk qövmünə məxsus biganəçilik də buna az təsir etməmişdir...

"Erməni məsələsi” mövzusu Azərbaycan ədəbiyyatında üç streotip istıqamətdə olmuşdur:

1. Poeziyanın yaşı digər ədəbi janrlara nisbətən ədəbiyyatımızda daha qədimdir. Şeirimizdə xristian əsilli gözəllərə həsr edilmiş, onların gözəlliyini vəsf edən şeirlər olmuşdur. Bu şeirlərin əksəriyyəti erməni qızlarına, bir qismi də gürcü qzlarına həsr edilmişdir. İmadəddin Nəsimidən tutmuş, M.P.Vaqif, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadənin, S.Ə.Şirvani, M.H.Şəhriyara qədər sənətkarlarımızın erməni-gürcü gözəllərinə yazdıqları gözəl qəzəl, müxəmməs, qoşmalar bədii faktlardandır... Bu motivin əsas mahiyyətini və cövhərini ehtiva edən aşağıdakı bu bəndlər bariz nümunədir:

XIX əsr, S.Ə.Şirvani:



Yıxıldım, huşdən getdim, tutuldu nitq Musa tək,

Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm.

Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum,

Məhəmməd nurunu çün ol büti-zibadə gördüm.



XX əsr, S.M.Şəhriyar: 



Getmə tərsa balası mən də sənə sayə gəlim,

Damənindən yapışım mən də kəlisaya gəl.

Ya sən islamı qəbul eylə mənim dinimə gəl,

Ya da təlim elə mən məzhəbi - İsaya gəlim



...Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,

Buraxım məscidimi, sənlə kəlisayə gəlim?

Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur,

Mən də Musa kimi, o turə təcəllayə gəlim.



2. Azərbaycan məhəbbət dastanları sırasında "Əsli və Kərəm” mövzu modeli sonra yazılı ədəbiyyatda "Bahadır və Sona” povestinin, "Şeyx Sənan” dramının, "Mahmud və Məryəm” romanının və digər bu qəbildən əsərlərin əsasını təşkil etdi... Bu tipli süjet-modellərdə erməni kilsə məkrinin törətdiyi nakam məhəbbətin faciələri bədii təcəssümünü tapırdı...

3. XIX əsrin ikinci yarısından başlayaraq "erməni məsələsi” adlandırdığımz bu problem ədəbiyyatımızın müxtəlif janrlarında əksini tapıb. Bu da realist sənətin tələbindən doğurdu və içimizdə yaşayan ermənilərin müxtəlif səpgili obrazları istər-istəməz ədəbi nümunələrdə əks olunurdu. M.F.Axundzadənin "Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyasında Yüzbaşı, onun köməkçisi və yazıq erməni kəndliləri (Ohan, Sərkis, Qəhrəman, Karapet, Mkrtıç və Arakel sürətləri daxildir. Onlardan Ohan, Sərkis, Karapet ermənilərdən düzəlmiş sərhəd-gömrük qaravulları, Mkrtıç və Arakel isə adi əkinçilərdir), həmiçinin "Aldanmış Kəvakib” povestindəki motiv, N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Qıdı kirvə, C.Məmmədquluzadənin "Kamança” pyesində kamançaçı Baxış, "Usta Zeynal” hekayəsində Muğdusi Akop obrazları, eləcə də felyotonlarda, xüsusən yazıçının "Erməni və müsəlman övrətləri” başlıqlı silsiləsində, Ü.Hacıbəylinin, Ə.Haqverdiyevin ədəbi publisistikasında, yuxarıda adını çəkdiyimiz N.Nərimanovun "Bahadır və Sona” romanında və başqa əsərlərdə ermənilərə məxsus qorxaqlıq, hiyləgərlik, xəbislik kimi xasiyyətlər kövrək şəkildə, üstörtülü bildirilsə də, onların xarakterləri humanist mövqedən, maarifçilik ideyasına uyğun bir tərzdə öz əksini tapıbdır... 

Burada erməniyə nifrət, qəzəb, düşmənçilik hissiləri zərrə qədər də yoxdur... Bir çox hallarda, əksinə zəmanəyə uyğun erməni ayıqlığı, elmə-təhsilə münasibətləri, gördükləri işlərə asta-üsta münasibətləri nümunə kimi təqdim edilir... Hətta müsəlman din xadimlərilə, erməni keşişlərinin əməllərində, millətə münasibətlərindəki müqayisələrdə də bu cəhət qabarıq izlənilir... Bu əsərlərin qayəsində əsasən M.Ə.Sabirin "Beynəlmiləl” şeirinin ideya-estetik xətti müxtəlif mövzular siferasında inkişaf etdirilir...

Məni həmişə düşündürüb ki, niyə 1905-ci və 1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar ədəbiyyatımızda tutarlı şəkildə, bütün reallığı ilə öz əksini tapmayıbdır? Hətta Şərqdə ilk demokratik qurum olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də bdii ədəbiyyatın bu mövzuda mükəmməl faktı yoxdur. 

Təəccüblüdür ki, M.S.Ordubadinin "Qanlı sənələr” ədəbi-publistik tarixi-xronikal əsərini nəzərə almasaq bu ciddi milli faciə ədəbiyyatın mövzusuna çevrilməyib, heç "sandıq ədəbiyyatı”da yoxdur!!

Sonrakı mərhələ sovet dövrünə düşdü. Bu mərhələdə "Sosialist realizm” ədəbi metodunun tələblərinə uyğun olaraq ancaq "xalqlar dostluğu” ideyası tələb olunurdu. Zaqafqaziya respublikalarında müxtəlif millətlər bir yerdə yaşayırdılar, amma ən müsibətli həyatı azərbaycanlılar keçirdilər. Yeganə olaraq azərbaycanlılar dəfələrlə deportasiyaya uğradılar, Ermənistan Respublikasından böyük köçlər oldu, yenə də bu faciələri əks etdirən əsərlər yazılmadı...

Əksinə, süni xalqlar dostluğunu əks etdirən əsərlər "durna qatarına” çevrildi və əksər əsərlərdə müsbət rus, erməni, gürcü obrazları yaratmaq zərurətə və tələbə çevrildi...

Təəccüblü bu idi ki, məlum tarixi hadisələrdən bəhs edən əsərlərdə də ("Dumanlı Təbriz”, "Səttərxan” "Babək”, "Qaçaq Nəbi”) bu hərəkatlara, qəhrəmanlara xəyanət edən, öldürən, satan məlum erməni satqınlarının adları, etdikləri xəyanətlər kölgədə, gizlində qalırdı...

Təkcə bu "buzlağı” 1956-cı ildə cəsarətli yazıçı Əyyub Abbasov "Zəngəzur” romanını yazmaqla qismən yumuşalda bildi... Amma, Sovet dövründə bu mövzuda yazılan, erməni xislətini real səhnələrlə ifşa edən ilk və son roman olaraq qaldı... Müstəqillik illərində isə bu romanın Azərbaycan və rus dillərində təkrar nəşrləri isə mühüm ədəbi hadisəyə çevrildi...

Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan, valideynlərini, bacı-qardaşlarını, mənsub olduğu nəslin, doğulub dünyaya göz açdığı el-obasının əksər hissəsini bu qətliamlarda itirən Əyyub Abbasov bu hadisələri əks etdirən monumental, iki hissəli "Zəngəzur” romanını yazır və erməni vəhşiliyini, vandalizmini btün reallığı ilə təsvir edə bilir.

...Erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar "Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb.

Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin "haradan qaynaqlandığını” ustalıqla qələmə alıb, daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib... 

Lakin təəssüf ki, bu roman da zaman keçdikcə gizlinlərdə qalıb, lazımınca təbliğ edilməyib, təkrar nəşrinə qadağa qoyulub...

Ədəbiyyatda "erməniçilik” mövzusu və erməni xislətinin ifşasının sonrakı, özü də ən zəngin mərhələsi müstəqillik illərinə düşür. Bu dövr Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin, Dağlıq Qarabağın və ətraf rayonlarımızın - ərazimizin 20 faizinin işğalı, Xocalı soyqırımı, erməni vandalizmi, terroru mərhələsi kimi tarixə düşmüş, proses hələ də davam etməkdədir... 

Bu dövrün ağrı-acıları, xalqımızın düçar olduğu faciə və fəlakət istər ədəbi publisistikada, istər poeziya və nəsrdə, istərsə də dramaturgiyada əsas, aparıcı mövzulardan olmuş, bədii səviyyələri fərqli olan onlarla əsərlər yaranmışdır...

Bu əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq başlıca və aparıcı motiv faktlar əsasında erməni faşizminin təsəvvürə belə gəlməyən vəhşiliklərini bədii sözün gücü ilə canlandırmaqdan ibarətdir. 

Bu qəbildən Nigar Qarayevanın «Daş hasar», Nüşabə Məmmədlinin «Zəngulə» , Əli Əmirlinin «Ölü doğan şəhər»,. A.Rəhimovun «İkili dünyam», Sabir Əhmədlinin "Ömür urası”, Aqil Abbasın "Dolu” , "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun "Daş yağan gün”, Taleh Şahsuvarlının "Canlanma”, Seymur Baycanın "Quqark” romanlarını, Mahir Qabiloğlunun "Ərmən - Şuşanikin sevgisi”, "Debil Armen” hekayələrini, adını çəkmədiyim onlarla digər əsərləri qeyd edərdim... 

Bu əsərlərin hamısına münasibət bildirmək imkanında olmadığımızdan, bizim üçün ən səciyyəvi olan Nigarın "Daş hasar”, Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun "Daş yağan gün”, Seymur Baycanın "Quqark”, Mahir Qabiloğlunun "Ərmən Şuşanikin sevgisi” əsərlərinin üzərində qismən dayanmaq istərdik...

Bu qabartmağa çalışdığımız əsərlər, fikirimizcə, həm mövzu və məzmun etibarı ilə toxunacağımız problemi – erməni xislətini və psixologiyasını daha səciyyəvi əks etmək baxımından, həm də müxtəlif yaş senzinə malik yazıçılar tərəfindən qələmə alındığından ədəbi prosesin imkanlarını olduğu kimi əhatə baxımından maraq doğurur...

Əvvəlki on illiyə nisbətən, son dövrdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni təcavüzü mövzusuna marağın artması aşkar müşahidə edilir. Bu istiqamətdə qələmə alınmış əsərlərdə erməni terrorçusunun, işğalçısının obrazlarının yaradılması, onların insanlıqdan kənar məkrlə, qəddarlıqla dolu xislətlərinin verilməsi, ədəbi-bədii təhlili xüsusi maraq doğurur. 

Bu obrazların əksəriyyəti bizim öz içimizdə yaşayan, duzumuzu-çörəyimizi yeyən, kirvə-kirvə deyə qılığımıza girən erməni obrazlarıdır ki, birdən-birə bunlar quzu cildindən çıxıb yırtıcı, vəhşi çöl donuzuna dönürlər...

Nigarın "Daş hasar” (1997) romanı, bəlkə də bu cəhətdən ilk qələmə alınan əsərdir. Və onu da qeyd edim ki, bu əsər barəsində, elə "Erməni xislətinin ifşası...” başlığı ilə isti-isti ilk məqaləni də mən yazmış, bu istilahı ədbi tənqidə gətirmişəm...

Nigarın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda murdar erməni xislətinin daşıyıcısı Xpes Xristofor Azərbaycanda yaşamış və Azərbaycan çörəyi ilə böyümüşdür. Dədə-babası Livanı, Suriyanı gəzə-gəzə, sülənə-sülənə gəlib Ərgünəşə çıxırlar, Arazboyu kəndlərin birində məskunlaşırlar. 

Misal: "Bu kəndə gələndə Xristofor Kolumboviç südəmər uşaq idi. Sonralar böyüdükcə bu kəndin cavanlarına qaynayıb-qarışdı. Hərdən bir kefinin kök vaxtında zarafata salıb deyirdi: - Ara, gazdim Aran-Turani, cannat gordim burani.”

Papaqçı Xpes Xristofor öz ardınca bu cənnət hesab etdiyi kəndə qohum-əqrabalarını da dartıb gətirir, avtolavka sürən Aşot, dəmirçi Vanya, pinəçi Pavlik, dülgər Movses, dəllək Artaş, strelçik Armais... 

O qədər çoxalırlar ki, axırda ora-bura yazıb bu kənddə erməni dilində məktəb açdırırlar, azərbaycanlıların pulundan qazanıb geninə-boluna kef çəkib, güzəran keçirirlər...” Axırda da ən böyük xəyanəti onlar edirlər. Sən demə, bu kənd içində ilan balaları bəsləyirmiş... 

Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir... Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim – azəri türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə edilən hər sızıltıya, yalandan tökülən hər göz yaşına inanır, düşməni belə insan kimi qəbul edir, ona qahmar və kömək çıxır...

Azərbaycanlıların Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, onlara pay-paltar, yorğan-döşək, qab-qazan, avadanlıq gətirmələrinə baxmayaraq, Xpesin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması və başqa murdarlıqlar) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır...

Əsərdəki bir detal da maraqlıdır; bu kəndin məktbində oxuyan, çörəyi-suyu, havası ilə böyüyən Xpesin övladları Jasmen, Raçik, Rapik qol-qanad tapan kimi bu kənddən çıxıb Avropaya gedir, diasporlarına sığınıb Parisdə yuvalanır, oradan isə Azərbaycana qarşı min-bir rəzilliklə dolu planlar qururlar... 

Xpesin bir gecənin içində türkə qalmasın deyə evini, bağ-bağatını viran edib getməsi, yoxa çıxmasından daha çox, camaatı onun evin divarına yapışdırdığı, illər boyu bir yerdə yaşadığı insanlara ünvanladığı məktub olur: "İt uşağı,elə bilirsiz başa duşmadim. Yox, mən siz türklər kimi avam və qanmaz deyilam. Tok-zad hamısı yalanıydı. ...Eybi yoxdu, yaxın vaxtlarda burda göruşarik. Onda başinizi kəsib, qanınızi içacağam. Bəlkəm onda ürəyim soyudu. Yaxın gunlarda sizin hamınızi Araza tökacayik, bunu yadınızda saxlayın, qudurğan kopayuşağı.”

Kəndin üstünə əldə top-tüfəng gələnlər də bu kəndin böyütdüyü ermənilərdi – yekəqarın Xpeslərdi, dilənçi Pavliklərdi, ayaqqabı yalayan Qriqorlardı və s... 

Bax, bəla da buradadır, türk içində bəslədiyi ilanla, beləcə zəhərlənır... Və tarixən dəfələrlə təkrar olunan bu zəhərləmələr türkə dərs olmur. Onun düzəltdiyi "İlan vuran, ala çatıdan qorxar” atalar məsəli də, zivədən asılı qalan cındıra dönür...

İstedadlı yazıçı-publisist Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (2001) povesti (müəllif bunu "ən uzun dərdli hekayə” də adlandırır) erməni xislətinin başqa bir yöndən açılmasına xidmət edir. Burada qaçqınlığın və köçgünlüyün bütün əzabları, ağrıları, çadırda yaşamağın mənəvi sarsıntıları, milli-mənəvi sarsıntıya çevrilən yaşam tərzi başlıca motiv olsa da, əsərin əsas obrazı olan Müəllim bütün bu əzablara, ruhi sarsıntılara dözmür, üz tutur işğal altında olan doğma kəndləri Malıbəyliyə, oradan da qalxır Stepanakertə, uzun müddət məşuqə kimi saxladığı Aşotun bacısı Haykanuşun evinə gedir. Əslində bu erməni qızının adı Ariqadı. Müəllim ona Haykanuş deyir və sən demə, Haykanuş sözünün mənası "erməni qancığı” demək imiş... 

Uzun illər onun əl buyruqçusu olan, bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot Müəllimin Malıbəylidəki evinə od vurub yandırmış, qol götürüb oynamışdı... Müəllim bu heyfi onda qoyub bu dünyadan köçmək istəmirdi... Hər bir türk ermənidən belə heyif çıxsa, gör nə olar?!..

Povestəki bir detal olduqca ibrətamizdir. Evin qabağında futbol oynayan erməni uşaqlarının vurduqları top Müəlimin üzünə dəyir, burnundan qan şoralıyir. Bu da simvoldur... Erməni uşağının vurduğu futbol topu, atalrının atdıqları top mərmiləri kimi qan tökür, özü də türkün qanını... Müəllim ondan qorxan həmin erməni uşağının sarışın, qıvrım saçlarını qarışdırıb sığallıyır, qorxusunu götürür... Müəllif yazır: "Müəllim bilsəydidə ki, bu uşaq böyüyəcək və sabah onun oğluna güllə atacaq, yenə uşağa qıya bilməzdi. Bu, Müəllimdən asılı deyildi, Allahdanıydı, Allah bu milləti belə yaratmışdı. ... Amma müəllimin ağlına da gəlmirdi ki, bunlar uşaq deyillər, ermənidirlər...”

Bunu azərbayçanlı, damarlarında türk qanı axan yazıçı Aqil Abbas yazır.

İndi baxın, müasir erməni yazıçısı, peşəcən ən humanist peşə sayılan həkim olan, damarlarında qəddar erməni qanı gəzdirən Zori Balayan Xocalı qırğınından hansı "ləzzəti” alır və nə yazır?

Misal: "… amma, yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm atəşlərində yandırılan bir erməninin qəlbi bu sətirlərdən riqqətə gələ, qürur duya bilər. Mən də bu əməli vətəndaşlıq şərəfimdən doğan duyğularımın çağrışı ilə törədir, monqol tör-töküntülərindən qisas almaqla, özümün müqəddəs kişilik (??-red.) borcumu yerinə yetirirdim. 

Biz Xaçaturla zirzəmiyə girəndə, onları orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin saxlandığı yerdən gedir – red.), bizim əsgərlər artıq uşağı dirsəklərindən pəncərənin çərçivəsinə mismarlamışdılar. Çox səs-küy edə bilməsin deyə, Xaçatur onun ölmüş anasının döşünü kəsərək ağzına tıxadı. Sonra mən, bu 13 yaşlı türklə, onun əcdadlarının bizim uşaqlara yapdıqlarını elədim. (Qətiyyən düz deyil!! – red.) Əvvəl onun alın sümüyünü, sonra da çənəsinin və qarnının dərisini qopartdım. 7 dəqiqədən sonra o, qan itirməkdən öıdü. Mən, ilkin peşəsi həkimlik olan bir adam kimi, humanistəm (humanistə bax!! – red.) və bu səbəbdən də, bir uşaqla elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki, xalqımın ağrı və əzablarınnan yüzdə birinin də olsa, qisasını ala bilmişdim.

Xaçatur meyidi baltalayaraq hissələrə bölüb itlərə atdı, hansılardan ki, bu türk cocuğunun əcdadları əmələ gəlmişdi. Axşama qədər daha 3 türk cocuğunu eyni işgəngələrlə öldürərək itərə yem elədik... Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın, bir erməninin borcu kimi baxır və bu əməlləri də o hisslərlə törədirdim. Xaçaturun necə tər tökərək bu işləri məmnuniyyətlə gördüyünü də qeyd eləmək lazımdı. Mən onun da, digərlələrinin də gözlərində alışıb-yanan qisas hisslərini və aşırı patriotizm ruhunu gördüm. Sonda mənim uşaqlıq dostum olan mayor Suren dedi: "Biz vəhşi deyilik, amma soyuqqanlılığımızı da saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri babalarımızın ruhları rahatlanmalıdır...

...O biri gün biz bir yerdə kilsəyə getdik, 1915- də öldürülənlərimizin ruhlarına dualar oxuduq, dünən gördüklərimizə və elədiklərimizə görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını – vətənimizin bu hissəsini 30 minlik murdar tör-töküntülərdən azad edə bildik.

Sonra Surenin evinnə gəldik və onun arvadı bizə "cermuk” gətirincə, Xaçatur yorğun səslə: "Ermənilər öz doğma torpaqlarını azad etməyə borcludurlar və Böyük Ermənistanin yenidən bərpası davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizim hesabımıza yazılacaq və biz orada əcdadlarımızın qarşısına təmiz vicdanla çıxacağıq”- dedi. Mən bununla razılaşmaya bilməzdim.” (Bax: Zori Balayan. "Dirilmə” "Vanadzor” – 1996, səh – 260-262.)

Bu qəddarlıqdan sonra bizlər yenə də təmiz əllərimizi qanlı erməni əllərinə tərəf uzadırıq... Ya əllərimiz havada qalar, ya da tökülən türk qanlarına bulaşar, cənablar, əfəndilər...

Qayıdaq humanist yazıçımız Aqil Abbasın əsərinə...

Aqil Abbas öz qəhrəmanı – Müəllimin içində gəzir, onunla birləşir, müəllif və yaratdığı obraz bütövləşir, təsirli, psixoloji məqamlarla yüklü xatirələr, düşüncələr çuğlaşaraq çözələnir, oxucunun mənəviyyatına nüfuz edir və bu məqamda müəllif, obraz və oxucu üçlüyü yaranır, erməniçiliyə qarşı nifrət hissi tüğyan edir, qarşıdakı düşmənin rəzilliyi və qorxaqlığı aşkarlanır... 

Müəllim Aşotu və onun meyxanasında olan ermənilərdən əlindəki qumbaranı partladaraq heyfini alır, özü də şəhid olur... Bu səhnədə ermənilərin qorxaqlığı, rəzilliyi, fahişəliyi Aqil Abbasın dili ilə desək "oğraşlığı” bütün gerçəkliyi ilə görsənir...

Bu əsər, bizcə, Qarabağ mövzusunda yazılan ən dəyərli əsərdir, ruhi-psixoloji məqamlarına görə "Dolu” romanından xeyli fərqlənir və son iyirmi ilin ictimai-sosial, siyasi, psixoloji məqamlarını bütöv şəkildə proyeksiya edir... Və bu əsərdən çox təsirli, dramatik-psixoloji bədii tele-serial alınar...

Qocaman yazıçı, müasir mərhələdə Azərbaycan avtobioqrafik roman janrının silsilə şəklində yaradıcısı, "Mənim rəncbər atam” təkin məşhur romanın müəllifi (yeri gəlmişkən deyim ki, bu roman Türkiyədə də çap edilib) yazıçı Əli İldırımoğlunun "Daş yağan gün” (2011) romanı, deyərdim ki, erməniçilik və erməni xislətinin anatomiyasını açan dəyərli bədii nümunədir. 

Bu əsərdə qatı erməni millətçiliyi, onların şovinist və terrorçu, işğalçı məsləkə əsaslanan ideoloqları daşnak hərəkatı, tarixin müxtəlif mərhələlərində, əllərinə fürsət keçən kimi türklərə, azərbaycanlılara qarşı məkrli siyasət yürüdən, qanlı müharibələr, kütləvi qırğınlar törədən erməniçilik və erməni xisləti təsirli, inandırıcı həyati lövhələrlə əksini tapmışdır. Romanda erməni millətçilərinin insani normalara sığmayan, qəddarlığı, vandalizmi, Azərbaycan şəhər və kəndlərinə tutduqları divan tarixi gerçəkliyə uyğun tərzdə, artılıb-əksilmədən, olduğu kimi bədii dildə təsvir edilmişdir. 

Əli İldırımoğlunun "Daş yağan gün” romanı onun yaradıcılığının təkamülünün nəticəsi olaraq ortaya çıxıb. Əli müəllim bundan əvvəlki romanlarında, xüsusən bədii publisistikasında erməni xislətinin ifşasına yeri gəldikcə toxunur, erməniçiliyin çirkin mahiyyətini, məkrini, qurnazlığını ardıcıl olaraq açırdı... Bu romanda isə, o, müdrik bir müəllif kimi bütün müşahidələrini və təcrübəsini bədii şəkildə ümumiləşdirərək ortaya qoymuş, bir sıra görünən və görünməyən mətləbləri aşkarlamışdır...

Romançı-müəllifin bu romanında bir leytmotiv var – İnsan və insanlıq! Və bu, təkcə əsas personaj - azərbaycanlı Nəcəfin simasında təcəssüm tapmaqla qalmır. Yazıçı təfərrüatları, faktları, epizodları, hadisələri danışdırmaqla türkə - azərbaycanlıya məxsus geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani, antihumanist səhnələrə - erməniçiliyə, qəddar erməni xislətini açan məqamlara işıq salır.

Əli İldırımoğlu təsvirlərində, şərhlərində heç bir yersiz emosionallığa, çılğınlığa, yersiz pafosa, süni qəhrəmanlığa yol vermədən, təmkinlə, ləngərli, şirin bir təhkiyyə ilə insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirlərini verir ki, bu cəhət əsərin ideya-estetik qayəsini daha inandırıcı olmasına xidmət edir.

Əli İldırımoğlu bu romanında ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi və erməniçilik mövzusuna, erməni xislətinin ifşasına qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Əsərin qəhrəmanı Nəcəf ermənilər tərəfindən darmadağın edilmiş əvvəlki, köhnə Həsənli kəndinin uşaq yaddaşının gücü ilə Yeni Həsənli kəndində maketini yaradır və bununla tarixi yaddaşın itməsinə qarşı çıxır, millətimizin yaddaşsızlıq, unutqanlıq sindromunu yox etməyə çağırır... 

Bəli, unutqanlıq, yaddaşsızlıq, manqurtluq milli fəlakətə gətirib çıxarır... Bizlərin erməniçilikdən də qəvi düşmənimiz unutqanlığımızdır!.. 

Bu müəlliflər sırasında Seymur Baycan və Mahir Qabiloğlu ən gənc yazıçılardır və müstəqillik dövrünün yetirdiyi istedadlı yazarlar nəslinə məxsusdurlar. Onların erməniçilik mövzusuna, Qarabağ müharibəsinə, erməni xislətinin şərhinə fərqli münasibətləri, fərqli rakurslardan baxışları mövcuddur. Bu cəhətdən hər iki gənc yazıçının bu mövzudakı əsərləri diqqəti cəlb edir və mən hər iki yazıçının bu istiqamətdə yazdıqlarını, axtarışlarını, orjinal yanaşma və təsvir-təqdim üsullarını təqdir edirəm və müasir nəsrimizin nəaliyyətlərindən sayıram...

Seymur Baycan "Quqark” (2011) romanını uşaqlıq xatirələrinin əsasında qələmə alıb. Müəllif əslən Füzuli bölgəsindəndir və onun doğma yurdu ermənilərin işğalı altındadır. Müəllif, maraqlı bir təhkiyyədə (bu əslində xatirələrə əsaslanan impultiv təhkiyyədir) uşaqlıq illərində gördüklərini və duyduqlarını təsvir edir. Bu təhkiyyədə, ən əsası budur ki, yalan və məşşatəçlik yoxdur. Çünki hadisələr səmimi, heç bir təsirə məruz qalmayan saf təxəyyüllü və bulanmamış uşaq baxışları əsasında canlandırılır...

Seymur Baycan bu əsəri yazmağına və ümumiyyətlə bu istiqamətdə yazılan əsərlərə münasibətini belə bildirir: "Mən bütün bunları görmüşəm və müharibəyə bir uşağın, yeniyetmənin gözləriylə baxıram. 

...Kitabların mövzularına gəldikdə isə... Mən belə deyərdim ki, bizim respublikada Qarabağ haqqında çoxlu kitablar yazılıb. Bu kitabların əsasən iki süjet xətti olur. Mifik Azərbaycan əsgəri qəhrəmanlıq edir – ya indiki zamanda, ya da ötən əsrdə. Digər süjet xətti isə ondan ibarətdir ki, ermənilər hansısa kəndimizi tutublar, sakinləri qırıblar və yalnız bir neçə insan hansısa mağarada və ya zirzəmidə gizləniblər. Və erməniləri söyürlər ki, - onların insanlığı yoxdur, bütün insanlıqlarını itiriblər. Onlar başqalarının mədəniyyətini, mahnılarını, mətbəxini oğurlayıblar. Düşünürəm ki, Ermənistanda da Azərbaycana qarşı belə fikirlər mövcuddur. Mənsə hadisələrin baş verdiyi yerdə doğulmuşam və buna görə də hər şeyi öz gözlərimlə görmüşəm. Gördüklərimi yazmaq istəyirdim "Quqark” romanında və məncə, buna nail oldum...” (Bax: Aram Qaraqinyanla müsahibəyə. Ermənilərin "NEWS.am” saytında.)

Seymur Baycanın "Quqark” romanı da elə müharibə haqqındadır. Qarabağ müharibəsinin başlanması, iki xalq arasında münasibətlərin necə korlanması, müharibənin gedişi və sonrakı nəticələri... 

Müəllif tendensiyadan kənardır, süni humanizm və vətənpərvərlik hissləri eləmir, sadəcə Seymur uşaq və yeniyetmə gözü ilə gördüklərini, uşaq və yeniyetmə ürəyi ilə duyduqlarını təsvir edib. Nəticə çıxarmağı isə oxucunun ixtiyarına verib.

"Quqark” təkcə Qarabağ haqda deyil. Seymur adi insanların məişətindəki dəyişikliklərin fonunda bir imperiyanın çöküşünü göstərib. Bu dövrü yazmaq çox çətindir. Seymur özü də etiraf edir ki, imperiyanın çökməsi və yaranması mövzu dəryasıdır, ordan ancaq bir "çömçə” götürə bilib. "Tarixdə elə bir dövr tapılmaz ki, 1990-2000-ci illərə bənzəmiş olsun. Bu illər həm şən, həm kədərli, həm parlaq, həm də tutqun illər idi.”

"Quqark” Ermənistanda bir pioner düşərgəsidir. Əsərin qəhrəmanı (əslində, Seymurun özü) düşmən ölkədəki bu düşərgəyə mühazirə oxumaq üçün gedir. Orda Anuş adlı erməni qızına vurulur. Qız da ona aşiq olur. 

Əslində bu mövzu elə də təzə deyil, elə "Əsli və Kərəm”, "Bahdır və Sona”, "Şeyx Sənan”, "Mahmud və Məriyəm” mövzusunun başqa bir məkanda və başqa bir məqamda yeni variasiyasıdır... Azərbaycanlı, türk, müsəlman xristian, burada erməni qızına, qız da ona vurulur və dramatik kolliziya, sevgi macəraları, əzabları, məktublaşmalar, insani əzablar...

Romanın sonuncu hissəsi Seymurla Anuşun məktublaşmasıdır. Anuş Seymuru dəli kimi sevir. Onun üçün hər şeyi etməyə hazırdır. Amma Seymur bacarmır. Arada bir çox səddlər var. İllərlə sürmüş müharibə... Ermənilərin törətdikləri işğalçı müharibənin ağrılı nəticəsi məhz burda özünü göstərir. Bir-birini sevən bu iki gənc qovuşa bilmir. Hər ikisi əzab çəkir və faciə də bu əzabın səbəblərinin aradan qaldırmağın mümkünsüzlüyüdür... 

"Quqark” sadə səhnələr, dialoqlar, mülahizələrlə doludur. İlk baxışdan bir-birinə qətiyyən aidiyyatı olmayan epizodlar roman boyu davam edir. Burada hadisələrin inkişafı yox, axarı var. Elə bir axar ki, nə istiqaməti, nə də şiddəti var. Bədii-publisist təhkiyyə boyu oxucu eninə-uzununa, irəli-geri, rahatca hərəkət edir, özü də hadisələrin hardasa personajina çevrilir... 

Seymur Baycanın "Quqark” romanının ədəbi-bədii cəhətləri, bir sıra ideya-estetik məqamları ilə ciddi mübahisə etmək mümkündür, amma hadisələrə müəllifin yanaşma tərzi fərqlidir, orjinaldır, özününküdür və onun da öz maraqlıları, öz oxucu siferası mövcuddur... 

Müəllif aşkar günahkar axtarmasa da, hər halda burada da erməniçiliyin və erməni xislətinin doğurduğu faciə aşkar şəkildə, müəllifin şərhi olmadan da görsənir...

"Erməniçilik mövzusu”nda (ad şərtidir) yazan və erməni xislətinin müasir dövrdə təzahür edən maraqlı çalarlarını əhatə edən gənc yazıçı Mahir Qabiloğlunun hələ mürəkkəbi qurqmamış "Ərmən – Şuşanikin sevgisi”(2014) və "Debil Armen”(2014) hekayələridir.

Onu da qeyd edim ki, Mahir Qabiloğlu bu mövzuda olduqca maraqlı "Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...” və "Serj Sarkisyanla arvadının söhbəti” adında publisitik köşə yazıları da qələmə alıb və "Modern.az” saytında yayımlayıb.

Mahir Qabiloğlu da bu mövzunun bizə məlum olan kanonlarını dağıtmış, streotiplərdən, standartlarından uzaqlaşmışdır. O, azərbaycanlı ilə erməni qızının "qarşılıqlı məhəbbətinin ənənəvi "Əsli Kərəm”, ”Şeyx Sənan” , "Bahadır və Sona” variasiyalarından çıxarmış, bu mövzunun müasir, daha mükəmməl, gerçək variantını yaratmış, burada da erməni məkrinin üzərindəki pərdəni qaldıraraq erməniçiliyin müqəddəs saydığımız məhəbbət və sevgi hisslərindən də necə hiyləgərliklə, məkrlə, şovinistcəsinə istifadə etdiklərini uydurmasız-zadsız, real həyati faktlarla göstərmişdir. 

"Ərmən – Şuşanikin sevgisi”nin sirləri eləcə rusiyanın böyük atomçu alimi, dünyada demokrat kimi tanınan, əslində erməni harsını Yelena Bonerin qarmağına düşərək erməniçiliyin təbliğatçısına çevrilən Nobel sülh mükafatı laueratı, akademik A.D.Saxarov kimi adamların izdivacını xatırladır...

Artıq, qızını müsəlmandan qaçıran erməni keşişləri müasir mərhələdə siyasəti dəyişiblər. İndi onlar erməni gözəlçələrinin vasitəsilə yaşadıqları ölkələrdə ən yaxşı, məşhur, varrı-hallı nəsillərin oğlanlarını ovlamaqla məşğuldurlar. Erməni şovinizmi və millətçiliyi onlarca erməni qızlarının qeyri millətlərlə, əsasən də türklərlə izdivacını məhəbbət və sevgi aləmini də millətçilik, erməniçilik bazarına çeviriblər...

Mahir Qabiloğlu erməni Şuşanikin Bakılı balası, Qara şəhərli, bir həyətdə və bir məktəbdə oxuduqları Əhmədə sevgisinin, Şuşanikin necə dönüb Süsən olduğunu ("Süsən sünbül” mahnısı və XIX əsr dünyaca adı olan şairimiz M.Ş.Vazehin "Süsəni” şeiri yada düşür), Ərmən və Ərsən (Güya "türkün Ər oğlu ər”, "Ərim mənim” sözlərindən götürülüb) adlı oğul övladlarının vaxt, məqam çatanda necə dönüb Armen və Arsen olduqlarının sirlərini açır, bu xətlə başımıza gələn fəlakətlərin, faciələrin mahiyyətini məharətlə ortaya qoyur...

Mahir yaddaşımızın üstünü örtən pəlməni üfürüb qaldırır, yüz illər boyu Osmanlı imperatorluğunu çökdürən, qardaşı-qardaşa qırdıran xristian gözəlçələrinin türkün can koduna, genetik hücrələrinə necə soxularaq, bizi içimizdən dəyişdirdiklərini təsvir etmişdir... 

Mən bir tənqidçi kimi Mahir Qabiloğlunun "Ərmən – Şuşanikin sevgisi” kiçik hekayəsinin ehtiva etdiyi mətləbi, mahiyyəti, erməni ksenefobiyasının məqsədinin nədən ibarət olmasını göstərməsini, açmasını böyük bir romanda əhatə ediləcək mətləb və bədii dəyər kimi qiymətləndirirəm...

Bu hekayə ilə bağlı bir faktı da qeyd edərdim. Hekayə saytlarda, mətbuatda yayılar-yayılmaz, artıq Ermənistan saytları və erməni ziyalıları bu hekayəyə maraq göstərmiş, hiyləgərcəsinə yozumlar vermiş, hətta hekayəni erməni dilinə tərcümə edərək "Azerichild.info”, "Panorama.am”, Rusiya ermənilərinin qəzeti olan "Erkramas” – "Yerkramas.org” və s. mənbələrdə yayımlamış, hekayəni başqa bir yöndən – özlərinə sərf edən mövqedən şərh etməyə çalışmış və çalışırlar... 

Bu da erməni məkridir, ermənifobiyanın siyasətidir... Onlar hekayənin ideya-estetik dəyərinin (müqəddəs sevgini, məhəbbəti məkrə və hiyləyə çevirmək, sevgini qəddarlıq silahına döndərmək, "dünyanı sevgi və məhəbbət xilas edəcək” posyulatını dağıtmaq kimi erməni məkrinin üstünü açmaq) istiqamətini dəyişmək istəyir, Mahir Qabiloğlunun ağrıdıcı hədəfinin ağrılarını azaltmağa cəhd edirlər... 

Müəllifin özü – Mahir Qabiloğlu (bu istedadlı yazıçı-jurnalist ünlü sənətkarımız, xalq şairi Qabil İmamverdiyevin oğludur) bu kimi cəhdlərə özü yerində cavab verib:

"Erməni fobiyasından söz açırlar. Əslində erməni toplumuna illər boyu rəhbərlik edənlər, kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni toplumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etmək də bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar.” Çətin çıxarlar, hörmətli Mahir! Boşuna cəhd etmə, axı onlar ermənidirlər!..

İndi isə içimizdən qidalanan, içimizdə böyüyən "erməniçilik” adlı konserin-yaranın, xərçəngin başqa bir məkrinə toxunmaq istərdim. Bu yaxınlarda Türkiyədə, İstambulda fəaliyyət göstərən erməni mətbuatından birinin "AQOS”un saytında "Eski ‘Ermeni şehirleri’nde seçimi kim kazandı?” materilını oxudum. Məqalənin adına fikir verin, Türküyənin içində, indi seçki kmpaniyasından sui-istifadə edərək "Əsgi – qədim erməni şəhərlərinin adlarını sadalayır və bu şəhərlərdə vaxtilə nə qədər erməninin, erməni nüfusunun yaşadığını və qırıldığını sırası ilə verir.

Məqalədən bir abzası misal gətirirəm: "1915’e kadar Ermeni nüfusun yoğun olduğu bazı yerleşim yerlerinde sandıktan hangi partilerin çıktığına baktık. Belki pek de şaşırtıcı olmayan şekilde, eskiden Ermenilerin yoğunlukla yaşadığı, Kozan, Talas, Şebinkarahisar, Melikgazi, Kemaliye, Bayburt, Elazığ gibi yerlerde, bugün büyük bir AK Parti ve MHP üstünlüğü var. 03 Nisan 2014, Perşembe.”

Sonra sırası ilə bu şəhərlərin "tarixni” verirlər. Birini misal gətirirəm:

"Kozan (Sis / Adana) Kilikya’nın kalbinde yer alan Kozan Sancağı’nın yönetim merkezi Sis, Ermeni krallarının başkentiydi. 1914’te burada yaşayan 8 bin kişilik nüfusun 5 bin 600’ü, yani şehrin neredeyse dörtte üçü Ermenilerden oluşuyordu. Şehirde, 1902’de 641 öğrencinin okuduğu yedi okul bulunmaktaydı.” Beləliklə, Türkiyənin 7 şəhəri beləcə qədim erməni şəhəri kimi təqdim edilir.

Buyurun, baxın, bu erməni hiyləgərliyinə! Görün içimizdə yaşaya-yaşaya bütün Türkiyəmizin xəritəsini necə hiyləgərliklə dəyişir, tarixi faktları təhrif edir, seçim kampaniyasndan sui-istifadə edərək Türkiyənin tarixi şəhərlərini erməniləşdirirlər! Bax budur "AGOS"! Bax, budur erməni məkri və erməni hiyləsi!

"AQOS”un baş redaktoru Robert Koptaş və onun erməniçiliyi yayan komandası bütün yazılarında erməniyə xas məkrlə çıxış edirlər! 

Robert Koptaş türkün çörəyini yeyə-yeyə yenə də türkün əleyhinə çıxış edir, dövlətçiliyimizə böhtan atır, paxıllıq edir, Xocalı qətliamında ölənlərin üzərində aparılan qəddadrlığı bizim üstümüzə atır, "müharibədir, müharibədə hər şey olar, füzelərin gözü yox” deyərək, üstüörtülü şəkildə qətliama haqq qazandırır, onu müharibə hadisəsi kimi qələmə verir! 

Niyə Ermənistanda bir nəfər də türk ailəsi yoxdur, cənab Robert? Amma Azərbaycanda, Türkiyədə, digər türk ellərində on minlərlə erməni ailəsi firavan yaşayır... Bu suala niyə "AQOS" cavab vermir?

Niyə Ermənistanda bir türk qəzeti çıxmır? Amma "Agos" təkin onlarca qəzet və dərgilər, özəl radio-televiziya studiyaları Türkiyədə erməniçiliyi təbliğ edir, Türkiyədə əski-qədim erməni şəhərləri axtarır, olmayan erməni abidələrini bərpa edir! Ermənistanda isə bütün türk abidələri, türk məzarlıqları, türkün adına nə varsa məhv edilir! Cənab Robert, "Agos" bu faktlardan niyə yazmır?!! Çünki yazmaz! Sumqayıtı misal gətirirsən! Sumqayıtı da erməni "faşizmi" törətmişdi, hayes! Türkün çörəyi gec-tez haramxorların gözlərini tutacaq, dillərini lal edəcək! İndinin özündə Türkiyədə 200 min erməni qanunsuz yaşayır... Niyə?! Nəyə görə?!

Robert Koptaş keçən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvan çuxurunda, Naxçıvanda, Vedidə, Dərələyəzdə və s. və s. türk ellərində erməni daşnaklarının - Dronun, Andronikin törətdikləri qətliamdan niyə söz açmırsan, niyə onların üstündən keçirsən?.. 

Yüz ildən çoxdur ki, erməni diasporu türk ellərindən qazandıqları pullar hesabına (təkcə Mantaşovu yadına sal) yalançı türk qətliamını təbliğ edir, bunun üstündən keçirsən, tezcənə Xocalı qətliamının təbliğinə sərf olunan Azərbaycan pullarını sayırsan?! Budur sənin obyektivliyin? Budur sənin "hataları” etirafın? "Hatalar” birtərəfli etiraf olunmur, küllən etiraf olunur! Səni onda kişi bilərəm ki, tarixi faktları təhrif etmədən, ironiyasız, məbəddə olduğu kimi etirafda bulunasan!!

Amma inanmıram bunu edəsən! Bunu qanı və geni saf olanlar edər!!

Yaşasın ermənisiz türk elləri!.. Yaşasın ermənisiz türk dövlətləri!..

Diqqətinizə görə, sağ olun!