Maraqlı saytlar: Cineline

Maraqlı saytlar: Cineline



Kult.Az olaraq Azərbaycan internet məkanında mədəniyyətlə bağlı olan, amma yetərincə tanınmayan maraqlı saytların təqdimatına davam edirik.

Bu dəfə sizi Cineline.az saytı ilə tanış edirik.

“Cineline” 2010 – cu ilin yanvarın 1 –də  bir qrup kino həvəskarı olan gənclərin birləşməsi ilə yaranmış bir Qrupdur.

“Cineline” Qrupu Azərbaycanda son illərdə yeni istehsal olunan filmlər haqda məlumatsızlığı aradan qaldırmaq və onları geniş ictimaiyyətə tanıtmaq məqsədi ilə nümayişlər, eləcə də filmin yaradıcı heyəti ilə görüşlər təşkil edir. Nümayişlərə hər kəs dəvətlidir. Giriş isə sərbəstdir.

Cineline.az  bloqu isə  filmlərlə  bağlı öz fikirlərini bölüşmək istəyən gənclər üçün bir məkandır. Gənclər hər hansı bir film haqqında burada yaza bilər və müzakirə edə bilərlər.

Təqdim etdiyimiz saytlar:

Elfecin.com
Cineline.az