Məlik Cahan

Məlik Cahan "Dəyişdim"

Səndən sonra nə fərqi Ölüyəm,ya diriyəm? Aldın apardın məni, Artıq özgə biriyəm. Artıq çox dəyişmişəm, Dəyişib zaman məni. Sən getdin elə bil ki, Götürübdür can məni.
Nə gözüm,nə gülüşüm, Nə üzüm həmən üzdü. Qayıdan da deyilsən, Səndən əlimi üzdüm. Elə bir vaxtda getdin, Qaldım çarəsiz yetim. Özgələrə yar oldun, Deyilmişsən qismətim. Gözləmək də əbəsdir, "Bir gün qayıdıb gələr”. Gərək alışam artıq, Yoxluğuna birtəhər. Gərək unudum səni, Silim olmamış kimi. Gərək çıxarıb atım, Gözlərimdən yaş kimi. Gərək unudum səni, Yandırım rəsimləri. Hər gecə alovunda, Yandığım rəsimləri. Öldürüb son ümüdü, Pəncərəmi bağlayım. Sonra çəkilib küncə, İçdən-içdən ağlayım. Boşaldım qəlbimdəki, Sənə aid nə varsa. Allah bəlamı versin, Məndə izin qalarsa...