"Nadir Şah" romanı səhnələşdiriləcək

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir Şah" tarixi romanı Azərbaycan Akademik Milli Dram Teatrında tamaşaya qoyulacaq.
Trend-in məlumatına görə, əsərin səhnə variantı artıq hazırdır və teatra təqdim edilib.
Qeyd edək ki, yazıçının "Nadir Şah" romanı müxtəlif dillərə tərcümə olunub.