Nicat Kazımov.  Saqqalsız vəhhabi

Nicat Kazımov. Saqqalsız vəhhabi

Nicat Kazımov

Saqqalsız və
hhabi

(hekayə)


Dünənə kimi həyatım öz axarındaca gedirdi. Sakit həyat tərzim var idi. Amma bir gün hərşeyin dəyişəcəyini heç ağlıma belə gətirə bilməzdim. Sakit həyat deydiyim də o idi ki, işlədiyim qəzetdə yazıların hərf səhvlərini düzəldir, redaktora göndərirdim, digər işçilər isə yazını qəzetə yerləşdirirdilər. Həmişə istəyirdim ki, qəzetdə öz köşəm olsun, ancaq, bu qəzetdə başladığım ilk iş günündən baş redaktor məni bəyənməmişdi, nəsə eləcə mənə qarşı problem axtarırdı. Bu səbəbdən, həmin maraqsız qəzetdə vəzifəmin dəyişməsinə imkan vermirdi.


Nə sevdiyim, nə də bir yaxınım olmadığından qazandığım maaş az daolsa, kifayət edirdi. Çöldə həyat elə idi ki, indiki dövrdə sakit bir iş tapmaq çox çətin hala gəlmişdi. mən susduqca, Baş redaktorum müsyö Fresməni kölə halına gətirmişdi: başqa işçilərin yanında ən kiçik səhvimə görə təhqir edir, başqalarının yanında gözdən düşürür, haqlı ikən, haqsız vəziyyətə salmağa cəhd edirdi. 


Bu "kiçik səhv" dediyim də təbii ki, içkim idi. Onun özəl həyatıma qarışması, mənim gecə içib, səhər gəlməyim, niyə onu bu qədər narahat edirdi başa düşə bilmirdim.

 

Ümumiyyətlə, redaksiyamızda müsyö Fresə hər kəs nifrət edirdi. Onun hər dəfə hamar sifətini, nəzik bığını, hər kəsin üzünə seyrək dişlərini göstərib pis-pis gülməyini görəndə taqətdən düşənə qədər döyməyimi istəyirdim. Ancaq, sonra da gedib başqa yerdə iş axtaracağımı fikirləşib, bu fikirimdən geri dönürdüm.

Hə, bu arada özümü tanıtmağı unutdum. Adım Antuandır. 30 yaşıma təzə qədəm basmışam.

Deyəsən, əslən Əlcəzairdənəm. Amma yalançı olaram. Gözümü açandan Parisi görmüşəm. Əlcəzayır haqqında hələ universitet illərində atama sual verəndə həmişə susurdu. Niyə belə etməsini bilmirdim. Ancaq, daha sonra ucundan qulağından tutub başa düşmüşdüm ki, atamın atası, yəni babam, əlcəzairli ola-ola "Əlcəzair böhranı”nda fransızlar tərəfindən çıxış etmiş, xeyli insan qətl etmişdi. Buna görəFransada yaşayan atam heç vaxt ağzına gətirmirdi ki, bizəlcəzairliyik.


Əks halda xoşa gəlməz hallar yarana bilərmiş. Bu səbəbdən az da olsa ərəbcə bilsəm də, müsəlman deyiləm. Dinlərdən danışmaq istəmirəm, haqqımda təəssüratın yaranmasını istəyirsinizsə, deyim ki, inandığım bir din yoxdu. Hərflər içərisində keçən gəncliyimdən, din və ya mövcudiyyət haqqında heç bir şey fikirləşməmişəm. Sıxıcıdır, əzizim.

Söhbətin harasından hara gəlib çıxdım. İndi məktəbdə hər hansısa inşa yazsaydım çoxdan müəllim "Hors sujet” (mövzudan kənar) yazıb, sıfırı yapışdırmışdı.

Hə, başıma gələn qəribə hadisələri nəql etməyə başlayarkən dedim ki, dünənə kimi həyatım öz axarında gedirdi. Amma bir gün hər şey dəyişdi.

Həftə sonları vaxtım olduqca aşağı məhəllələrdən birindəki kazinoya gedib, poker oynayıram. Demək olar ki, maaşımın bir hissəsini hər ay orada xərcləyirəm. Yenə bazar günü bankdan pul çıxarıb, oraya getdim. Həmişəki kimi şəhərin "alicənabları” orada idi. Hər kəs də yanında dekolteli – açıq-saçıq qızlar gətirirdi. Guya gözəl qızlar qumarbazlara uğur gətirirdi. Bəlkə də mənim pokerdə uduzmağıma səbəb bu idi. Ümumiyyətlə masa arxasında olanda qızların sinələrindən gözümü çəkmir, fikirimi oyuna cəmləyə bilmirdim.

Kənarda dayanıb poker masasının boşalmasını gözləyirdim. Oyunda hər şeyini uduzan biri qalxdıqdan sonra kassadan 300 avroya aldığım 5 ədəd qırmızı jetonla yaşıl masa arxasında əyləşdim. Oyunçular toplaşmağa başlandı. Bu dəfə özümə söz vermişdim ki, fikirimi oyuna cəmləyib qızlara baxmayacağam. Bu səbəbdən başımı aşağı salıb kartların paylanılmasını gözləyirdim. Bu vaxt qarşımda oturan biri mənə baxıb dedi:

- Oh la la, müsyö Antuan, demək içkidən əlavə sizin qumarınız da var. – gecənin ilk uğursuzluğu qarşımda baş redaktorum müsyö Fresi görmək oldu.

- Vaxtım olanda gəlib şansımı yoxlayıram.

- Yaxşı, indi əlindəki jetonların hamısını itirəndə görəcəksən, ha-ha-ha. – seyrək dişlərini, qırmızı böyük burnunu gördüm, yenə ürəyim bulandı. Redaksiyada komputer arxasında oturub onu ölümünə döydüyüm fikirləri yenidən ağlımda canlandırdım. Ancaq, bunu etməyə məndə nə ürək var idi, nə də həvəs. Əclafı bütün Paris tanıyır.

Masa arxasında 5 nəfər var idi. Fresin yanında ona puluna görə yaltaqlanan gözəl qız oturmuşdu. Oyunu idarə edən kartları paylamazdan əvvəl mənim solumda oturan, iri gövdəli kişi masaya məcburi olaraq bir jetonunu qoydu. Kartlar paylanıldı. Hər kəs kartına baxdıqdan sonra, mən öz kartıma baxdım. Əlimdə iki ədəd "Tuz” var idi. Bu yaxşı idi, ancaq oyunun nə gətirəcəyi heç kimə məlum deyildi. Oyunu idarə edən cavan oğlan ümumi kartardan masanın üzərinə 3 kart düzdü.

Masa üzərində 3 kartdan ikisi "Kral” idi. Kiminsə əlində bir "Kral” var idisə, vay mənim halıma. Oyuna "pass” deyə bilərdim. Xüsusilə, Fresin üzü gülürdü. Qazanacağından əmin idi. Ancaq, nə "pass” dedim, nə də kartları kənara atdım. Davam edəcəkdim. Hər kəs 2 jeton qoydu. Masa üzərində artıq 1000 avrodan çox pul var idi. 

Oyunu idarə edən bir kart daha açdı. Hələ də çox böyük risk içərisində idim. Axrıncı kartı görmək üçün əlimdə olan son iki jetonu da masa üzərinə qoydum. Əgər uduzacaqdımsa, əlimdə pul qalmayacaqdı, ən pisi də o idi ki, sabah səhər tezdən yenə müsyö Fres gəlib, beynimi zorlayacaqdı. Yanımda olan viskini başıma çəkdim. Halımı görən müsyö Fres qəşş edərək güldü. Yəqin onun əlində "Kral” var idi. Yanındakı qızın da üzü gülürdü, böyük ehtimal qız onunəlindəki kartı görmüşdü.

Oyunu idarə edən oğlan kartlardan birini də açdı. Bu vaxt başa düşdüm ki, göylərdə bir yerdə Tanrı var və onun mələklərinin busəsi yanaqlarımda gəzir. Çünki, oyunun son kartı, "Tuz” idi. Mənim əlimdə iki ədəd, eyni kart olduğundan oyunun faktiki qalibi mən ola bilərdim. Digər üç "alicənab” bəylər əlindəki kartları əsəblə kənara atdı. Müsyö Fres üzündəki zəhrimara təbəssüm qataraq əlindəki kartı açdı, əlində bir ədəd "Kral” var idi. Əclaf gözlərimin içinə baxırdı. Bu vaxt mən kartımı açdım, əlimdə iki "Tuz”u görən müsyö Fresin rəngi qaçdı. Oyunu idarəçisi 1500 avro dəyərində olan jetonların hamısını qarşıma qoydu.

Həmin gecə çox şanslı idim. Qarşımda təpələnmiş jetonları görən kazinoya gələn bir-birindən gözəl qızlar ətrafımda toplanmağa başladılar. Onların xoş ətiri, məni xeyli məsud edirdi. Nə yalan deyim, 6-7 dəfə oynadım, heç birində uduzmadım. Pul qazanmaqdan çox, Fresin üzündəki hissləri oxuya bilməyim məni xoşbəxt edirdi. Oyunu bir dəfə "Nərdivan”-la, bir neçə dəfə də”Rənglər”-lə qazanmışdım. Hətta elə oldu ki, əlimdə heç nə olmaya-olmaya elə təssürat yaratdım ki, ən güclü kartlar məndədir. Yəni, oyunun həll edici anında əlimdəki bütün jetonu masa üzərinə qoydum. Böyük risk idi, ancaq, heç kim qorxusundan oyunu davam edə bilmədi. Fresin qarşısında heç bir jeton qalmamışdı. Üçüncü qədəh viskimi də başıma çəkib, jetonlarımı topladım. Bir jetonu da götürüb, müsyö Fresin qarşısına atdım və dedim:

- Bu axşam taksiylə gedin.

Müsyö Fres rəng alıb, rəng verdi. Etdiyim hərəkət yanındakı qızı həyəcanlandırdı. Jetonları xırdaladığımda kassadan mənə nə az, nə çox düz on beş min avro pul verdilər. Bəh-bəh.

Kazinodan çıxdığımda, gecə yarısı idi. Hava da soyuq olduğundan taksi ilə evə getməyə qərar verdim. Taksiyə əl edib, saxlayarkən, arxadan bir qız səsi eşitdim, başımı çevirib ona baxdığımda, bir az öncə Fresin yanında olan qızı gördüm. Masa arxasında oyuna diqqətim cəlb olunduğundan, qıza fikir verməmişdim. Füsunkar gözəlliyi var idi. Hündür boyu, uzun və dalğalı saçları, iri döşləri və elə iri döşləri kimi də, iri gözləri, burnunun altına bayaq mənə yardım edən Tanrının zərgər dəqiqliyi ilə işlədiyi iri dodaqları var idi. İri,iri,iri... Bu qızda hər şey iri idi. Korrektor olduğumdan, eyni sözlərin təkrar istifadəsini xoşlamıram, həmişə o sözləri eyni olmaması üçün dəyişirəm. Ancaq, bu qızı başqa sözlə ifadə edə bilmirəm. İndi o sözü yenə istifadə edəcəyəm, amma məcburam. O qız məndən də "iri” idi. Qız mənə xırıltılı səsi ilə dedi:

- Eyni taksi ilə gedə bilərik?

- Əlbəttə - bir müddət durub fikirləşdikdən sonra , qapını açıb dedim: "Buyurun əyləşin”.

Maşına əyləşdikdən sonra qız şoferə "İbis” hotelə sürməyini istədi. Bir az həyacanlandım. Deyəsən, bu gecə mənim üçün hələ bitməmişdi. Qız mənə çox yaxın oturmuş, qısa ətəklərinin atlından uzanan uzun qıçalarından birini mənim dizimin üzərindən aşırmışdı. Mənsə, dırnaqlarım ilə onun baldırını sığallayırdım. Qızın nəfəs ritmi dəyişir, ona zövq yaşatdığımı düşünürdüm. Hərçəndki, hər şey cibimdə olan on beş min avroya görə olduğunu bilirdim.

"Ah pul! Sən nələrə qadirsən!” – deyə ürəyimdə ah çəkdim.

Çox keçmədi ki, taksi şoferi otelin qarşısında əyləci sıxdı.

Həmin gecə uzun zaman yaşamadığım şeyləri etdim. Daha doğrusu mən etmədim. Həmin bu "iri” qız yaşadığı bütün təcrübələri birləşdirib, üzərimdə yeni bir təcrübə keçirdi. Həm də bir gecədə 3 dəfə. Təbii ki, onun bu məharətinə görə, mükafatlandırmaqdan belə çəkinmədim.

Çirkli bir pulun, çirkli yerlərə xərclənməsi ciddi şəkildə mənə zövq verirdi.

Amma bilsəydim ki, həmin gecədən sonra, məni yeni bir həyat gözləyir, nəinki o kazinoya gedərdim, hətta qarşıma çıxan ilk qatar minib bacardığım qədər Parisdən uzaqlara, bəlkə də İspaniyaya filan gedərdim.

***

Gecə çox içdiyimdən vəyorulduğumdan, bir az gec oyandım. Xoşbəxtlikdən otel iş yerimin yaxınlığında yerləşirdi.. Redaksiyaya daxil olduğumdan hər kəs qəribə üzümə baxdı. İş yoldaşım Servantes mənə baxıb dedi: "Müsyö Fres səni təcili otağına çağırıb”.

 

Dünənki oyundan sonra, bu gözlənilən idi. İndi otağına gedib, ağız dolusu azar edəcəkdi.

Otağına daxil olduğumda, onun üzü gülürdü və mənə baxıb dedi:

- Buyurun keçin əyləşin, müsyö Antuan!

- Məni axtardığınızı söylədilər. – üzündəki hisslər o qədər qatma-qarışıq idi ki, nə düşündüyünü anlaya bilmirdim.

- Dünənki, oyundan sonra sizi təbrik etmək üçün əlimə fürsət düşmədi.

- Minnətdaram.

- Siqaret çəkirsiniz?

- Yox çox sağolun. – Sözünün mustafasını bilmək istəyirdim. Məqsədi nə idi, anlaya bilmədim.

- Sizə xoş xəbərim var. Sizin vəzifənizi dəyişdim. Etdiyiniz işdən çox məmnunam və bundan sonra reportaj bölməsində işləyəcəksiniz.

- Ciddisiniz? – inana bilmirdim. Görəsən, dünənki gecədən sonra nə dəyişdi?

- Əlbəttə ciddiyəm, hətta ilk reportaj işinizi də sizə deyim. Artıq bütün dünyaya məlumdur ki, Suriyada vətəndaş müharibəsi var. Siz isə 3 həftəlik gedib Suriyada, Bəşər Əsədə qarşı vuruşan xarici cihadçılarla müsahibə götürəcəksiniz.

- Nə?!

- Hazırlaşın sabah gedirsiniz.

- Siz nə danışırsınız? Bugün dünyanın ən qaynar nöqtəsidir oradır, həm mən ərəbcəm normal deyil. – bu adam çox əclaf birisi idi həqiqətən. İndi məni cəzalandırmaq üçün Suriyaya göndərir. Heç şeytanın da ağlına gəlməzdi bu.

- Sevinməkdənsə, mənim bu qərarıma qarşı çıxaırsan? Maaşın 3 qat artacaq və əlavədən deyə bilərəm ki, Suriyada nə qədər pul xərcləsən, hamısını özümüz qarşılayırıq. Hazırlaş ən tez bir zamanda gedirsən.

- Ən tez zamanda deyəndə neçə günə gedirəm?

- Elə sabah! Bütün sənəd işlərini artıq etməyə başlayıblar. Bir azdan, sənə lazım olan pul və kağız gətirəcəklər. Ümid edirəm, qəzetimiz üçün ən yaxşı müsahibəni sən yazacaqsan.

Heç nə demədən otaqdan çıxdım. Həmişə sıxıcı görsənən, indi isə əziz və dəyərli görsənən isti masamın arxasına keçib öz-özümə dedim: "Gərək dünən o jetonu qarşısına elə atmazdım”.

Daha sonra fikirləşməyəbaşladım:

"Müsyö Fres istəyir ki, gedim orada ölüm, ancaq, ölməsəm və yaxşı bir müsahibə hazırlasam, həmin işlə başqa redaksiyada yaxşı bir iş tapa bilərəm, əsas odur ki, ölməyim”.

Birdən-birə yeni ümidlər bütün bədənimi bürüyüb qəlbimə doğru sovruldu. Masa arxasında düşüncələrimlə yalnız qaldığımdan neçə saatın keçdiyini bilmədim, nəhayət, Müsyö Fres əlindəki sənədləri, İstanbula uçacaq bileti və "Nikon professional” fotokamerasını gətirib mənə uzadıb və dedi:

- Hələbdə səni Əhməd adlı fransızcası yaxşı olan bir ərəb qarşılayacaq. O səni həmişə müşaiət edəcək və səni istədiyin yerə aparacaq. Sabah səhər tezdən təyyarən uçacaq.

Dostlarımla vidalşamağa heç vaxtım da qalmamışdı. Üzərimdə bir az pul, fotokamera ləvazimatlarım və sənədlərim var idi. Dan yeri söküləndə artıq hava limanında idim, mənə göstərildiyi kimi ilk öncə İstanbula getdim, daha sonra əlimdəki adressə gedib, oradan başqa bir şəhərə keçdim, artıq Suriyaya gedəcək insanları görürdüm, hər kəs avtobusa doluşdu və yola qoyulduq.

***

Hələ ilk fotoları avtobusda olarkən çəkməyəbaşlamışdım, insanlar qucaqlarında toyuq-cücə aparırdı, hər kəs ərəbcədanışırdı. Kişilərin əksəriyyətinin sifətini görmək olmurdu, çünki, saqqalları o qədər uzun idi ki, ancaq gözləri görsənirdi, bu da onları vahiməli göstərirdi. Mən içəridəki insanların fotosunu çəkməyə başlayanda, insanlar üzümə tərs-tərs baxmağa başladılar. Bu baxışların mənasını yaxşı ki, tez başa düşdüm, əks təqdirdə elə avtobusdaca məni xəfiyyə adlandırıb, başıma oyun açacaqdılar.

Hər kəs içəridə Bəşər Əsəd haqqında danışırdı, bu insanların içindəki kin elə dağ qədər böyümüşdü, başa düşmüşdüm ki, bütün sərnişinlər ora vuruşmaq üçün gedir.

Avtobusda bir xeyli yatmağa müvəffəq oldum, üzərimə ağırlığını yükləyən yoğrunluqdan indi əsər-əlamət qalmamışdı. Bir gündən çox vaxt keçmişdi ki, artıq avtobusda idim. Xoşbəxtlikdən hər kəs yeməyini paylaşırdı, bir qismət də çörək arasında pomidoru mənə qoyub verdilər. Yanımda ağsaqqal bir kişi oturmuşdu, elə hey əlindəyolboyunca təsbeh çevirir, nəsə dua edirdi.

Sürücü yolun kənarında saxlayıb və anons etdi: " Burdan o tərəfə artıq Hələb şəhəridir, oraya sürə bilmərəm, yollar minalıdır”.

Hər kəs asta-asta avtobusdan enməyə başladı ,ayağını torpağa basan hamı əllərini havaya qaldırıb, dərindən gərilib, "Əlhəmdülillah” deyə şükür edirdilər.

Əsən külək havadakı barut qoxusunu üzümə yaxırdı. Şəhər artıq görsənirdi. Uzaqlardan partlayış səsləri eşidilir, avtomatların qatar atəş səsləri partlayan bombanın səsləri ilə ahəngləşər müsiqi ritmi verirdi.

İnsanlar avtobusdan enər-enməz hərəsi bir istiqamətdə dağılışmağa başladı. Mənsə, quru asfalt yolunda, isti günəşin altında tək qaldım. Asfalt yolu ilə şəhərə doğru piada gedirdim, hava o qədər isti idi ki, sanki asfalt əriyir, buğu havaya qalxırdı. Bu istiyə taqət gətirə bilməyəcəyimi düşünüb, özümlə götürdüyüm boyun şərfimi başıma doladım. Belə onlardan fərqlənmirdim, sadəcə üzümüdə tük də olsa idi, tam olardı.

Nə qədər yol getdiyimi xatırlamıram, onu bilirəm ki, ayaqlarımın ağrısını indi də hiss edirəm. Hələb şəhərinin girişinə çatdığımda, yolun kənarında bir tank gördüm, ancaq tank tüstüləyirdi, ətrafda qan izlərindən başqa heç nə yox idi, fotokameramı çıxarıb bu mənzərənin şəkilini çəkdim.

Partlayış səsləri get-gedəyaxınlaşırdı, artıq şəhərə daxil olmuşdum, şəhərin hər küçəsi viranə olmuşdu. Elə bil binaları havaya qaldırıb, göydən yerəburaxmışdılar. Dağınıqlar arasında ətrafa baxa-baxa, atdığım hər addıma diqqət yetirərək gedirdim. Partladılmış maşının yanında kimisə gördüm, bir az həyəcanlansam da, Əhmədi tapmaq üçün bu adressi soruşmalı idim. Bir qoca kişi yerdəki meyidin üzərindəki əşyaları tələm-tələsik götürürdü, mənim varlığımdan xəbəri olmayan qocanın arxasında dayanıb dedim:

- Salam Əleyküm.

- Yalvarıram məni öldürmə, sadəcə yemək axtarıram. – kişi dik atılaraq, bir başa ayaqlarıma qapandı.

- Əmi, narahat olma, sadəcə bir ünvan soruşub gedəcəyəm.

- Hə, bu başqa məsələ.

- Bu ünvana necə gedə bilərəm? - əlimdəki kağızı qocaya uzadıb dedim. Üzərindən iyrənc qoxu gələn qoca kağıza baxdı və dedi:

- Buünvanıi tanıyıram, ancaq, gərək mənə pul verəsən, əks halda demərəm. - qoca ağzında tək-tük dişlərini üzümə göstərib, guya gülümsəməyə çalışdı. Havanın qaraldığını və mənim qalmağa yer lazım olduğunu düşünüb, əlimi cibimə aparıb, beş avro qocaya "hədiyyə” etdim. Qoca bu pula xəzinə kimi baxıb ayağa qalxdı və əli ilə mənə ünvanı izah etdi və sonda mənə dedi: " Amma gərək ki, ehtiyyatlı olasan və gizlənə-gizlənə gedəsən, Bəşərlə, müxalifətin snayperərinə tuş gəlmək isməmirsənsə, tam diqqətli ol” – deyib sürətlə yanımdan uzaqlaşdı, dağılmış binaların arasında gözdən itdi.

İçimə qorxu düşmdüşdü, binalar arasında gizlənə-gizlənə yol gedirdim. Hardansa qadın və uşaq səsləri gəlirdi. Səsə tərəf getdiyimdə, daş uzərində ocaq qalıyıb, ət bişirən bir ailəni gördüm. Yanlarında iki balaca qız uşağı var idi, qadın çarşafa bürünmüş, əlində yemək bişirirdi. Məni görən kişi ilk öncə narahat oldu, daha sonra isə saqqallı olmadığımı görüb ürəyinərahatlıq yayıldı. Məni görər görməz astaca dilləndi: "Əxi, gəl bir qismət çörək ye”.

Belə vəziyyətdəinsanların yemək paylaşması necə gözəl idi. O ailənin belə ürəyə yaxınlığını görüb, ocağın başında mən də əyləşdim, kişin adı İmad idi. Hardasa qırxdan çox yaşı olardı. O mənə əvvəlki gözəl həyatından danışdı, danışdıqca da xoş hallanır, sanki ağzından çıxan hər sözü yenidən yaşayırdı, ancaq müharibə haqqında danışmağa başlayanda rəngi qaçdı, bugünki səfil həyatını danışıb ürəyimə acı sərpirdi. Sonra dayanıb, mənə quru çörəyin arasında ət uzatdı, iştahım yox idi, ancaq, ayıb olmasın deyə bir qismət dişlədim və yeməyi çeynəməyəbaşladım. Bu əti ilk dəfə daddığımdan loxmanı çeynəyə-çeynəyə soruşdum : "Bəs bu əti hardan tapmısınız?”

- Əxi, acından ölməyək deyə, küçədəgördüyümüz pişikləri kəsib yeyirik.

İmad belə deyəndə, mədəməyuvarlanaraq düşən loxmanı əlimlə dayandırıb çıxarmaq istədim, ancaq çifayda, qusmamaq üçün özümü güclə saxldım. Ancaq, gözüm kənarda pişiyin kəsilmiş başına və dərisinə sataşdığında, özümü tuta bilmədim və qusmağa başladım. Ailədən üzr istəyib ayağa qalxdım, onların izni ilə pişik yeyərkən şəkillərini çəkdim və bayaq yediyim əti ağlımdan çıxarmağa çalışa-çalışa yoluma davam etdim.

Küçələrdə qarşıma çıxan hər meyidin şəkilini çəkir, kameranın yaddaşına qeyd edirdim. Daha sonra qərara gəldim ki, artıq cəsəd şəkilləri çəkməyim, çünki, bu cəsədlərin sayı bitmək bilmirdi, kameramın yaddaşı bu qədər şəkillərlədoldurmağın əbəs yerə olduğunu anladım. Bu səbəbdən gözümə görsənəcək daha qəribə şeyləri çəkməli idim.

Hardansa, azan səsi gəlirdi, tələsmək lazım idi, hər iki tərəf müsəlman olduğundan, düşündüm ki, hər kəs ibadət etməyə gedib, bu səbəbdən indi gedəcəyim ünvan istiqamətində daha sürətlə getməli idim. Çünki, ibadət vaxtı bitdikdən sonra, yenə bu müsəlmanlar bir-birlərini öldürəcəkdi.

Domino ardıcıllığı ilə dağılmış binalar arasında nəhayət, mənə lazım olan ünvana çatmışdım, ətrafa boylansam da heç kim yox idi. Özümə bir sığıncaq tapıb, yerə uzanıb, bələdçimin gəlməyini gözlədim.

Artıq gecə düşmüşdü, səmanı işıqlarından haralardasa partlayan bombaları işığı idi, gecənin səssizliyini pozan isə atəş səsləri idi. Nə qədər gözləsəm də, bələdçi gəlmədi. Hətta, gecəni betonun üzərində yatdım. Gözlərimi açdığımda, günəş təzə yerdən sökülməyə başlamışdı. İndi bu günəş mənim ölkəmdə insanların üzünə təbəssüm gətirir, parklara gedib əylənirdilər, buradakı insanlar üçünsə yeni bir yas gününün başlanğıcı kimi yaddaşlarında qalırdı.

Bələdçimi xeyli gözlədikdən sonra başa düşdüm: " Müsyö Fres mənə kələk gəlmişdi, əslində məni burada heç kim gözləmirdi. İstəyib ki, buraya gəlim, öz başıma qalım və ölüm. Yox əzizim, bu belə olmayacaq”.

Kameramın batareyasını dəyişib,əlimdə hazır vəziyyətdəsaxladım və indi əsas məqsədim, burada vuruşan yad mücahidləri tapmaq idi. Şərq tərəfə yenə gizlənə-gizlənəgedirdim, ətrafda heç kim görsənmirdi. Qarşıma çıxan bir küçədən sağ tərəfədöndüyümdə, xeyli uşaq gördüm, oynayırdılar, qadınlar isə əllərinə paltar alıb ocaqda qaynatdıqları su ilə yuyub sərirdilər, arada gülüş səsləri də eşidirdim. Heç nə anlamırdım, bu insanlar niyə belə orta yerdə dayanlb öz işləri ilə məşğul olurdular ki?! Hətta balaca uşaqlar, ip atlayıb, ora-bura qaçışırdılar.

Yəqin bura təhlükəsiz bölgə olduğundan insanlar belə rahat idi. Onlara tərəf yaxınlaşmağa başladım, əlimdəki kamera ilə onların şəkillərini də çəkməyi unutmadım. Hər addımımı atdıqca hiss edirdim ki, yer ayağımın altında oynayır, yerdəki xırda daşlar əsirdi. Qadınlar, uşaqlar mənə baxdılar, məni görər görməz, hər kəs barmaqları ilə məni göstərib, qışqırmağa başladılar. Onlara baxıb gülümsədim, ancaq bu çığırışlar nalələrlə əvəz olundu, hər kəs bir tərəfə qaçıb gizləndi. Mənsə elə hey bağırırdım: "Qaçmayın, mən qəzetçiyəm, narahat olmayın”, amma bir göz qırpımında hər kəs yox oldu. Sən demə bunun səbəbi mən deyilmişəm – bunu arxama baxdığımda anladım. Üzərimə doğru demək olar ki, ordu gəlirdi. Böyük tanklar, üzəri açıq silahlı maşınlar, sürətlə mən tərəfə yaxınlaşırdı. Qarşıdan gələn tank bir atəşi ilə bayaq, gizlənən insanların məkanını yerlə yeksən elədi, uşaq səsləri artı, hər kəs "Ana” deyə bağırmağa başladı. Ayağımı hələ də istifadə edəbilmirdim, mən tərəfə atəş açmağa başladılar. Güllələr qulağımın dibindən keçir, vıyıltısı az qala məni kar edirdi. 

Bu səslər məni oyandırdı və sürətlə gizlənməyə yer axtardım. Qarşıda sağ tərəfə küçəçıxırdı, o tərəfə qaçıb gözdən itə bilərdim, istiqamətimi həmin küçəyə tərəf tutdum, ancaq küçəni dönəndə yenə gözlərimə inana bilmədim, o tərəfdən də dövlətə məxsus ordu gəlirdi. Məni görən əsgərlər atəş açmağa başladı. Yenə nə edəcəyimi bilmədim. Bayaq tankın yerlə yeksan etdiyi evin qalıqları arasında gizlənmənmək üçün küçənin o biri tərəfinə qaçdım. Divarın digər tərəfinə keçəndə sarsıldım... İnsanlar tankın atəşi nəticəsindəparça-parça olmuşdular. Bir qızcığaz isə can verirdi. Onun yanında əyləşib, uşağı sığalladım, hardasa 3 yaşı olardı. Üzümə baxıb gülümsədi və son nəfəsini verdi. Balaca əlləri barmağımı buraxdı. Elə bu vaxt, hardansa vıyıltı səsi gəldi və bomba düz gəlib yanıma düşdü, elə partladı ki, yerimdən iki metr digət tərəfə sıçrayıb, divara çırpıldım. Deyəsən, ölürdüm...

***

Hardansa azan səsi gəlirdi. Başımın ağrsından gözlərimi aça bilmirdim. Açdıqda isə ətrafı bulanıq görür – yanımdan qadın və kişi səsləri gəldiyini eşdirdim. Daha sonra isə gözlərimi bir müddətlik yenidən yumdum.

Özümə gəldiyimdə ağlıma gələn ilk sual bu oldu: "Mən kiməm?!”

Heç bir şey xatırlaya bilmirdim, hardan gəlmişəm, haradayam, kiməm, niyə burdaya?! Ətrafdan silah səsləri gəlir deyəsən. Nə olub ki burada? Başım da sarılıdı deyəsən! Ayağa güclə qalxdım, sağ ayağımı sürüyə-sürüyə pəncərəyəyaxınlaşdım. Çöldən gülüş səsləri gəlirdi. Nəsə fərqli bir dildə danışırdılar.

Evin həyətinə çıxanda 35-45 yaşlı saqqallı kişilər fərqli dildə danışa-danışa top oynayırdılar. Ancaq, topa baxanda əlimi qapının tininə qoyub qusmağa başladım: "Bu insanlar top yerinə insan başı iləoynayırdılar”.

Məni görən saçı-saqqalı uzun biri gülməyə başladı, barmağı ilə digərlərinə məni göstərib, xorla gülməyə başladılar. Başa düşülən idi ki, ağır bir zərbə almışam, bəlkə də bu zərbənin təsirindən xəyal görürdüm. Axı, insanlar niyə insan başından futbol oynasın ki?!

Bu insanlar kim idi? Mənim burada nə işim var idi? Hamısı da bir-birinə bənzəyirdi – yarım-yamalaq saqqal, gözlərində gün eynəyi, iri cüssəli bədənləri var idi və beləcə böyük bədənlərini sallada-sallada ora bura qaçışır, insan başı ilə futbol oynamağa çalışırdılar.

İçlərindən biri mənəyaxınlaşıb dedi:

- Deyəsən, atığımız bomba sən tərəfə tuş gəlib –o mənə ərəbəcə dedi. 

Mənim hafizəmdə ərəbəcə var idi. Mən ərəbcəni harada, necə, niyə öyrənmişəm? – bunun özü də mənə müəmmakı qaldı. Üzümü ona tutub dedim:

- Siz kimsiniz? Ümumiyyətlə, mən kiməm? Heç bir şey xatırlamıram.

- Hə? Heç nə xatırlamırsan? – Gözucu mənə baxıb, saqqalını tumarllayaraq dedi. Daha sonra üzünü digərləri tərəfətutaraq, yanımdan uzaqlaşdı.

Sakit tərzdə hamısı pıçhıldayıb öz aralarında başqa bir dildə danışdılar. Sonra bayaq mənəyaxınlaşan kişi təbəssümlə üzümə baxıb dedi:

- Əxi, get indi dincəl uzan yat, sənə hər şeyi danışacağıq.

Onların dediyini etdim, ancaq uzanarkən içimdəki o qəribə hiss bütün bədənimi əlinə almışdı. Heç kim məni inandıra bilməzdi ki, mən yatdığım zaman kimsə gəlib başımı kəsib futbol oynamayacaqlar. Lakin, mənə verilən dərmandanmı, yoxsa üzərimdəki yorğunluqdanmı başımı taxta kimi yastığa qoyar-qoymaz yuxya daldım. Nə az, nə çox, düz 3 gün yatdım. Bu dəfə isə bir partlayış səsinə oyandım. İnsanlar bağırır, qaldığım evin üzərindən təyyarə səsi gəlirdi. Deyəsən, havadan hücum edilmişdi. Ancaq çox keçmədi ki, bu səs dayandı. Uzun müddət yatdığım üçün ayağa qalxanda başım hərləndi, ancaq könə ağrılar getmişdi. Aclığı bütün vücudumla hiss edirdim.

Birtəhər otaqdan çıxıb, digər otağa keçəndə hər kəsin namaz qıldığını gördüm. Durub bir kənardan bu insanları seyr etdim. Hələ də heç nəyi xatırlaya bilmirdim. Mənimlə söhbət edən şəxs, başda dayanıb ibadət edirdi. Xatirimdə yanlış qalmayıbsa, buna imamlıq deyirdilər. Namaz bitdikdən sonra hər kəs ayağa qalxıb, bir-bir məni qucaqlayıb "Əxi, Allah şəfa versin, bizi çox qorxutdun” –deyirdilər. Mənsə onları anlamağa çalışır, bu insanları mənə niyə sarılıb şəfa diləməklərini bilmək istəyirdim. Axı, bu insanlar çox qəddar idilər, başla top oynayırdılar. Yəqin, həqiqətən mən onlara yaxın biriyəm.

Otağın digər tərərfində qara çarşaflı qadınlar yemək bişirirdilər. Otaqda zatən çox insan var idi. İçəri də isti idi, həyətdə yox, məhz evin içində qaynar yeməyi də bulamaları izdihamlı evi daha da qaynarlaşdırırdı. Mənim həmsöhbətim yenə qarşıma keçərək mənə dedi :

- Əxi, bura Suriyadır. Mən sənin ən yaxın dostun, sirdaşın, dindaşın Əbu Yəhyayam. Sənlə mənim yaratdığımız "Ceyş Əl – Mühacirin vəl-Ənsar” diversiyasının əmiriyəm. Bütün mücahidlərin başçısıyam. Məni xatırlamırsan? Biz Bəşər Əsədə qarşı vuruşuruq. Bəşər Əsəd bu torpaqların kafiridir. Bəşər də sənə heç nə demir? Yəni xatırlamırsan?

- Yox heç bir şey xatırlamıram. Bəs mən kiməm?

- Sən...sən... Əbu-Musasan. Özünü necə tanımırsan ? – saqqalını dartıb, gözucu mənə baxdı.

- Yox heç bir şey xatırlamıram.

- Başa düşürük, ağır döyüş oldu, o qədər qəhrəmansan ki, əxi, gedib çıxmısan Bəşərin ordusunun içərisindən camaatı güllələyirdin, biz də bilmədik, bombanı ora atdıq.

- Necə yəni, mən də adam öldürmüşəm? – ürəyimdə öz-özümə "yox” deməsini istədim, diqqətlə saqqalı arasında gizlənən dodaqlarına baxdım.

Bütün mücahidlər bir-birinə baxıb qəh-qəhə çəkib güldülər. Əbu- Yəhya mənə baxıb dedi:

- Keçən dəfə futbol oynadığımız başı elə sən kəsmişdin, buradakı əsrlərimizin hər həftə başını kəsib, top oynadırsan mücahidlərə ki, əylənsinlər, uşaqlar da vərdişə çevirib artıq bunu.

Birdən birə başım hərləndi, yenidən ürəyim bulandı, Əbu Yəhya çiynimdən tutdu ki, yıxılmayım. İlahi, mən necə əclaf biri olmuşam belə. Bir az özümə gəldikdən sonra, Əbu Yəhyanın mələk simasına baxıb dedim:

- Mən çox acam, yemək yeməliyəm.

Ağzımdan bu söz çıxar-çıxmaz Əbu Yəhya başqa bir dildə hər kəsə əmr verdi, tez bir zamanda süfrə quruldu, yerdə oturduq, təpədən dırnağa qara çarşafa bağlı olan qadınlar bizə qulluq edirdi. Əbu Yəhya ilə deyəsən, çox yaxından dost idim. Çünki, o oturanda da əlini çiynimə qoyur, mənimlə söhbət edirdi. Yeməyə başlamazdan əvvəl hər kəs dua etdi, mənsə onlara baxıb, qaldım beləcə. Əbu Yəhya mənə dedi:

- Musa, qardaşım narahat olma, öyərədəcəyəm yenidən hər şeyi sənə. İbadəti, döyüşməyi.. Hər şeyi... Rahat suallarını verə bilərsən. Çəkinmə.



Stolun üzərindəki toyuqətindən bir dişlək alıb, üzümü Yəhyaya çevirib dedim:

- Siz hansı dildə danışırsınız arada?

- Mən özüm azərbaycanlıyam. Ümumiyyətlə, burada demək olar ki, hər kəs azərbaycanlıdır. Çeçen, erməni, inquş əxilərimiz var idi, hamısı qırıldı orada-burada, Allah Bəşərə lənət eləsin.

- Nə qədərdir mübarizə aparırıq? – artıq elə danışmağa başlamışdım ki, guya bütün əməliyyatlarda mən də olmuşam. Hərçənd ki, heç bir şey xatırlamasam da.

- Düzdür, xeyli yeri ələkeçirib, öz dövlətlərimizi yaratmışıq, ancaq, vəziyyət pisdir, adamlar azalır deyə, çətin vəziyyətə düşürük, aldığımız torpaqları da, geri alırlar əclaflar. Yaxşı ki, sən oyandın. Səninlə hələ çox planımız var idi.

- Nə planımız var? – diqqətlə yenidən hər şeyi xatırlamağa çalışırdım. Amma yox mümkün deyildi. Həqiqətən, mən bu həyatı necəyaşamışam, hələ də bilmirdim.

- Əşi, boş ver, sonra danışarıq. Cənabı Haqqın bildiyi məsləhətlidir. İndi sən yeməyini ye. Yeməkdən sonra isə səni evləndirəcəyəm.

- Nə evləndirmək?

- Hə də... Bizdə kişilər azalıb, qadınlar çoxalıb. Hər mücahidin 4-5 arvadı var. Biz də artıq çatdıra bilmirik. Bu qadınlar da, doğub törəməlidir ki, bizim də balalarımız mücahid olsun və Cənnət yolunda, kafirə qarşı mübarizə aparsın.
- Ümumiyyətlə, kafir kimdi? Bəşər kimdi?

- Bəşərin ordusu da müsəlmandı. – sözünü kəsibdedim:

- Dayan, siz də yəni.. yəni... biz də müsəlmanıq. Niyə qırırıq bəs bir-birimizi.

- Nəysə, uzun söhbətdi. – Əbu Yəhya rəng alıb rəng verdi. Uzaqdan hardansa atəş səsi gəldi. Əbu Yəhya silahını əlinə alıb, evdən bayıra çıxdı, bağıra-bağıra kimləsədanışıb, gəlib yerinə keçdi.

Yəhya davam etdi:

- Özümün 5 arvadım var. Axrıncı gəlinimin 18 yaşı təzə dolubdur. Anası ilə Bakıdan gəlibdir. Ancaq, ona vaxt ayıra bilmirəm. Sizin nigahınızı kəsəcəyəm. - Yəhya "Həcər” deyə bağırdı, çox keçmədi ki, qara çadrada sadəcə gözləri görsənən bir qadın əsə-əsə yanımda oturdu. Əbu Yəhya Həcərə baxıb dedi:

- Boş ol! Boş ol! Boş ol!

Qız qəflətən dik atıldı və keçmiş ərinə baxdı. Əbu Yəhya gülümsəyib dedi:

- Qorxma, səni bu oğlanla evlənləndirəcəyəm. – mənə baxdı...baxdı...baxdı... sonra başını aşağı salıb nigah xütbəsinin oxunmasını gözlədi. Yəqin etiraz etməməsinə səbəb isə mənim burada necə nüfuza sahib olmağım, yüzlərlə, bəlkə də minlərlə insan öldürməyim idi. Qısacası qorxmuşdu qızcığaz. Qapıdan içəri iki əli silahlı girib diz çöküb şahid qismində yanımızda əyləşdilər. Ürəyimdəki hislər üzüm tənəkləri kimi sarmaş dolaş olmuş, boğazıma dolanıb nəfəs almağıma əngəl törədirdi. Əbu Yəhya yaşıl rəngdə bir kitab çıxarıb oradan uzun-uzadı bir şey oxudu, deyəsən dua idi. Daha sonra əlini əmmaməsinin altından çıxarıb, bizi təbrik etdi. Zatən ayaqlarımda ağrı var idi, yerdə oturmaqdan ayaqlarım daha da şiddətləağrımağa başlamışdı. Mən ayağa qalxar-qalxmaz hələ çarşaf altında üzünü gizlətdiyi arvadım da ayağa qalxdı. Əbu Yəhya vəadamları silahlarını götürüb otaqdan çıxdı. Yəqin bunu bizim gərdəyə girməyimiz üçün etmişdi. Həcərlə yalnız başımıza qalmışdıq. Nə edəcəyimi yaxşı bilirdim, ancaq nə buna həvəs var idi, nə də hövsələ. Ağlımı başqa şeylər məşğul etdiyindən hələ də nə edəcəyimi bilmirdim. Qalmışdım belə.

Sonra düşündüm ki, bəs mənim bu qədər döyüşçülər arasında adım sanım var,bu səbəbdən bu qızla indi gərdəyə girməsəm, buradakı döyüşçülərin məsxərəsi ola bilərəm. Bu səbəbdən Həcərə yaxınlaşdım və onun başındakı çarşafı sağ əlimlə ehmalca çıxardım. Çarşaf bədənindən süzülüb yerə düşdü.

Məni ilk həyəcanlandıran muncuq kimi par-par yanan mavi gözləri olmuşdu. Sarı saçları pərdə kimi belindən aşağı sallanırdı, dodaqları o qədər böyük idi ki, burnunu çox kiçik göstərirdi. Vücuduna da nəzər gəzdirdim. Nəsə hiss edirdim ki, bu günə kimi xeyli qızla münasibətim olub. Yarım-yamalaq müxtəlif qoxularla ağlıma gəlirdi. Ancaq, əmin idim ki, həyatımda belə gözəl qız olmamışdı.

Bu qız azərbaycanlı ola bilməzdi. Bayaq gördüyüm bütün azərilər, qara-qura, kifsəmiş insanlar idilər. Bu qız isə nəinki onlar arasında, bütün bu cahanda istisna idi. Yəqin ki, bu təsviri hansısa bir yazar, hansısa bir əsərdəveribdir: " O, qaynar səhra qumlarınıln arasından çıxan bir qızıl gül idi”, bu barıt qoxulu məmləkətin, hər tərəfdən partlayış səsləri gələn bir yerdə belə bir qızın olması nəinki İslamda yəqin ki, mənim yarımçıq ağlımla bilib-bilmədiyim bütün dinlərə görə günah olmalı idi. Dözə bilməyib ona dedim:

- Siz haralısınız?

- Mən? Bakılı.

- Bəs digərləri sizin kimi deyildi axı?

- Babam və nənəm sovetin dövründə Serbiyadan bura köç etmişlər. Köküm sizi maraqlandırırsa, serbəm.

- Bəs bura necə gəlmisiniz?

- Bacım bir müsəlmanla evlənmişdi, tez zaman da o da dini qəbul elədi. Sonra isə soraqları Suriyadan gəldi. Bacım bu dini getməmişdən öncə anama və mənə hər axşam danışırdı. Biz də haqq olan Allahın yolunu tutduq, Cənnətəqovuşmaq uğrunda - şəhid olmağa gəlmişik buraya. İndi evləndiyimiz hər kişi, sevgimizi verdiyimiz hər mömin daha vəchlə vuruşur və biz də Allahın gözündə bir o qədər qalxırıq. Əslində mənim əsl adım da, Melisiyadır. Amma artıq 5 ildir adım Həcər olaraq qalır.

Danışdıqca həyacanlanır, həyəanlandıqca, dodaqlarını dişləyir, rəng verib-rəng alırdı. Yaşı mənə görə az idi, ancaq hər kişini başdan çıxcaracaq bir gözəlliyə sahib olması, məni bu dialoqa son verməyə və dodaqlarına doğru yaxınlaşmağıma məcbur edirdi. Dodaqlarımı ona uzadarkən o məni saxlayıb dedi:

- Dayanın, öpüşmək haramdır.

- Nə? – yanlış duyduğumu sandım.

- Haramdır də! Dinimiz öpüşməyi qadağan edir!

- Bəs necə edəcik?

- Siz özünüz bilmirsiniz ki, bunları?

Qıza cavab vermədim, arxasını özümə çevirib, boynundan öpdüm. Qız yenə məni dayandırıb dedi:

- Olmaz belə dəharamdır.

- Zarafat edirsiz?

- Olmaz də. Mən bura cənnətə getmək üçün gəlmişəm, belə kafir sayağı şeylərlə günah qazana bilmərəm.

- Yaxşı onda mən heç nə etməyəcəm, sən öz bildiyini edərsən.

Həcər yerdən çadıranı götürüb, bədəninə bürüdü və qara çadıranın altından paltarlarını çıxardı. Bu qara Əzrayıla oxşayan şeylə məlum məsələni edəcəyimə inana bilmirdim. Mən də əynimi soyunmağa başladım. Həcərin arxası mən tərəfəolduğundan, soyunduğumu görmürdü. Tam soyunub, onun gəlməsini gözləyirdim. Həcər çadıranın altında lüt qalmışı. Üzünü mənə çevirdi və bu an elə bir haray qopdu ki, bu səs yəqin ki, bütün Suriyaya yayılmışdı. Qızın belə qışqırması məni elə səksəndirdi ki, yerdimdən bir başa taxta yatağın üzərinə atladım və üzərimi qapadım. Əbu Yəhya içəri girib əlində silahla ətrafı axtarmağa başladı. Elə bilmişdi ki, düşmənlərdən içəri kimsəgiribdir. Ancaq, onun keçmiş xanımı, ona baxıb dedi:

- Bu kafirdir. – Həcərin göz yaşları çadrasını nəmləındirirdi.

- Necə yəni kafirdir? – Əbu Yəhya Həcərə daha sonra mənə baxıb dedi.

- Ayıb yeri sünnətli deyil.

Əbu Yəhya tərs-tərs üzümə baxdı. Ən yaxın dostumun üzümə niyə beləbaxmasını başa düşmədim. Daha sonra Yəhya dedi:

- Musa, qardaşım, sənin gərdəyindən əvvəl səni sünnət edəcik.

- Sünnət nədir?

- Heç narahat olma, bizim hər müsəlmana etdiyimiz bir şeydir.

- Yaxşı – Həcərin inanılmaz bədənini fikirləşdim və bunu qəbul etdim, hərçənd ki, sünnət haqqında heç bir bilgim yox idi.

Həmin gün, hər kəs mahnı çalıb oynayır, arada həyətə çıxıb avtomatla atəş açırdılar. Kişilərin hərəsi bir küncdə oturub, toplu halda tiryək çəkir və özlərini daha da xoşbəxt hiss edirdilər. Nəsə elə bil, bayram qeyd edirdilər, bunun isə mənimlə, yəni sünnətimlə əlaqədar olduğunu söyləyir və sonra hamısı gülürdü. Axşama doğru, bütün kişilər hamısı arvadlarını başına yığır arvad seçimi edir və "Boş ol” deyə üç dəfə deyib, arvadlarını boşayırdılar. Həmin gün qadınlar başqa bir kişinin qadını ilə əvəz olunub, nigah xütbəsi oxunurdu. Tiryəki qadınlara da çəkdirdikdən sonra, hər kəs öz otaqlarına çəkilib məhəbbətlə məşğul olur, sığıncaqdan havaya doğru qadınların ah nalələri, məhəbbətlərinin ah-nalə səsləri səmaya doğru uzalırdı. Daha sonra, bu qadınları yenidən boşayıb, keçmiş sahiblərinə qaytarır və ya başqa bir kişinin qadını ilə əvəz edirdilər. Necə gözəl həmrəylik var idi, bu mücahidlər arasında... Həm də bu qadınlar, adı da yadımdan çıxıb, hə -həSumqayıtdan, Bakıdan öz razılıqları ilə gəlir və kişilərin qələbəsi üçün əllərindən gələni edirdilər – yox daha doğrusu "verirdilər”.

Bizim üçün vəhhabilik həyat fəlsəfəsinəçevrilmişdi. Bizim yolumuz Allahın yolu idi – deyə onların düşndükləri kimi düşünməyə başlamışdım.

Hal ki, gəldi çatdı mənim sünnətimə - ən son anda mən başa düşdüm ki, bunlar mənim cinsi orqanımı kəsəcəklər.

Bu vaxt içimə bir ürpərti düşdü və ayaqlarım əsməyə başladı. Burada gözlərimi açanda, insan başı ilə futbol oynayırdılar, indi mən hardan bilim ki, bu manyaklar mənim sünnətimdən sonra cinsi orqanımın bir hissəsi ilə hər hansısa bir oyun oynamaycaqlar?

Nə edəcəyimi bilmirdim.Çöldən ardı arası kəsilmək bilməyən silah və partlayış səsləri... İçəridə isə cinsi orqanımı kəsəcəklərini və bununla əsl müsəlman olacağımı iddia edən bir növ manyaklar. Hərçənd ki, ağlım başımda deyildi, bir zamanlar mən də bunlar kimi qəddar idim. – Amma sonra oturub məntiqlə düşünməyəbaşladım. Əgər həqiqətən elə idisə, niyə bugünə kimi mən müsəlman deyildim?! O zaman burada nə işim var idi? Bir daha beynimə güc verib düşünməyə başladım, ancaq çifayda.

Kişilərin tiryək çəkib özündən getmələrinə kimi bir yer tapıb gizləndim. Bu vaxt qadınlar içəri otaqda Azərbaycan dilində mahnı oxuyurdular. Kişilər isə əllərində ülgüc ətrafı gəzib məni axtarırdılar. Deyəsən, səfərbərlik olmuşdu, hər kəs "Musa-Musa” deyirdi. Mən isə damın başında uzanıb, ətrafda olanları izləyirdim. Bu gülməli hadisələr baş verərkən, heç kim fikirləşmirdi ki, Bəşər Əsədin qoşunu bizim düşərgəyə tərəf yaxınlaşır. Onlar qəflətən elə bir hücum çəkdilər ki, içəri də bir dənə sağ kişi bədəni qalmamışdı.

Rəbbin hikmətindən mi, yoxsa sadəcə bir təsadüfdən mi mən sağ qalmışdım – ancaq bu şeylərin hamısına şahid qaldım.

Qadınların hamısı isə maşınlara doldurub apardılar. Onların ağlaşması mənim ətimi ürpədirdi.

Bu qara çadıralı qadınlar arasında Həcərin də olması məni bir xeyli üzmüşdü. Evlərin üzəri ilə sürətlə qaça-qaça hərbi dəstəni izləyirdim. Hər an biri mənə güllə vura bilərdi, ancaq gedən maşınları izləyə-izləyə düz gəlib onların düşərgəsinə çatdım.

Bizim rəhmətliklərin düşərgəsindən fərqli olaraq, onların ki, dövlət səviyyəsində idi və burada həkimlər və ətrafı professionalcasına qoruyan hərbiçilər var idi.

Gedib dərdimi birisinə izah edib, kömək istəməliydim. Buna görə barikadalar tərəfə gedirdim. Üzərimdə doğru 10-12 nəfər gəldi və əlimi-qolumu bağlayıb içəri apardılar.

Orada nə qədər danışsam da, heç kim məni dinləmək istəmirdi. Ancaq, nəhayətində qırıq ərəbcəm ilə, üzümdə digər terrorist vəhhabilərdən fərqli olaraq, tük olmaması üçün kimlərinsə diqqətini çəkə bildim və məni bölük komandirinin yanına apardılar. Masa arxasında oturub digər hərbiçilər ilə siqaret çəkə-çəkə kart oynayırdılar. Komandir gənc idi – otuz beş yaşı olardı. Əyri burnu, iti baxışı, təmiz üzü var idi. Üzümə baxıb siqaretini üfürüb dedi:

- Kimsən sən?

- Mən də bilmirəm kim olduğumu. Elə problemim də budur.

- Necə yəni bilmirsən? Nə oyundur açırsan burada?

- Onu bilirəm ki, yanımda partlayış olandan sonra huşumu itirmişəm.

Komandirin dostları kartı masanın üzərinə qoyub, bunun təxribat ola biləcəyini söylədilər.

- Hə? – komandir şübhəli tərzdə dedi.

- Burada mənim nigahlı arvadım var, həm də onu görməyə gəlmişəm, bir az olar siz onları əsir kimi bura gətirdiniz.

- Demək, sən də həmin terror təşkilatının üzvüsən.

- Yenə deyirəm, beynimdə nə varsa silinib və gözlərimi açanda o insanların içərisində idim.

- İçəridə nəedirdiniz?

- Məni evləndirdilər, ancaq sonra onlara məlum oldu ki, mən kafirəm və bu səbəbdən sünnət deyə bir şey edib, cinsi orqanımı kəsmək istəyirdilər.

- Müsəlman deyilsən? – Komandir siqaretindən bir qullab da alıb dedi.

- Deyəsən yox.

- Çıxart şalvarını...! – komandir əmr etdi.

- Nə?

- Mənə müsəlman olub olmadığını göstər. – Komandir əsəbləşərək dedi.

Onun əsəbinə tuş gəlməmək üçün dediyini elədim və qarşımda böyük bir hərbi dəstə, gözlərini zilləyib mənim cinsi orqanıma doğru baxırdılar. Komandirin yanındakı zabit nədənsədodaqlarını yalayaraq, islatdı.

- Yaxşı, kifayətdir. Səni xatırladım. – Komandir əsgərlərdən birinə nəsə əmr etdi. Əsgər isə çox keçmədi ki, əlində fotokamera ilə geri döndü. Komandir davam etdi: " Bu kameranın içərisində sənin və sənin çəkdiyin şəkillər var. Şəkillərdən başa düşülür ki, Fransadasan.Həm də deyəsən jurnalistsən, bəlkə də xəfiyyə. Ancaq, yenə də səni ölkənə yola salacıq.”

Ürəyimə dərin hüzun çökdü və mən ona dedim:

- Allah razı olsun, bəs yoldaşımı da götürə biləcəyəm?

- Yox. Mümkün deyil.

- Xahiş edirəm, onu da özümlə aparım.

- Poker oynaya bilirsən? – komandir dedi.

- Hə - Poker sözü çəkilər-çəkilməz beş dəqiqə müddətində beynimdə elə bil, əsmə oldu və bu oyunu yaxşı oynadığımı xatırladım.

- Poker oynaya bilərik, mən jeton əvəzi sənin arvadını oyuna qoyuram. Sən nə edirsən bəs?

- Mmmən? - Oyunu mükəmməl oynadığımı bilirdim. Bu səbəbdən də, dedim: " Ömrü boyu burada bütün əsgərlərə qulluq edərəm, onlar üçün hər şey edərəm”.

Bayaq orqanıma baxıb, dodaq isladan zabit, komandirə dedi:

- Əmir, razı ol. Qalsın burda.

Komandir əmr verdi və Həcəri bura gətirdilər. O, komandirin yanında əyləşdirildi. Qızcığazın heç nədən xəbəri yox idi. O məni görüb hər şeyi başa düşdü. İkimiz də qabaq-qabağa oturmuşduq. Zabit kartları qarışdırdı və hər ikimizə kartları payladı. Əlimdəki kartda demək olar ki, elə ciddi bir şey yox idi. Komandirin üzündə heç bir hiss görsənmirdi. Mən "Pass” dedim, o da "Pass” dedi. Hər ikimiz yeni kartları görmək istəyirdik, Masanın üzərinə rəqəmsal ardıcıllıq gəldi. Yəni, masanın üzərində "3” "4” "6” "7” rəqəmləri var idi. Mənim əlimdə bu rəqəmlərə aid heç nə yox idi. Faktiki uduzan mən olacaqdım. Ancaq, əgər komandirin əlində bu rəqəmlərin təkrarı var idisə, o qazanacaqdı və ya onda "5” və "8” olarsa, oyunda faktiki qalib o olacaqdı. İkimiz dəbir-birimizə baxdıq, son jestimi etmək istədim və əlimdə heç nə olmaya olmaya dedim:

- Bütün həyatımı qoyuram, yəni əgər uduzsam məni öldürün. Əgər, siz uduzsanız bu qədər əsgərin qarşısında istefa verəcəksiniz.

Komandir indiyə kimi heç bir hiss verməmişdisə, bu sözümdən sonra alnından tər axdığını gördüm. Elə bir risk etmişdim ki, məni öldürə bilərdilər. Komandir gah əlindəki kartlara baxır, gah da mənə baxırdı.

Nəfəsimi tutmuşdum, müsyö Freslə oynayanda da beləolmuşdum.

Müsyö Fres? İlahi, xatırlayıram o anı. Nəysə, sonra sevinərəm. İndi fikirimi oyuna cəmləmişdim.

Komandir əlindəki kartları masanın üzərinə atdı və dedi : "Oynamıram, mən yatdım”.

Əlimdə heç bir şey olmaya-olmaya yenə qazanmışdım. Üzərimdən dağ götürülmüşdü. Üzümü Komandirə tutub dedim:

- Blöf deyildi, indi bəs Həcərlə gedə bilərəm.

Qaş-qabağını sallayan komandir dedi:

- Hə, ikinizi də yola salacağıq.

***

Çəkdiyim stressdən-mi, yoxsa pokerin mənim üçün doğmalığındanmı, elə oyun anındaca huşum geri qayıtmışdı. Nə üçün gəlib bura düşdüyümü, Fresin mənim üçün qurduğu oyunları – hamısını xatırlamışdım.

Komandir sözünün üzərindədurmuşdu. Türkiyədəki Fransız səfirliyinə məni və Həcəri göndərdilər. Həcəri Fransaya gətirmək çox çətin olduğundan, Türkiyədə bir xeyli müddət ləngidik, ancaq axırda hər şey istədiyim kimi oldu.

***

Redaksiyada Müsyö Fres məni görəndə rəngi ağ-appaq olmuşdu. İş yoldaşlarım başıma yığılışmış çəkdiyim şəkillərə maraqla baxırdılar. Mənə mücahidlər haqqında reportaj hazırlanması tapşırılmışdı, azərbaycanlı mücahidlərin içərisində bir müddət yaşadığım üçün bu haqda hazırlanmış ən ideal bir nümunə ortaya qoymuşdum. Hər kəsin ağzı açıq qalmışdı. Həm də daha çox oradakı mücahid qadınların problemlərini ortaya qoymuşdum. Axı, Həcər, (artıq ona Melisiya deyirəm) onların içərisində nə qədər yaşamış və bu səbəbdən suallarımı ətraflı cavablandırmışdı.

Müsyö Fres onu şikayət elətdirəcəyimdən qorxuya düşərək, qoyduğum işi çox bəyənmişdi. Artıq, həmin gecə hər kəs mənim sərgüzəştlərimdən danışırdı. Başıma gələnlər haqqında hətta film çəkmək istəyən rejissorlar da məni axtardı.

Fresə qarşı heç bir şikayətim olmadı, indi əksinə əylənirəm. Yazıq o qədər qorxur ki, bütün günü müdür ola-ola mənə qulluq etmək istəyir. Yaltaq!

***

Melisiya ilə evləndiyimdən vətəndaşlıq üçün heç bir problemi olmadı. Fransaya ayaq basanda, ətrafdakı qadınların gözəlliyinə baxıb öz-özünə demişdi: "Mən bu qızlardan daha qəşəngəm”. Sırf prinsipə düşüb, 2 gün sonra avropalı geyimləri geyinmişdi. Melisiya elə bir qız idi ki, o təbiətə görə yox, təbiət ona görə uyğunlaşa bilərdi, ancaq.

İkimiz arasında dərin məhəbbət mövcud idi. Onu radikallıqdan qurtarmaq elə də çətin olmadı. Çünki, özü də çox ağıllı birisi idi. Bizim də bu məhəbbətimizin tezliklə öz meyvələri olacaqdı.

***

Hər şeyin üzərindən cəmi iki il keçmişdi. Paris küçələrindən birində yerləşən çörəkçidən "krazon” alıb evə aparırdım. Həmişəki kimi Melisiyamı görəcəyim üçün sevinirdim. Ancaq, həmin gün arxamdan qalın bir kişi səsi gəldi:

- Əssalamu Əleykum, Əbu- Musa, əxi!