“Ölkəmizdə foto ilə bağlı maarifləndirməyə ehtiyac var”
- 25.06.2010
- 0 Şərh
- 607 Baxış
Mirnaib Həsənoğlu: "Milli fotoqrafiyamızla bağlı Azərbaycan dilində heç bir kitab yoxdur"
Uzun illərdir ki, dünya incəsənətinin əsas növlərindən olan fotoqrafiya beynəlxalq bir dildir və müasir həyatda üçüncü bir göz vəzifəsini icra edir. Eyni zamanda ən əsası fotoqrafiya baxmaqla görməyin ayrı-ayrı şeylər olduğunu göstərən sənət növüdür. Fotoqrafiya yunanca işıq mənasını verən “photos” və yazı mənasını verən “graphes” sözlərindən meydana gəlib. Bizdə həyatın müxtəlif anlarını sənədli bir formada cəmiyyət üzvlərinə təqdim edən foto sənətinin tarixini öyrənmək üçün, Azərbaycan Fotoqraflar Birliyinin idarə heyətinin üzvü Mirnaib Həsənoğlu ilə həmsöhbət olduq. O, xatırlatdı ki, XIX əsrin 60-cı illərində Xəzərdə hidroqrafiya ölçüləri aparılarkən, ekspedisiya üzvlərindən biri kapitan-leytenant A.F.Ulskinin çəkdiyi Bakının dənizdən görüntüləri Azərbaycan fotosunun dövrümüzə gəlib çatan ilk nümunələridir. Onun sözlərinə görə, 1858-1866-cı illərdə çəkilmiş həmin fotolarda indi də şəhəri bəzəyən Qız qalası, Şirvanşahlar Sarayının məscidi, Qala divarları öz əksini tapıb:” Fotoqraflar sənayesi inkişaf sürətinə görə, XIX əsrin sonunda dünyada I yeri tutan Bakının, onun ətraf kəndlərinin mənzərələrini, neft buruqlarını, sənaye tikililərini, yol çəkilişlərini, müxtəlif memarlıq üslubunda ucaldılmış zəngin binaları təsvir ediblər. Onların yaradıcılığından keçən portret qalereyalarında əhalinin bütün təbəqələrinin davranışı, geyimi, etnik xüsusiyyətləri həkk olunub. Sonralar Azərbaycanda yaranan milli fotoqrafiya məktəbinin görkəmli nümayəndələri M.Axundzdə, C.Kulişov, C.İbadov, M.Feldman, Y.Paxunkova, F.Bağırov, R.Nağıyev, Y.Xəlilov və digər məşhur fotoqrafların sayəsində foto sənətinin inkişafında mühüm nailiyyətlər qazanılıb”.
Azərbaycan Fotoqraf Birliyinin (AFB) idarə heyətinin üzvü Mirnaib Həsənoğlu bildirdi ki, tez-tez fotoqraflar toplaşardılar və foto ilə bağlı hər hansı bir birliyin yaranması zərurətini vurğulayırdılar:” 1990-cı ilin əvvəlində-SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində “Azərbaycan fotoqrafları” sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı. Nəhayət, 1998-ci il noyabrın 20-də AFB Ədliyyə Nazirliyindən qeydiyyatdan keçdi. Birliyin 4 nəfər (Rafiq Qəmbərov, Mirnaib Həsənoğlu, Asim Talıb və Namiq Məmmədov) təşəbbüs qrupu oldu. Belə demək olar ki, SSRİ Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, məşhur kinooperator Rafiq Qəmbərovun səyi nəticəsində Fotoqraflar Birliyinin yaradılması foto sənətinin inkişafında və təbliğatında müstəsna addım oldu. Kimin fotoya həvəsi var və ya kim foto da özünü ifadə vasitəsi kimi görmək istəyir, onlar ətrafımıza toplaşdılar. Bunlar arasında peşəkarlar, həvəskarlar, sadəcə fotoya seyrçi kimi baxmaq istəyənlər də vardır”. O bildirdi ki, fotoqrafiya ilə bağlı mərkəzləşdirilmiş sistemin yaradılması vacibdir:” Sual oluna bilər ki, nəyə görə belə bir sistem yaradılması vacibdir? O səbəbdən mərkəzləşdirilmiş sistemin yaradılması vacibdir ki, çünki fotoqrafların hər hansı biri dünyasını dəyişdikdən sonra onun arxivi müəmmalı qalır. Məsələn, ilk tarixə adı yazılmış azərbaycanlı fotoqraf Mircavad Axundzadə. Bu fotoqraf dünyadan köçəndən sonra, onlar evlərini satıb dəyişəndə, arxivi qalıb köhnə evdə və itib. Bu gün kino-foto arxiv var, burda fotolar, ancaq qorunub saxlanılır təbliğatı ilə məşğul olunmur”.
AFB-nin əsas məqsəd və vəzifəsindən danışan Mirnaib müəllim qeyd etdi ki, onların əsas məqsədi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqda bəhrələnib, onu qorumaqdır:” Bu gün Azərbaycanda hələ də fotoqrafiyaya adicə bir şəkil kimi baxırlar. Bu səbəbdən də incəsənətin əsas növü olan foto sənəti məişət fotoqrafiyasından seçilmir. Bu məqsədlə də AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin, həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir”.
Mütəxəssis fotoqrafiyanın əhəmiyyəti barədə də danışdı: “Çəkmək və baxmaq hələ görmək demək deyil. Yüz kadr çəkilirsə, onun içindən birini görə bilirsən. Fotoqrafiyanın bölmələri və janrları var: fotojurnalistika, art fotoqrafiya və s. Demək olar ki, fotojurnalistika informasiya daşıyıcısıdır. Fotoqrafiyanın bir sıra üstünlüyü var. Fotoya baxmaq üçün ona nə kompüter, nə işıq lazımdır. Çəkildi, çap olundu, ələ götürüldü o yaşayır”. Bu gün fotoqrafiya sahəsində əsas problemli məsələlərdən birinin seyrçilərin fotoqrafiya ilə rəssamlığı səhv salması ilə bağlı olduğunu deyən M. Həsənoğlunun sözlərinə görə, bəzən bir çoxları fotoya baxıb deyirlər ki, bu nə yaxşı rəsm əsəridir: ”Rəssam nəyi görmək istəyirsə onu çəkir, ancaq fotoqraf isə gördüyünü çəkir. Fotoqraf gördüyünü nə cür görüb çəkəcək, bu fotoqrafın öz işidir. Fotoqraf gördüyünü çəkdiyi üçün foto tarixi və faktiki sənətdir. İnsanlar səhər qalxandan, axşama qədər ən azı 50 qədər fotoya baxırlar.İkincisi hər kəsin bugünkü informasiya cəmiyyətində istifadə etdiyi əsas vsitələrdən biri kompüterdir. Kompüterə-internetə ilk olaraq informasiya daşıyıcısı olan fotolar yüklənir. Fotoqrafiyanın daha bir üstünlüyü odur ki, multmedia yolu ilə fotolardan filmlər yığılır. İkincisi fotoqrafiya bu gün mobilqrafiya ilə əvəz olunur. Ola bilər ki, mobil telefonla silsilə fotolar çəkən insanlar içərisində həyatını foto sənəti ilə bağlayacaq və ya həvəskar fotoqraflar çıxsın. Foto bu gün də bizim həyatımızda var, irəliləyir və gedir”.
ATB-nin 150 qədər üzvü var:”Amma bizim birliyə üzv olmaq üçün müəyyən problemlər və şərtlər var. Hər bir kəs ATB-nin üzvü olmaq üçün, namizədlik stajı keçməlidir və yaxud da fotoqrafın təqdim etdiyi fotolar fotoqrafiya və informasiya daşıyıcısı baxımından vacib olmalıdır ki, həmin fotoqrafı biz birliyimizə namizəd və ya üzv qəbul edək. Əsas tələbimiz odur ki, fotoqraf gördüklərini çəkib, bizimlə bölüşsün. AFB hər zaman çalışır ki, kəmiyyətə nisbətən kefiyyət üstün olsun. Biz istəyirik ki, birliyimizdə olan fotoqraflar fotoqrafiyaya yaxın olsun, təmasda olsun, dərinliklərini bilsin. Bu meyarlara cavab verənlər birliyimizə üzv qəbul olunur”.
Bu gün cəmiyyətimizdə foto sənətinin maarifləndirilməsi istiqamətində işlər aparıldığını deyən, M. Həsənoğlu qeyd etdi ki, artıq sayt istifadəyə verilib:”Azərbaycanda elə bir təhsil müəssisəsi yoxdur ki, fotoqrafiyadan dərs versin. Avropa ölkələrində hansısa su hövzəsində balıq tutmaq istəyirsənsə, sən ilk olaraq balıq tutmaq haqqında lisenziya almalısan və kurs keçməlisən. Bu gün ölkəmizdə fotoqraf peşəsinə tələbat böyükdür, yəni qəzet və jurnallar, elektron saytlar açılıb ki, bunların hamısında fotoqraflar çalışır. Eyni zamanda çoxlu sayda məişət fotoqrafiyasında işləyən adamlar var. Bunların çoxunun foto sahəsi üzrə bilikləri çox aşağıdır, hətta istifadə etdiyi fotoaparatı belə bilmirlər. Foto da sənin görmək istədiyini texnika sənə verməlidir!”.
Artıq AFB özü kurslar təşkil etməyə başlayıb: ”Bu yaxınlarda Sənan Ələkbərovun rəhbərli ilə üç aylıq kurs təşkil edilmişdi. Bu kursdan 15 nəfərə yaxın buraxılışımız oldu. Hazırda Sevinc Pirizadənin iki qrup (yəni 12-16 yaş arasında, 16 yaşdan yuxarı fotoya həvəsi olanlar arasında) aparır. Bu foto kursları bitirənlərə AFB tərəfindən sertifikat verilir. Eyni zamanda sözügedən kursları bitirdikdə, yəni sonda baxış sərgisi keçirilir. İkinci bir tərəfdən AFB çalışır ki, əyalətlərdə foto sənəti inkişaf etsin. Üç il əvvəl “Dialoq” adlı bir layihə keçirdik və Azərbaycanın beş bögəsində olduq. Bu layihədə ekoloji savadsızlıq barədə danışıldı. Bu layihəni Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Şəkidə və Nefçalada da həyata keçirdik. Bu dialoqda maraqlısı o idi ki, uşaqlar bizə bu haqda nələri bilirlərsə danışdılar. Sonra bu uşaqlar arasında seçilmişlərə fotoaparatlar bağışladıq. Onların çəkdiyi işlərdən sərgi düzəltdik. Həmin zonalarda bu şəkillər nümayiş olundu və uşaqlar artıq foto sənətinin sirləri ilə yaxından tanış oldular. Bu yaxınlarda başqa bir layihə həyata keçirdik. Bu layihənin birinci hissəsini başqa təşkilat icra etdi. İkinci hissəsi isə AFB tərəfindən həyata keçirildi. Zonalar üzrə uşaqlara fotoapartalar paylanmışdı. Onların çəkdiyi şəkillər arasından informasiya tərəfdən daha baxımlı olan fotoları seçib, zonalar üzrə sərgilər təşkil etdik. Bizim bu layihələri təşkil etməkdə məqsədimiz odur ki, əyalətdə olan cəmiyyəti də fotoqrafiya üzrə savadlandıraq”.
ATB tərəfindən iki beynəlxalq foto festival keçirildiyini xatırladan M. Həsənoğlu qeyd etdi ki, belə layihələr xarici ölkələr və Azərbaycan arasında foto sahəsində ikitərəfli əlaqələrin yaranmasına kömək edir:” Bu festivallarda ən azından 15- 20 ölkədən nümayəndələr iştirak ediblər.Həmin foto festivalın işlərindən Mingəçevirdə və Gəncədə sərgilər təşkil etdik. Bundan əlavə “Elit” ticarət mərkəzində bir il müddətində ayda bir dəfə fotoları dəyişməklə sərgi keçirdik. Sonrakı dövrlərdə Azərbaycan fotoqraflarının işlərindən ibarət bir sıra xarici ölkələrdə sərgilər təşkil edilib. Belə ki, AFB yarandığı bu 10 il ərzində yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak ediblər”.
AFB-nin bu gün əsas problemi birliyin binasının olmasıdır.Qurum müxtəlif yaradıcı emalatxanalarda fəaliyyət göstərir:”Bu gün AFB-nin yeni sədri Asiyət Fətullayeva öz yaradıcılq emalatxanasını quruma verib. Həmin məkanda kitabxana, sərgi salonumuz və s. yaratmışıq, eyni zamanda saytımız (www. photographer.az) fəaliyyət göstərir. Çalışırıq ki, Azərbaycan fotoqrafiyasının antalogiyası ilə bağlı kitab nəşr etdirək. Bundan başqa Azərbaycan fotoqrafı Hüseyn Hüseynzadənin kitabını nəşr edilməsini düşünürük. Biz Azərbaycanda foto sənətinin təbliği ilə bağlı olaraq hər həftənin bazar gününü “açıq qapı” günü elan edirik. Yəni kim fotoqrafiyaya baxmaq, seyr etmək və ya foto çəkmək istəyirsə AFB-nə gəlir, sərgi salonumuza baxır və Azərbaycan fotoqrafiyası ilə bağlı məlumat əldə edir”.
Azərbaycan dilində Azərbaycan fotoqrafiyası ilə bağlı heç bir kitabın olmadığını qeyd edən fotoqraf bildirdi ki, hətta Azərbaycan fotoqrafiyası ilə bağlı heç bir elmi araşdırma aparılmayıb:” Azərbaycan fotoqrafiyası haqqında bir nəfəri Nailə xanım diplom işi müdafiə edib. Ancaq bu gün gənclərin fotoqrafiyaya marağı çoxdur və inanıram ki, bu səbəbdən də gələcəkdə milli fotoqrafiya sahəsində uğurlarımız çox olacaq və peşəkar fotoqraflar hazırlanacaq”.
GÜNAY