Portret: Uinston Çörçil
SƏNƏT
- 08.06.2008
- 0 Şərh
- 972 Baxış
Ədəbiyyat üzrə Nobel mükafatı almış nəhəng siyasətçi
Nadir Qocabəyli
Yəqin ki, iyirminci yüzilin siyasət nəhənglərindən olan Uinston Çörçilin ədəbiyyat üzrə Nobel Sülh mükafatı alması çoxlarımız üçün sürpriz olacaq. Məsələ burasındadır ki, 1953-cü ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı məhz Çörçildir. Mükafat ona «tarixi və bioqrafik əsərlərini yüksək sənətkarlıqla qələmə aldığına, yüksək insani dəyərləri müdafiə edən parlaq natiqlik məharətinə görə» verilmişdi. İsveç Akademiyasının üzvü P.S.Sivers öz çıxışında «Çörçilin siyasi və ədəbi nailiyyətləri o qədər nəhəngdir ki, onu hətta Sezarla və Siseronla müqayisə etmək olar» demişdi. Çörçilin parlaq çıxışları hətta onun kitablarını da geridə qoyurdu. Otuz ildən sonra onun həmyerlisi Uilyam Qoldinq deyirdi: «Çörçil Nobel mükafatını şücaət və yenilməzlik timsalı olan coşğun ifşaedici həcvlərinə görə almışdı... Onun faktlara əsaslanan poeziyası tarixi dəyişdi». Bermud adalarında beynəlxalq konfransda iştirak edən Çörçill mükafatın təqdimolunma mərsminə qatıla bilmədi. Mükafatı Britaniya baş nazirinin yerinə onun həyat yoldaşı aldı və qısaca cavab nitqi söylədi.
Uinston Çörçil 30 noyabr 1874-cü ildə Oksfordşir qraflığında, Vudstok yaxınığınqdakı Blanim-Pelisdə anadan olmuşdur. O, ilk Malboro hersoqu Con Çörçilin nəslindən olan lord Rendolf Çörçilin və amerikalı maliyyəçi Canet Ceromun böyük oğluydu. Məşhur siyasətçi olan ata Çörçil 1886-cı ildə icmalar palatası liderliyindən və maliyyə naziri postundan imtina edərək Mühafizəkarlar partiyasından ayrıldı. Buna səbəb onun parlamentə öz şərtlərini diqtə etdirmək istəyi idi. İngilis tarixçisi Hyu Trevor-Roperin yazdığına görə, Böyük Çörçilin siyasi karyerasının birdən-birə bitməsi Çörçillər ailəsi üçün təhqir idi, ona görə də «kiçik Çörçil bunu heç vaxt unutmadı və bağışlamadı».
İbtidai məktəbi Eskotda və Bayrtonda bitirən Çörçil 1888-ci ildə əvvəlcə Harrou imtiyazlı məktəbinə, sonra isə Sandhersdəki Quru Qoşunları hərbi məktəbinə daxil olur və həmin məktəbi 130 məzun arasında 20-ci nəticə ilə bitirir. 1895-ci ildə, atasının ölümündən az sonra Çörçil qusar polkuna yazılır, lakin çox keçmədən məzuniyyət götürərək Londonda çıxan «Deyli Qrafik» («Daily Graphic») qəzetinin hərbi müxbiri kimi Kubaya (orada İspaniya ilə müharibə gedirdi) yollanır. Sonralar Hindistanın şimal-qərb sərhədlərində xidmət edərkən (1896-1897) Çörçil 1898-ci ildə çap olunun «Malakland səhra hərbi hissələrinin tarixi» («The Story of the Malakand Field Force») əsərinin əsasını təşkil edən qeydləri yazır. Hindistanda olduğu zaman Çörçil özünün ilk və yeganə bədii əsəri olan «Savrola, Lauraniya inqilabının hekayəti»ni («Savrola, a Tale of the Revolution in Laurania», 1900) qələmə alır. Çörçil həm əsgər, həm də Londonda çıxan Morninq post («Morning Post») qəzetinin müxbiri kimi lord Kitçenerin Sudandakı Nil ekspedisiyasında iştirak edir. Bu hərbi əməliyyat haqqında o, «Çay müharibəsi, Sudanın yenidən istila edilməsi» («The River War, an Account of the Reconquest of the Sudan», 1899) əsərində bəhs etmişdir. 1899-cu ildə Çörçil hərbi xidməti buraxaraq İnciltərəyə qayıdır və Mühafizəkarlar partiyasından parlamentə öz namizədliyini irəli sürür. Lakin seçkilərdə məğlub olaraq yenidən jurnalist fəaliyyətinə dönür və «Morninq post» qəzetinin müxbiri kimi ingilis-bur müharibəsini işıqlandırmağa başlayır. Başgicəlləndirici Afrika macəralarından (əsirlik, həbsxana həyatı, yük vaqonunda qaçış) sonra Çörçil İngiltərəyə qəhrəman sifətində qayıdır və yenidən parlament seçkilərində namizəd kimi iştirak edir. Bu dəfə o, qələbə qazanaraq 26 yaşında Mühafizəkarlar partiyasının parlamentdəki nümayəndəsi olur. Altı ildən sonra hökumətin tariflərlə bağlı siyasətinə etiraz edərək Mühafizəkarlar partiyasından istefa edərək Liberal partiyaya daxil olur.
Liberal partiya seçkilərdə qələbə qazandıqdan sonra Çörçil 1908-ci ilədək müstəmləkə işləri üzrə nazir müavaini olur və Cənubi Afrika ilə sülhə səsləyən çağırışlar edir. İki ildən sonra o, ticarət nazirliyinə keçir və burada da iş gününün qısaldılması, minimum əmək haqqının müəyyənləşdirilməsi, işsizliyə görə sığorta etmə kimi mütərəqqi təkliflərlə çıxış edir. 1908-ci ildə Çörçil Klementina Hozyerlə evlənir, bu nigahdan onun bir oğlu və üç qızı olmuşdur.
1910-cu ildə Çörçil daxili işlər naziri olur və penitensiar sistemdə islahatlar aparır, lakin qadınların seçki hüququna qarşı çıxır. 1911-ci ildə Admirallığın birinci lordu vəzifəsinə yüksələn Çörçil Almaniya ilə mümkün müharibə ilə əlaqədar hərbi-dəniz büdcəsinin artırılması təklifiylə çıxış edir. Birinci dünya müharibəsi başlayandan az sonra Çörçil Antverpenin müdafiəsi üzrə hərbi ekspedisiya təşkil edərək ona başçılıq edir. Şəhərin alman qoşunları tərəfindən işğal olunmasına baxmayaraq, Antverpen əməliyyatı Belçika ordusunu və La-Manş boğazındakı bir neçə ingilis limanını xilas etməyə imkan verir. Lakin bir ildən sonra Çörçil Türkiyəyə qarşı uğursuz Dardanel əməliyyatına görə günahlandırılır və istefaya çıxmağa məcbur olur.
Yenidən orduya qayıdan Çörçil ikinci Qrenader qvardiya alayının tərkibində Kral şotland alayına rəhbərlik edərək hərbi əməliyyatlarda iştirak edir. Bir ildən sonra (1916) İngiltərəyə qayıdan Çörçil, Devid Lloyd Corcun başçılıq etdiyi koalision hökumətdə Silah naziri postuna təyin olunur və yeni tipli silah növü olan tankların istehsalı və təbiqiylə ciddi məşğul olur.
Müharibədən sonra Çörçil müdafiə naziri təyin olunur. Bu postda o, demobilizasiyaya rəhbərlik edir, hərbi büdcənin azaldılmasına çağırışlar edir, eyni zamanda Rusiyada bolşeviklərin hakimiyyət gəlməsi ilə bağlı həyəcan təbili çalırdı.
Siyasi və hərbi fəaliyyətilə yanaşı yaradıcılıqla da məşğul olan Çörçil 1923-cü ildə «Dünya böhranı» («World Crisis», 1923...1929) əsrini yazmağa başlayır. Trevor-Roper bu əsəri «bütün tarix boyu yazılan ən parlaq hərbi memuar» hesab etmişdir. Dörd cilddən ibarət olan «Dünya böhranı»nın qonorarına Çörçil Çartveldə malikanə (indiki təbirlə: villa. N.Q.) almışdır.
1924-cü ildə Çörçil yenidən Mühafizəkarlar partiyasından parlamentə seçilir və maliyyə naziri olur. 1929-cu ildə mühafizəkarlar seçkilərdə məğlub olduğundan Çörçil 10 illik istefaya çıxır. Bu illərdə o yenə də Hindistanın azadlığı əleyhinə çıxış edir, boşanmış amerikalı qadınla evlənmək istəyən kral VIII Eduardı dəstəkləyir, millətə Hitler Almaniyası tərəfindən hər gün artan təhlükə barədə xəbərdarlıqlar edir və öz məşhur sələfi haqda dörd cilddən ibarət «Malboro: onun həyatı və dövrü» («Maryborough: His Life and Times», 1933...1938) adlı əsərini yazır. Lakin 1938-ci ildə baş nazir Nevil Çemberlen Mühendən qayıdıb «uzunmüddətli sülhü» təmin etməsini bəyan edəndə, Çerçil peyğəmbərcəsinə xəbərdalıq etdi: «Avropa zülmətə qərq olur».
İkinci dünya müharibəsi başlayanda Çörçil yenidən Admirallığın birinci lordu təyin olunur və dərhal alman sualtı qayıqlarıyla mübarizə aparmaq üçün tədbirlər görür. Altı aydın sonra Çemberlen hökuməti istefa verdikdə isə koalision hökumətdə baş nazir və müdafiə naziri olur. İngiltərə bütün Avropanı zəbt etmiş alman və italyan ordularıyla qeyri-bərabər mübarizəyə girdikdən sonra Çörçil almanların hava hücumlarını dəf etmək üçün amerikalıarı öz tərəfinə çəkməyi, sərt siyasi kurs götürməklə və parlaq natiqlik qabiliyyəti ilə millətə ruh yüksəkliyi aşılamağı qərara alır. Bu zaman o, britaniyalılara indi məşhur olan bu sözlərlə müraciət etmişdi: «Biz öz adamızı nəyin bahasına olursa-olsun qoruyacağıq. Biz sahillərdə döyüşəcəyik. Biz aerodromlarda çarpışacığıq. Biz çöllərdə və küçələrdə vuruşacağıq. Biz dağlarda döyüşəcəyik. Biz heç vaxt təslim olmayacağıq».
Almaniya üzərində qələbədən sonra Çörçil milli qəhrəman sayılsa da, 1945-ci il seçkilərində Mühafizəkarlar partiyası məğlub oldu. Lakin Çörçil siyasi saəhnədən uzaqlaşmadı. 1946-cı ildə Fultonda söylədiyi nitqində o, siyasi leksikona «dəmir pərdə» terminin gətirdi və həmin il Sürixdə Almaniyanın da daxil olacağı Avropa Birləşmiş Ştatları yaradılması ideyasını irəli sürdü. 1948-1954-cü illərdə Çörçil altı cilddən ibarət «İkinci dünya müharbəsi» («The Second World War») adlı tarixi memuar janrında olan əsərini qələmə almışdır.
1951-ci ildə yenidən siyasi fəaliyyətə qayıdan Çörçil baş nazir olur, ancaq dörd ildən sonra səhhətilə əlaqədar istefaya getmək zorunda qalır.
Çörçill yalnız siyasi fəaliyyətlə məşğul olmaqla kifayətlənməyib, o eyni zamanda istedadlı həvəskar rəssam, mahir memar idi. Uzun ömrü boyu o, bir çox mukafatlar, o cümlədən «Bağlama» ordeni (1953), Böyük Karl mükafatı (1965), ABŞ-ın fəxri vətəndaşı (1963) və iyirmidən artıq dünya universitenin fəxri dərəcələrini almışdır. İctimai-siyasi həyatdan uzaqlaşdıqdan sonra o dörd cilddən ibarət «İngilisdilli xalqların tarixi» («A History of the English-Speaking Peoples», 1956...1958) əsərini yazmışdır.
Ədəbiyyat üzrə Nobel mükafatı almış Çörçil öz əsərlərində heç bir şeydən utanmadan öz vətəninin, başqalarından fərqlənən və qeyri-adi qabiliyyətə malik əcdadlarının və özünün tərifini göylərə qaldırmaqdan çəkinməmişdir.
Çörçilin tərcümeyi-halı, belə demək mümkündürsə, XX əsrin tarixidir. O, hər iki dünya müharibəsinin taleyini həll edən böyük siyasətçilərdən biridir. Lakin o, hərbi karyerasına gənc zabit kimi çoxsaylı müstəmləkə müharibələrində başlamışdır. İlk dəfə Hindistanla Əfqanıstan sərhəddindəki hərbi toqquşmalarda iştirak etmiş, eyni zamanda jurnalistlik fəaliyyətilə də məşğul olaraq mütəmadi olaraq «Deyli Teleqraf» qəzetinə materiallar göndərmişdir. Cəbhədən qayıtdıqdan sonra o nəhəng ədəbi irsinin ilk kitabını çap etdirmişdi. Çörçil sonralar da bütün hərbi və siyasi qəhrəmanlıqlarını öz jurnalist oçerklərində və memuarlarında təsvir edirdi. Burlarla (Afrikanın cənubunda məskən salmış Avropa kolonistlərinin nəsli) müharibədə Çörçilin əsir düşməsi və əsirlikdən qaçması onu bütün İngiltərədə məhşurlaşdırdı. Hərbi şücaətləri gənc Çörçilin iradəsiylə bərabər, siyasi baxışlarını da formalaşdırırdı. Çörçill irqçi və müstəmləkəçi görüşlərə malik idi; onun fikrincə, dünyada irqlərin və xalqların ciddi iyerarxiyası mövcuddur. İkincisi, onun siyasət fəlsəfəsinin əsasını imperiyaya sədaqət təşkil edirdi və o, ömrünün sonunadək bu düşüncəsinə sadiq qaldı. O, israrla Hindistanın müstəqilliyinin əleyhinə çıxış edirdi; Hindistanı əldən buraxmamaq üçün İkinci Dünya müharibəsinin ən ağır vaxtlarında belə çox şeydən keçməyə hazır idi.
Öz siyasi karyerası ərzində o gah konservator, gah da liberal olmuş, sonradan yenə konservator olmuşdu. Çoxları onu siyasi qərarsızlıqda suçlayırdılar. Mühəfizəkar partiyadan olan silahdaşları bu mövqesizliyini uzun müddət ona bağışlamadılar. Ancaq bu dəyişkənliyin arxasında yalnız siyasi temperament deyil, müəyyən sosial-siyasi baxışlar sistemi dayanırdı. Çörçil uzun müddət leyboristləri kommunstlərin əlaltısı hesab etmişdi, ona görə də, hesab edirdi ki, leyboristlərlə mübarizə aparmanın yeganə mümkün yolu və düzgün strategiyası sosial islahatlar aparmaqla sıravi vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir. Bundan başqa o hesab edirdi ki, «sinfi mübarizə islahatları stimullaşdırmaqla Böyük Britaniyanı ikiqat təhlükədən - durğunluqdan və zor gücüylə dağıdılmaqdan qoruyur». Bu düşüncə uzun illər torilərin siyasətində dominant rol oynadı. Yalnız Maqaret Tetçerin zamanında mühafizəkarlar böyük sələflərinin qoyduğu bu mirasdan imtina etdilər.
1959-cu ildə icmalar palatasında Stalinin səksən illiyi münasibətilə çıxış edən Çörçil mərhum diktatora yüksək qiymət vermişdi. Stalinin şəxsiyyətinə qiymət verən Çörçil çox güman ki, öz həmvətənlərinə şəxsiyyətin tarixdəki rolunu xatırlatmaq istəyirdi. Yəni, ciddi sınaq qarşısında qalanda hətta demokratik ölkələrin də böyük liderlərə ehtiyacı olur.
Çörçill 1965-ci il yanvarın 24-də Londonda 90 yaşında vəfat etmiş və dövlət səviyyəsində dəfn olunmuşdur. Onun ölümü ilə Britaniya tarixinin böyük bir erası başa çatmışdır.
Tanıtım: Nadir Qocabəyli- 1967-ci ildə Bakı şəhərində doğulub. M. Rəsulzadə adına Bakı Dövlət Universitetini bitirib. Daha sonra Türkiyənin Ankara şəhərində Əhməd Yəsəvi adına Türk-Qazax ortaq universitetinin magistraturasında təhsilini davam etdirib. «Klassik Azərbaycan ədəbiyyatında nəsr» mövzusunda diplom işi müdafiə edib. Bədii tərcümə işi ilə də intensiv məşğul olur. Yapon yazıçısı Nobel sülh mükafatı laureatı Yasunari Kavabatanın, ingilis yazıçısı Somerset Moemin, Braziliya yazıçısı Paolo Koelyonun əsərlərini dilimizə tərcümə edib. Oxuculara təqdim etdiyi növbəti kitab məşhur norveç yazıçısı, Nobel sülh mükafatı laureatı Knut Hamsunun seçilmiş əsərlərinin iki cildliyidir.