Şahnaz Kamalova. Fars dili (HEKAYƏ)
Proza
- 05.10.2011
- 0 Şərh
- 892 Baxış
Məktəbdə dərslər başa çatan kimi, uşaqları da götürüb kəndə yollandım. Şəhərin toz-torpağından, səs-küyündən bezən uşaqlar elə bil cənnətə düşmüşdülər. Üzlərini yemək yeyiləndən yeyilənə görürdüm. Bu sərbəstlik, rahatlıq onlara da, mənə də çox xoş gəlirdi. Uşaqlar üçün hər şey əla idi, amma mənim rahatlığım yerində deyildi.
Atamgilin qonşusunun uşağı xəstə idi. Allah deyəndə anası uşaq qucağında anamın üstünə gəlirdi -"Humay xala, qoyma, uşağım ölür".
Anam müəllim olsa da həkimlikdən də bir az başı çıxırdı, iynə vurmağı bacarırdı. Amma qonşuların gözündə tibb elmlər doktoru səviyyəsində idi. Biriniə bir şey olan kimi axşama-səhərə baxmayıb, üstünə yüyürərdilər. Anam da hərəsinə bir analgin-dimidrol, B1, B6 vurub, evin birinci qatında olan balaca otağa qoyulmuş taxtın üstündə bir az yatırdıb yola salardı.
Anamdan uşağın xəstəliynin nə olduğunu soruşdum.
- Bilmirəm,- dedi.- Bir düz-əməlli həkimə aparmırlar ki, dərdi bilinə. Tez-tez burnundan qan açılır, uşaq huşunu itirir. Deyəndə ki həkimə apar, deyir, indiyə qədər həkim kimi dirildib ki. Hərdən mollanın yanına aparır, o da kitabı açıb baxır, bir kağıza cızma-qara edib əlinə verir ki, apar uşağın üstünə tik, uşağa cin toxunur, ona görə də burnu qanayır.
- Yaxşı, bəs sənin üstünə niyə gəlir? Sən də həkimfasonsan axı .
- Əli yananda ağzına təpir də.
Anama heç nə demədim, heç bu vaxtlı vaxtsız gələn xəstələrindən də şikayətlənmədim. Amma düşündüm ki, anasının avamlığı üzündən ölə biləcək bu uşağa yardım etməliyəm. Amma necə?
Çox fikirləşməyə ehtiyac qalmadı, uşağın anası özü mənə ideya verdi.
Qərara gəlmişdim ki, yay tətilində fars dilini mükəmməl öyrənim. Mənə çox cazibəli, ekzotik dil təsiri bağışlayırdı. Həm də ixtisasımla əlaqədar olaraq bilməyim arzu olunan idi. Özümlə bir xeyli kitab gətirmişdim. Dərsliklərdən başqa fars dilində yazılmış ədəbiyyat nümunələri də vardı.
Bir gün həyətdəki dağdağan ağacının altında oturub kitab oxuyurdum. Elə bu vaxt qonşumuz yenə bizə gəldi, anamla bir az oradan-buradan danışıb, mənə yaxınlaşdı. Kənddə anamı tibb elmləri doktoru hesab edənlər məni akademik bilirdilər, bunu onların gözlərindən də oxumaq mümkün idi. Qonşu mənimlə hal-əhval tutdu. Sonra baxşlarını stolun üstünə tökülən kitablarda gəzdirdi. Birdən duruxdu, əlini ətəyinə bağladığı kirli önlüyünə silib kitablardan birini götürdü. Uç dəfə opüb gözünün üstünə qoydu. Sonra kitabı ehmalca kitabların üstünə qoyub, mənimlə üzbəüz oturdu.
- Sənə qızlarım qurban,- üç qızı,bir oğlu vardı, - bu uşağın dərdinə bir əlac elə. Bilirəm, savadlı adamsan. İstəsən kömək edə bilərsən. Sənə qurban olum, aç o kitabı, bax, gör bu uşağa nə yazılıb. Gör mən nağayrım?
Ağzımı açdım, qadına başa salam ki, bu kitab o kitab deyil, mən də molla, cindar deyiləm. Amma ağlıma gələn fikir sözümü ağzımda qoydu. Məqamdır.
- Kömək edərəm, ancaq gərək sən də nə desəm, onu da edəsən.
Qadının sevincdən gözləri parıldadı.
- Sən eləcə de, nə lazımdı. Hər şeyi edəcəm, təki balam sağalsın.
- Qoy bir kitabı açım, baxım görüm kitab nə məsləhət görür.
Qabağımdakı kitabı açdım, yazılan yazını hərfləyə-hərfləyə farsca oxudum, sonra başımı qaldırıb, intizarla mənim nə deyəcəyimi gözləyən qadına baxdım.
-Burda yazılıb ki, "dərdinin dərmanını təbibdən soruş". Təbib, yəni həkim.
-Hə, bilirəm. Ayrı nə yazılıb?
- Bir də yazılıb ki, "deyilənə qulaq asmayanın və bu günün işini sabaha qoyanın sonrakı peşimançılığı fayda verməz".
Qadının gözləri genişləndi, doldu, yalvarış dolu nəzərlərlə üzümə baxdı:
- Bəs indi mən nə edim?
Bildim ki, işi bununla bitirsəm, qadın mənə inanmayacaq, uşağı da həkimə aparmayacaq.
- Qoy bir də açım, görüm indi nə göstərir.
Açdım, yenə də yazılanların mənasını özüm də dəqiq bilmədiyim bir mətn oxudum. Qadın əli ilə çənəsinə dayaq verib, bir şey başa düşməsə də diqqətlə məni dinləyirdi.
-Bax burda da yazılıb ki, "oğul bir qızıl üzükdür,barmağına keçdimi, gərək salıb itirməyəsən".
Qadın əlləri ilə dizinə çırpdı, diksindim.
-Yazı-pozusuna qurban olduğum, gör necə də bilir. Durum gedim, maşın tapıb uşağı həkimə aparıram.