
Sədaqət Əliqızı. Yeni şeirlər
ƏDƏBİYYAT, Poeziya
- 16.06.2014
- 0 Şərh
- 919 Baxış
SƏDAQƏT ƏLİQIZI
GÜNAHKAR ÜRƏYİMDƏN ASILMAQ
Daha istəmirəm sevmək ,daha istəmirəm inanmaq
Dəyərsiz bir pul kimi xarclanmaq.
Daha istəmirəm aldanmaq, daha istəmirəm ayrılıq,
Göz yaşları axıtmaq,dönməyəcəyni bilə-nilə yollara baxmaq.
Tənhalıqın qoynunda, xatirələrə sarılmaq.
Saçlarını öpən dodağım havadan asılı qalmaq
Səni qucaqlayarkən, özüm, özümə sarılmaq.
Mənin olmayan səni qısqanmaq,
İçimdə doğranmaq , içimdə yanmaq.
Sənsiz olan ömrümü xəyalınla yaşamaq.
Daha istəmirəm heç bir şey xatırlamaq.
Istiyirəm unutmaq, unutmaq, unutmaq.
Lazımsa bunun üçün lap cəhənnəmdə yanmaq.
Səni sevən günahkar ürəyimdən asılmaq
İÇİMDƏ SEVGİN BİLSƏN NƏ QƏDƏR
İçimdə sevgin bilsən nə qədər,
Sənə sarılacaq qədər.
Gözlərimdə həsrət , günahlarını,
Təpədən dırnaqa yuyacaq qədər.
O qədər tənhayam bilsən,
Bir omür səninlə olacaq qədər.
Əlini uzatsan, hazıram havaya uşacaq qədər.
Bir yaz çiçəyi , tek sinənə qonqcaq qədər.
TUFANA ƏSİR DÜŞMÜŞ
Tufana əsir düşmüş, dəniz kimiyəm.
Çırpıla-çırpıla sovrulurab ,damla-damla kiçilirəm mən.
Qara gözlərinin gecəyə bənzədirəm.
O gecələrdə azıb itirəm.
Səni bütün varlığımla sevirəm, sənə deyə bilmirəm.
Çünki dünyanın sırsım qanunlarının əsiriyəm.