Seymur Su - Dəniz dalğalım

Seymur Su - Dəniz dalğalım


səni düşünürəm bu aralar.
dənizdən də dərin gözlərində
tor atıb, günəşə dirsəklənən qocayam.
mən lal şəfəqlərin çəhrayılığında
parıldayan sevgi pıç-a-pıçıyam.
mən səni hərəkətə gətirən Tanrının
duzlu suyundan götürən ovcuyam.



mən sənə qovuşmaq istəyirəm
özümü tilova bağlayacam
ən böyük balıqlar cumsun üstümə, hazıram.
mən bəlkə də sənə
səssizliyinin
bir balıq mədəsində
həzm olmaqdan da
yaşanmaz olmasını yazıram.



nədən məni səhər-axşam
sübh azanından gecə nəğmələrinədək
düşündürürsən, ey saçı dalğalım?
dediyinə görə, mən yalançı bahar küləyiyəm
xırda akasiya yarpaqlarına.
payıza sağ çıxmaz sərin sığalım.