Turan İbrahimov yenidən ATV-yə qayıtdı

Turan İbrahimov yenidən ATV-yə qayıtdı

Bir müddət əvvəl ANS TV-də yeni layihə hazırlığına başlayan Turan fikrindən daşınıb. Verilişinin yayımlanacağı tarix gecikdiyi üçün aparıcının telekanalla işbirliyi baş tutmayıb.

ATV-dən daha sərfəli təklif alan Turan layihəsini məhz bu kanalda reallaşdıracaq. Onun yeni verilişinin hansı formatda olacağı hələ ki, tam bəlli deyil. // Axşam.az