Yazıçı Elçindən xanəndə Alimə cavab

Yazıçı Elçindən xanəndə Alimə cavab

"Qatil” tamaşasının müəllifi Elçin muğam ifaçısı Alim Qasımovun "Qatil” tamaşasındakı yataq səhnələrinə etiraz etməsinə münasibət bildirdi.
 
Kulis.Az-a danışan Xalq yazıçısı sənətə bu cür münasibətin yolverilməz olduğunu söylədi: "Hər bir rejissorun dünyaya baxışı, sənətə münasibəti, bədii yozumu var. Dözüm göstərib tamaşanı sona qədər izləmək və bundan sonra fikir söyləmək lazımdır. İstər xalq artisti olsun, istərsə də adi tamaşaçı, kiminsə tamaşanı yarımçıq tərk etməsi düşünürəm ki, yaxşı hal deyil”.