Ziya Balıyev - Tək olanda yatmaq olmur?

Ziya Balıyev - Tək olanda yatmaq olmur?


Bugün Nicat Həşimzadə görüşdük. Nicat bir hekayəsi barədə danışdı və nə anladığımı soruşdu, mən də hekayəni göndər haqqında bir yazı yazacam dedim. Hekayəni oxudum və çox xoşuma gəldi. Nicatda ən çox bəyəndiyim şey odur ki, uzunçuluq eləmir, qısa və konkret çatdırır. Hekayəni hissə hissə təhlil etməyə çalışacam. Əlbəttə bunlar mənim düşündüklərimdi səhv ola bilər. Tək olanda yatmaq olmur "- Jozef, yenə nədir, nə çərənləyirsən ? - Eh, Mark boş ver, sən anlamazsan. - Niyə anlamıram? Eyni sözləri sayıqlayırsan. Tək olanda yatmaq olmur. - Onda anla, mənasız suallar vermə. Axı sən heç vaxt tənha qalmamısan." Hekayə bu dialoqla başlayır. Bir insan təklik barədə danışır və yanındakı ona çərənləmək adı verir. Əslində burda Tək olanda yatmaq olmur məsələsi insanın tək olanda hər şeyi dərk etdiyinə işarədir. Yatmaq bir növ həyatı dərk etməməkdir, baş qarışmasıdır, amma tək olduğun zaman bunlar olmur. Həyatına insanlar qatdıqca əylənərsən, gəzərsən, işləyərsən və.s bu da artıq yatmaqdır. Həyatın dərk edilmədən axıb getməsi. Tək qaldığı zaman isə düşünür insan, bütün həqiqətlərinə çatır və bu çox zaman insanda narahatlıq yaradır. Şikayət edirsən, əylənmək, dərk etməmək istəyirsən, amma tək olduqca mümkün deyil. Qarşısında heçnəyi dərk etməyən insan isə, bu dərk edən insanın dediklərini çərənləmə sayır. "- Haqlısan, amma hər kəs tənhadır, tənhalıq varoluşun təməl daşıdır. - Yox, Mark, mənə qadın lazımdır. - Amsterdam küçələri və gecə barları qadınlarla zəngindir. - Mən seks maşını deyiləm. Qadın mənə cinsəl ehtiyacımı ödəmək üçün lazım deyil. Bir sirdaşa, məni anlayacaq bir dosta ehtiyacım var. - Jozef, sirdaşının niyə məhz qadın olmasını istəyirsən? - Bilmirəm, Mark , lənətə gələsən, axı həyatda çox suallara cavab tapmaq olmur. - Qadın 1 dəqiqə dinləyib 1 saat danışacaq. Məcburən dinləməli olacaqsan. - Razıyam, amma hər bir normal kişinin qadına ehtiyacı var. Hətta seksual mənada qane etməsə belə səmimi dost olmağı məni qane edər. " Qəhrəmanımız Jozef bir qadına ehtiyac duyur. Bütün tənhalığı atmaq, əylənmək üçün bir qadına ehtiyac duyur. Yəni qadın onu əyləndirə, yatızdıra biləcək bir varlıqdır. Bir qadın, yanında olacaq bir varlıq onu illərin oyaqlığından, yorğunluğundan xilas edərək yatızdıracaq. "Niyə məhz qadın?" deyə sual veriləndə isə o cavab verə bilmir. Əslində biz hamımız beləyik, yanımızda əks cinsi istəyirik. Bu bizdən aslı olmayan bir səbəbdir, bir instikdir. Burda Nicat qadın psixologiyasına da çox gözəl toxunub:"Bir dəqiqə qulaq asıb, bir saat danışacaq". Əslində qadınlar həqiqətən belədirlər, lakin kişi yenə istəyir. "Mark Jozef üçün qadın axtarışına başladı. Amsterdamda gözəl xanımlar çoxdur, səmimi dost, sadiq sirdaş tapmaqsa çətin. Nəhayət bir gün Elisa adlı qadını sinemaya dəvət etdi, Jozefi də məlum məkana çağırdı. Çox sevgilər yaşadım bu günədək, hər yeni sevgi köhnə əzabların sonu deyil, yeni kədərin başlanğıcıdır. Hər yeni qadın yeni məğlubiyyətdir. Onlar arasında yaşanan sevgi oyunları haqqında ətraflı danışmaq mənasızdır. Əsrlər boyu sevgi oyunu dəyişilməz olaraq qalır. İki insan görüşür, öpüşür, sevişir və ayrılır. Bütün xoşbəxt sevgilərin nəticəsi belə olur. Həmin gecə Jozeflə Elisa sanki bütün cütlüklərin əvəzinə sevişdilər. Elisa siqaret yandırdı. Jozefsə boşalandan dərhal sonra yatdı. Sübh şəfəqləri pəncərədən boylanaraq yataq otağını işıqlandıranda Jozef yuxudan ayıldı , həyəcanla qışqırdı: - Rədd olun, axmaqlar, tək olanda yatmaq olmur..." Burda Nicat Absurdizmə necə gözəl toxunub. görüşür, öpüşür və ayrılır. Həyatda hər şey belədir, hər şey absurddur və heç bir şeydə bir məna yoxdur. Həyatın özü də bucür ötür keçir. Sevgi də eynən bu cür absurd şəkildə davam edir. Kişinin qadın istəyi də eynən cinsi istəyi sönənə qədərdir. Hər şey bitdikdən sonra, kişi rahatca yatır. Burda seksdən sonra yatmaq məsələsi də, əyləncənin insanı dərk etməkdən kənarlaşdırdığına, yatızdırdığına bir işarədir. Və sonda Jozef "Rədd olun, axmaqlar, tək olanda yatmaq olmur" deyərək, hər şeyi rədd edib yenidən dərk etmək istəyir. Rədd olun deyir və təkliyi seçir, çünki dərk edən insan bir daha köhnə həyatına çətin qayıda.