Niyazi Mehdi. Estetiklih haqqında ikinci söhbət
Köşə, FƏLSƏFƏ
- 14.02.2012
- 0 Şərh
- 6809 Baxış
Bir tədbirdən intellektual sonuclar:
Milli Kitab Müsabiqəsində nə soruşuldu
MKM-in qısa siyahısının, yəni 20-likdən 10-luğa keçmiş yazarların siyahısının açıqlandığı tədbirdə ekspertlərə yerdən sual oldu: əsərin bədiiliyi nədir? Sorunu verməyə əsas vardı, çünki ekspertlər, əsərləri bədii keyfiyyətlərinə görə seçdiklərini demişdilər. Bəs elədirsə, əsərin bədiiliyi nədir ki, onunla əsəri ölçürlər? Bu sorunun cavabında çox vaxt incəsənətlə bağlı bütün yaxşı sözləri deyirlər və sonra da sayırlar ki, cavab verildi. Necə ki «gözəllik nədir» sualına da belə cavab verirlər. Bütün tərifləri, öygüləri sadalayırlar.
İtkisiz çevrilən informasiya
Orada mən akademik çevrənin içində balaca çevrəyə orijinal olmayan, böyük çevrəyə isə spesifik araşdırmalardan xəbərsiz olduqları üçün orijinal olan bir düşüncəni metaforaların dilində söylədim. Armudu istəkandan çayı qalın istəkana tökəndə çayda (isti-soyuqdan başqa ) önəmli dəyişgilər olmur. Əgər kimsə iddia etsə ki, mənim əsərimdə yüksək badiilik var, qoy, iddiasından qabaq yoxlasın, onun əsərini başqa «qaba töksən», çay kimi itkisiz qalacaq, ya qalmayacaq? İtkisiz qalacaqsa, deməli, bədiilik azdır, başqa «qaba» iri itki ilə keçəcəksə, deməli, yapdığı bədii əsərdir.
Bu söylədiyimi çox böyük alimlər hərəsi bir cür, ancaq daha çox dəqiq 20 yüzilin ikinci yarısında söyləyiblər. Qınamıram da ki niyə bizimkilər bilmirlər, çünki özüm elmi bilik ümmanının o qədər adalarından xəbərsizəm ki!
İndi isə gətirdiyim metaforaların mənasını ötən yüzildə İnformasiya nəzəriyyəsi və semiotikanın (işarələr nəzəriyyəsinin) əsasında açıqlayım. Hər bir əsər tekstdir, yəni hansısa bitginlikdə və ya bitginliyə yaxınlıqda olan informasiyanı (məzmunu) saxlayan, ötürən sıradır, cərgədir. Ona görə roman da tekstdir, opera da tekstdir. Şəhər də tekstdir, üz də, bədən də, davranış da tekstdir. Çünki hamısı informasiya saxlayıb ötürür. Bədii tekst o tekstdir ki, informasiyasını başqa dilə, yəni başqa qrammatikaya və lüğətə (başqa «qaba», formaya) böyük itkisiz çevirmək olmur. Baxın! Suyun formulasındakı «H»a, «2»yə, «O»ya. Onları ərəb hərfləri və rəqəmi ilə versək, heç bir prinsipial itki baş verməz. Lev Tolstoydan isə soruşanda ki, «Anna Karenina» ilə nə demək istəmisiniz, qayıtmışdı: gərək bütün romanı başdan danışım. Yəni o, romanın məzmununu «başqa qabda» verməyi imkansız saymışdı.
Forma və məzmun vəhdəti məsələsində
düzgün olmayanlar
Deməli, bədii tekstdə məzmun formaya elə bitişikdir, məzmun forma ilə elə iç-içə, birlikdədir ki, onları qoparmaq olmur. Ona görə də bəzi sənətşünaslar bədiiliyi anlatmaq üçün söyləyəndə ki, bədii əsərdə məzmun və formanın vəhdəti olmalıdır, bir az yanılırlar. Çünki forma ilə məzmunun vəhdəti üzə bərk dəyən şapalaqda da var: qəzəb məzmundursa, şapalaq və şapalağın şapı formadır. Aralarındakı vəhdət isə qəzəbin şiddətinə şapalağın ağrısının tən gəlməsidir. Ancaq biz bu vəhdəti heç cürə bədii tekst saya bilmərik, çünki həmənki qəzəbi şapalaqla, yox enli bir milçəkvuranla da çatdırmaq olar.
Bax, bu caydırmadan sonra düz olar belə demək: bədii əsərdə məzmunla formanın elə vəhdəti var ki, «bu» məzmun ciddi itki olmadan başqa forma ilə verilə bilməz, çünki ikisi də bir-birinə ayrılmaz yapışıblar. Ona görə də muğam informasiyasını xalça naxışları ilə vermək olmaz, memarlığı daşlaşmış musiqi adlandırsalar da, əslində, bu bir metaforadır, çünki konkret musiqi tekstinin məzmununu daşlar oyununa çevirmək olmaz.
Yaxşı, bəs onda sənət əsrinin incələnməsinin, analizinin nə faydası var? Əgər onsuz da bədii tekstin informasiyasını analitik dilə çevirmək olmursa? Görünür, sənətçi «bununla onu demək istəmişdir» biçimində sənətdən danışmaq çox az işə yarayan bir eyləmdir. Ancaq bizə həmişə gərəkən bədii tekstin informasiya bolluğuna bizi kamerton edən deyimlər, diskurslar ixtirasıdır. Onlar qab kimi tekstin məzmununu özlərinə yığmırlar. Ancaq əvəzində onlar bizi bu məzmunu duymağa kökləyirlər.
Günel Mövludun «Yaxşıyam Tiflis, yaxşıyam» sözlərinin musiqisini mən hansı elmi deyimə yığa bilərəm ki?! Ancaq həmin musiqiyə köklənmək üçün öz deyimimi ixtira edə bilərəm. Günel deyir:
Yaxşıyam, Tiflis, yaxşıyam.
Sən deyən çox işim yoxdu
Nəhəng bir kişini unutmaqla məşğulam -
Nə vaxtsa xatırlamaq istəsəm
Yada salmağa ömrüm çatmasın deyə
Damla-damla
Buğda-buğda
Zərrə-zərrə unuduram…
Gürcü kişisinin bəhanəsi ilə Azərbaycan mənliyindən, Azərbaycan mentalitetindən qadın qisası və bu qisasdan doğan şeirin ləzzətini yaşayan bizlərin kişi mazoxizmi. Azərbaycan kimliyindən kimlər qisas almayıb?! İndi isə qızlar alır. Bəs biz nədən onlara qəzəblənmirik? Yoxsa, qızlar bizdən bizim hayıfımızımı çıxırlar?!
HƏMÇİNİN BAX:
Niyazi Mehdi. Problemlərimizə estetik açar