Alim və Fərqanə Qasımovlar Montre Caz Festivalında çıxış edəcəklər
SƏNƏT, MUSİQİ
- 11.06.2014
- 0 Şərh
- 1243 Baxış
Konsert iyulun 6-da baş tutacaq.
Alim və Fərqanə Qasımovlar İsveçrədə konsert verəcəklər.
Oxu.Az xəbər verir ki, xanəndələrin Montre Caz Festivalı çərçivəsində iyulun 6-da solo konserti baş tutacaq.
Xatırladırıq ki, festivalda tanınmış Azərbaycan qrupu "Rast” da iştirak edəcək. Montre Caz Festivalı çərçivəsində iyulun 16-da isə "Rast” dünyaca məşhur saksofonçu Meyseo Parker və onun fank-orkestri ilə çıxış edəcəklər. İyulun 17-də qrupun solo konserti baş tutacaq.
Məlumat üçün bildirək ki, Montre Caz Festivalı 1967-ci ildən etibarən keçirilir.