Azərbaycanlı müğənni beynəlxalq festivalda birincilik qazanıb

Azərbaycanlı müğənni beynəlxalq festivalda birincilik qazanıb

Bolqarıstanın Varna şəhərində keçirilən musiqi yarışmasının builki final mərhələsində Azərbaycan, Malta, İtaliya, Böyük Britaniya, Belarus, Türkiyə və digər ölkələrin təmsilçiləri iştirak edib.

Azərbaycan təmsilçisi Riad Abdulov "Yenə sözlər" mahnısını ifa edərək münsiflərdən ən yüksək xal toplayıb. Müğənniyə 1-ci yer qazandıran sözügedən mahnı artıq 2 aydan çoxdur ki, Bolqarıstan radiolarında yayımlanır və top 5-liyə düşüb. 2 gün öncə Bolqarıstanda "EuroRadio"da qonaq olan müğənni bununla bağlı məlumatı dinləyicilərlə bölüşüb.

Qeyd edək ki, bu günə kimi bu musiqi festivalında Filip Kirkorov, İnqrid, Sunstroke Project kimi dünya ulduzları iştirak edib. Dəfələrlə müsabiqəyə qatılan Azərbaycan isə ilk dəfə qalib olub.

Riad Abdulov festivala "ADDIM" Gənclər Təşkilatının dəstəyi ilə qatılıb.

© AzərTac