Bakıda “Nürnberq” filminin premyerası olub

Bakıda “Nürnberq” filminin premyerası olub

Bakıdakı Rus Evində Rusiyanın Hərbi Şöhrət Günü münasibətilə rejissor Nikolay Lebedevin "Nürnberq” filminin premyerası olub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, filmin nümayişindən əvvəl Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimov tamaşaçıları salamlayıb. Premyeraya gələnlər arasında diplomatik korpusun nümayəndələri, iş adamları, Rusiya həmvətənlərinin təmsilçiləri, yaradıcı ziyalılar olublar.

2023-cü ildə lentə alınmış "Nürnberq” filmi nasist Almaniyası elitasının beynəlxalq tribunalın qarşısına çıxdığı və məhkum olunduğu məşhur proses haqqında dünya kinematoqrafında ilk bədii filmdir. Bu ekran əsərində müxtəlif ölkələrdən olan aktyorlar iştirak edirlər, lakin baş rollarda Rusiyanın kino ulduzları çəkiliblər. Onların arasında Sergey Bezrukov, Lyubov Aksyonova, Yevqeni Mironov, İqor Petrenko var.

Filmin nümayişi çərçivəsində "Nürnberq prosesi: Moskvadan baxış” adlı tarixi-sənədli sərginin açılışı olub.

Sərgi üçün eksponatlar və filmin nümayişi hüququ "Aleksandr Peçerskinin Xatirə Fondu” qeyri-kommersiya təşkilatına məxsusdur.