Bakıda orqan musiqisi səslənib

Bakıda orqan musiqisi səslənib

Höte İnstitutunun Bakı filialının və Yevangelist Lüteran Kilsəsinin dəstəyi ilə noyabrın 20-də Kamera və orqan musiqisi zalında alman orqançalan və dirijor Günter Kennelin konserti olub.

AZƏRTAC xəbər verir ki, gecədə dünya şöhrətli bəstəkarların əsərləri səslənib. Musiqiçinin çıxışı hərarətlə qarşılanıb.