Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Bəstəkar Nailə Mirməmmədli vəfat edib

Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli bu gün vəfat edib.

Yarpaq.az xəbər verir ki, əməkdar incəsənət xadimi ürək tutmasından dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat verib.

Qeyd qeyd edək ki, Nailə Mirməmmədli "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqişünas, dirijor, xormeyster, vokal, aranjeman, orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, "Bənövşə" xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb.

2020-ci ildə Bakı Dövlət Universitetinin Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşı idi.

Allah rəhmət eləsin!