«Bəxtiyardan donos yazanlar, onun sağlığına badə də qaldırırdılar»
SƏNƏT
- 16.02.2009
- 0 Şərh
- 745 Baxış
Professor Şirməmməd Hüseynov: «Hakimiyyətdəkilər Heydər Əliyevin dediklərini təftiş edirlər»
- Şirməmməd müəllim, Sizinlə söhbətimiz xalq şairi və uzun müddət dostluq etdiyiniz Bəxtiyar Vahabzadə itkisini yeni-yeni yaşadığımız günlərə təsaduf edir. Bu mənada ilk sualım belədir, Bəxtiyar Vahabzadə xatrinizdə necə qalıb?
- Mən Bəxtiyar Vahabzadə ilə 14 yaşımdan tanışam. Əvvəl Şəkidə yaşayırdıq, sonra onların ailəsi Bakıya köçdülər. 1945-ci ildə universitetə qəbul olunandan sonra ölən gününə qədər bir yerdə olmuşuq. Bizi birləşdirən nə yerliçik, nə də başqa hisslər idi. Biz əqidə və məslək baxımından biri-birimizə yaxın olmuşuq. Şəkidə cümhuriyyət dövrünün müəllimləri var idi, onlar bizim ruhumuza və qanımıza müstəqillik, milli mənəviyyat tarixini hopdurmuşdular. Həm də böyüdüyümüz ailənin əvəzsiz rolu olmuşdu. Bakıya gələndən sonra bu dairə bir qədər də genişləndi. Bu sırada rəhmətlik Xudu Məmmədov, Nurəddin Rzayev, Şahmar Ələkbərzadə və digərlərinin adını çəkmək olar. Mən universitetdə tələbə olanda, Bəxtiyar Vahabzadə aspirant idi. O zamandan hiss edirdim ki, Bəxtiyarın qayəsi millətə xidmətdir. Həm də Bəxtiyarla yaradıcılıq əməkdaşlığım olub. O, kitablarında yazıb ki, bir sıra poemalarının və şerlərinin mövzusunu Şirməmməd verib.
- Söhbət hansı mövzulardan gedir?
- Məsələn, Bəxtiyarın «Bağışlayın, səhv olub», «Saşa» poemalarının ideyasını mən vermişəm. «Komsomolskya pravda» qəzetində belə bir məqalə dərc olunmuşdu ki, 13 yaşlı uşaq mağazadan ərzaq məhsulları alan zaman, hesablaşanda məlum olur ki, iki kəsmiyin pulunu ödəməyib, guya oğurlayıb. Buna görə milisə zəng edirlər. Uşağın anası da xətəxanadaymış. Uşaq görür ki, valideynlərinə onun oğurluq etməsini deyəcəklər. Bunu anlayan uşaq evə gedib özünü asır. Təsəvvür edirsənmi bu nə deməkdir?! Mən bu məqaləni Bəxtiyarla oxuyub müzakirə etdik və o, bunun əsasında «Saşa» adlı əla bir poema yazdı. Sual yaratdı ki, uşaqdakı şəxsiyyət və ləyaqət hissi haradan gəlir? Niyə Puşkin və Lermontov dueldə öldü, çünki bunlar öz namus və qeyrətlərini canlarından çox istəyirdilər. Sovet cəmiyyətində yalan, rüşvət, fırıldaq, oğurluq hakim olduğundan, belə bir mövzuda yazmaq ağır idi. Söhbət təkcə Saşanın taleyindən getmirdi. Yəni gənclərdə belə bir ləyaqət hissi oyatmaq lazım idi ki, ən böyük ittihamlardan biri səni yalan və oğurluqda ittiham edərdilər.
- Bəxtiyar Vahabzadənin təqib illərini necə xatırlayırsınız?
- Mən universitetin (BDU) filologiya fakültəsinin partiya təşkilatının katibi idim. O zaman sovet ordusunun bütün hərbi hissələrinə xüsusi göstəriş verilmişdi ki, azərbaycanlı əsgərlər nəzarətdə saxlanılsın, çünki Bəxtiyar Vahabzadənin «Gülüstan» poeması yayılır. Bunun əsasında DTK Bəxtiyarı universitetdən ayırmaq haqqında plan hazırlayır. Beləliklə, BDU-nun iki professoruna «işarə» verirlər və onlar Bəxtiyar Vahabzadədən Mərkəzi Komitəyə şikayət məktubu yazırlar. Deməli, əsasən müxtəlif vasitələrlə Bəxtiyarın neçə vaxtı partiya üzvlük haqqını vermədiyini və audotoriyada millətçilik yaydığını öyrənirlər. Hətta əxlaqsız olması haqqında da böhtanları əlavə edirlər. Bunların əsasında 9 maddədən ibarət sənəd partiya komitəsinə təqdim olunur. Rəhbərlikdən mənə bu məsələni araşdırmaq tapşırığı verirlər. Deməli, öyrənmişdilər ki, partiya üzvlük haqqını nə qədər verməyib. Təcili Bəxtiyarı çağırıb üzvlük məsələsini həll etdim ki, bu sırada «ilişməyə» bir şey qalmasın. Sonra həmin 9 maddəni bir-bir araşdırıb cavab verdik. Bunun əsasında Bəxtiyarın universitetdən çıxarılmasının qarşısını aldıq.
- Bəxtiyar Vahabzadədən Mərkəzi Komitəyə donos yazan professorların adını çəkə bilərsinizmi?
- Yox. Ölənlərin adını çəkmirlər.
- Həmin professorlar sonradan Bəxtiyar Vahabzadə ilə üz-üzə gəldilərmi?
- Bilirsən, oğul, o cür məktubu yazanlarda üz olmur. Hətta onlar Bəxtiyarın sağlığına badə də qaldırırdılar. İndi soruşuram, bu cür böhtanları yazanlarda üz olarmı? Belələri sifətsiz, üzsüz olur. Bir müəllim 10 saat dərs buraxanda, heç nə demirdilər. Bəxtiyar 2 saat gecikəndə problem edirdilər. Məqsəd də bu idi ki, o universiteti tərk etsin, yəni cavanlardan ayrılsın.
- «Gülüstan» poemasının dərc olunması necə başa gəldi?
- «Gülüstan» poemasını 1961-ci ildə «Şəki fəhləsi» qəzetinin baş redaktoru Məhiyyəddin Abbasov çap edib. Bu məsələdə başqa söhbət ola bilməz.
- Poemanın ideyası kim tərəfindən verilmişdi?
- Professor Cəmil Həsənlinin bu günlərdə ötən əsrin 50-ci illəri ilə əlaqədar bir kitabı nəşr olunub. Əsərin 345-ci səhifəsində mənimlə bağlı məqamlar yer alıb. Söhbət 1958-ci ildə «Azərbaycan Kommunist Partiyasının tarixi» kitabının nəşrindən gedir. Moskva dəhşətə gəlmişdi ki, niyə Nərimanov önə keçib, Şaumyan və digərləri arxa plana? Onlar etiraz edirdilər ki, niyə «Hümmət» və yaxud Azərbaycan Kommunist Partiyasının tarixi yazılır, bir Kommunist Partiyası var, o da SovKP. Azərbaycan Kommunist Partiyası haqqında isə oçerklər yazmaq olar, tarix yox. Təsəvvür edin ki, Mərkəzi Komitənin şöbə müdirləri, bütün respublikaların Marksizm-Leninizm institutlarının direktorları və digər rəsmilər Bakıda böyük müzakirələr açmışdılar. Professor Voluyev çıxışında daha sərt danışdı və bildirdi ki, Azərbaycan kapitalizmi keçməyib, feodal ölkə olub və bir millət kimi hadisələrdə iştirak etməyib, bütün proseslərdə ermənilər və ruslar öndə olub. Toplantını mərhum Şıxəli Qurbanov aparırdı. Fasilə zamanı onunla görüşüb mənə söz verilməsini istədim. İkinci hissədə ilk sözü mənə verdilər. Çıxışımda bir sıra məsələlərlə bərabər Azərbaycanın, Zaqafqaziyanın birləşdirilməsini də qoydum. Voluyev deyirdi ki, Azərbaycan ya İrana, ya da Rusiyaya birləşməliydi. Bildirdim ki, məgər, 6-7 milyonluq bir xalqın özünün müstəqil dövlət qurmaq niyyəti olmayıbmı, mütləq kiməsə birləşməliydi? Bu fikir bomba kimi partladı və audotriyalarda rezonans doğurdu. O zaman Bəxtiyar Vahabzadə, Suleyman Əliyarov, Mahmud İsmayılov bu məsələni ciddi şəkildə müzakirə edirdik. Çünki «Gülüstan» və «Türkmənçay» müqaviləsinin 150 illik bayram yubileyinə hazırlaşırdılar. Beləliklə, Bəxtiyar məsələni dərindən öyrəndi və bunun əsasında «Gülüstan» poeması yarandı. Yəni kollektiv müzakirənin nəticəsi Bəxtiyar poeziyası ilə birləşdi.
- Siz Bəxtiyar Vahabzadənin milli-azadlıq və ictimai fikir tarixində yerini necə görürsünüz?
- Bilirsiniz, istər siyasətçi, istər alim, istərsə də yazıçı olsun, əgər əsas qayəsi Azərbaycanın müstəqilliyidirsə, o, ən böyük vətən xadimidir. Əsas meyar millətin və yurdun müstəqilliyidir. Söhbət millətin demokratik dövlət yaratmasından gedir. Bizim nəsil cümhuriyyətin ideyası ilə ruhlanıb, Rəsulzadənin adamlarıyıq. Xəbərin varmı, sovet dövründə Bəxtiyarla birgə hər il yanvarın 31-də Novxanıda Rəsulzadənin atasının məzarını ziyarət edirdik. İzi azdırmaq üçün, əvvəlcə sovet ittifaqı qəhrəmanı Mehdi Hüseynzadənin atasının qəbrini ziyarət edirdik. Bizdən əvvəl də müstəqillik ideyasının tərəfdarları olub, məsələn Gülhüseyn Hüseynoğlunun daxil olduğu qrup ki, onları 20 ildən artıq azadlıqdan məhrum etdilər.
- Bu gün o səviyyədə ədalətsizliyə etiraz edə bilən ziyalılar varmı?
- Məhəmməd Əmin Rəsulzadə 1909-cu ildə İranda Səttarxanla görüşəndə soruşmuşdu ki, sərdari-milli, artıq məşrutə elan olunub, bəs bundan sonra nə edəcəksiniz? Səttarxan ona cavab verib ki, bizim işimiz dağıtmaq idi və mövcud rəzil rejimi dağıtdıq, amma qurmaq bizlik deyil. Gərək alimlər və bu işi bilənlər gəlib yeni dövlət qursunlar. Bu gün müstəqilik, amma həqiqi mənada demokratik dövlət quruluşunu yaratmaq lazımdır. Millətimiz dövlətimizi dünyanın sivil ölkələrinə çıxartmağı bacarmalıdır. Beynəlxalq aləmdə bizi rüşvətxor, yalançı, məddahlıq və korrupsiya ilə məşğul olan dövlət kimi tanımasınlar. Hər bir fərd bu torpaq uğrunda öz sahəsində namusla işləsin ki, millət də düz olsun. Belə bir məsəl var, küçənin təmiz olmasını istəyirsənsə, hər bir kəs öz evinin qarşısını süpürsün. Yəni hər bir insan özü namuslu və qeyrətli olsun. Bəxtiyar bütün varlığı ilə millətinə və torpağına bağlı olub. Həm də şeir və ideya baxımdan da nümunə olub.
- Bu ilin yanvarından MTRŞ-nın telekanallarda türk dilində yayımlanan filmlərə və musiqilərə qoyduğu qadağanı necə qiymətləndirisiniz?
- Hakimiyyətdəkilər Heydər Əliyevi müasir Azərbaycanın yaradıcısı hesab edirlər. Bəs Heydər Əliyevin «bir millət, iki dövlət» şuarı harada qaldı? Necə olur ki, bir millətin dilini biri-birinə tərcümə edirlər? Deməli, bunlar Heydər Əliyevin dediklərini təftiş edirlər.
- Heydər Əliyevi təftiş etməkdə məqsəd nədir?
- Xarici radiolarıın tezliyini qapayanda bu məsələni də əlavə etdilər ki, guya bunlar azərbaycan dilini hamıdan çox istəyirlər. Əslində, MTRŞ-in televiziyalarda türk dili ilə bağlı qərarı diqqəti xarici radiolardan yayındırmaq üçün idi. Məgər, indikilər Üzeyir Hacıbəylidən böyükdürlər? Üzeyir bəy 1919-cu ildə «Azərbaycan» qəzetini buraxanda ilk səhifəsində yazırdı: ictimai-siyasi-iqtisadi-ədəbi türk qəzetəsi. İndi necə deyə bilərsən ki, mən türk deyiləm?
- Şirməmməd müəllim, son günlər hansı yeniliklər əldə etmisiniz?
- Araşdırmalarım nəticəsində məlum olub ki, Azərbaycan xalqı Üzeyir bəyin yaradıcılığının 70 faizindən xəbərsizdir. Məsələn, Üzeyir bəyin kitablarının üçüncü cildi 1906-1915-ci illəri əhatə etsə də, böyük ədibin həmin illərdə yazdıqlarının 60-70 faizi nəşrə daxil edilməyib. O yerdə ki, erməniləri və rusları ifşa edən məqalələr var, onları cildlərə salmayıblar. Adi bir misal, onun 1906-cı ildə yazdığı «İrəvan ermənilərinin iclası» əsəri cildlərə salınmayıb. Bu əsər ensiklopediyaya da daxil edilməyib və hətta rəhmətlik Qulam Məmmədlinin tapıntılarında da yoxdur. Mən onları qınamıram, çünki sovet dövründə bu kimi əsərlərə qadağa var idi. Təəssüf ki, son illərdə Üzeyir bəyin buraxılan cildlərində də bu əsərlərə yer ayrılmır. Yaxud başqa bir fakt, 1918-20-ci illərdə böyük ədibin «Azərbaycan» qəzetində 98 məqaləsi dərc olunsa da, bunların 68-i ictimaiyyətə bəllidir. Bu da Kənan Aslanlının dərc etdirdiyi «Fırtınalar qarşısında» kitabının hesabına olub. Bəs qalanları necə oldu? Problem ondadır ki, «Azərbaycan» qəzetinin bir sıra sayları Rusiya arxivlərindədir. Sovet dövründəki yiyəsizlik nəticəsində bir sıra rəhbər işçilər bu qəzetdəki məqalələri müxtəlif vasitələrlə məhv ediblər. Təsəvvür edəndə ki, partiya tarixi institutunda kitabxana müdirləri həmişə ermənilər olub, onların sovet dövrünə qədərki qəzetlərin başına hansı oyunu açıdığı məlum olar. Təəssüf ki, zəngin irsimizi xalqa çatdıra bilmirik. Məsələn, Əhməd Ağaoğlunun Türkiyədə 17 kitabı nəşr olunsa da, Azərbaycanda biri də çap edilməyib. Acınacaqlısı odur ki, bu gün hərə öz kəndi, hətta öz dədəsi haqqında kitab yazır, yaxud buraxdırır, amma millətin və vətənin taleyi yolunda əzaba qatlaşanları xatırlayan belə yoxdur.
Natiq CAVADLI