Fotoqraf Emin Mathers ilə görüş keçiriləcək

Fotoqraf Emin Mathers ilə görüş keçiriləcək

Noyabrın 19-da "Artım” layihə məkanında açılan "Periferik genişlənmə” sərgisi çərçivəsində fotoqraf Emin Mathers ilə görüş keçiriləcək.

Görüşdə, "Artım”da nümayiş olunan "NOVA III” adlı fotosilsilənin müəllifi Emin Mathers ilə birgə xüsusi yaradılmış cazibə qüvvəsinin sanki yox olduğu bir məkanda təcrübədən keçiriləcək hissləri və təəssüratları araşdırılacaq. Həmçinin, fotoqraf silsilənin ekspozisiyada nümayiş olunmayan digər əsərlərini də qonaqlarla müzakirə edəcək.

Qeyd edək ki, sərgi noyabrın 29-dək ziyarətçilər üçün açıq qalacaq.