Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü gördü

Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü gördü

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü şair Fuad Cəfərlinin yeni şeirlər kitabı çapdan çıxıb. 

Yarpaq.Az-ın verdiyi xəbərə görə, "Latın sükutu” kitabının ön sözünü tanınmış şair Səlim Babullaoğlu yazıb. Korrektorları Tural TuranUlucay Akifdir. Kitab 76 səhifədən ibarətdir. "Latın sükutu”nda şairin son illərdə qələmə aldığı şeirlər toplanıb. 

F.Cəfərlinin şeirlər kitabı Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab layihəsi çərçivəsində çapdan çıxıb. 

Verilən məlumata görə fevralın 23-də AMEA-nın "Akademkitab” kitab evində "Latın sükutu”nun təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimi saat 14:00-da baş tutacaq. 

Qeyd edək ki, "Latın sükutu” Fuad Cəfərlinin oxucularla ikinci görüşüdür.