Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçirilib (FOTOLAR)

Gənc rəssam Pakizə Əliyevanın sərgisi keçirilib (FOTOLAR)

Azərbaycanın gənc rəssamlarından olan Pakizə Əliyevanın "Ətrafımdakı dünya” adlı sərgisi keçrilib. 

Yarpaq.Az xəbər verir ki,  sərgidə Mədəniyyət və incəsənət nümayəndələri, Millət vəkilləri, ictimai xadimlər və rəsmsevərlər iştirak edib. 

Sərgini giriş sözü ilə Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikası Rəssamlar İttifaqı sədrinin birinci müavini, professor, Azərbaycan Respublikasının xalq rəssamı  Salhab Məmmədov açıb. 

Daha sonra Pakizə Əliyevanın müəllimi Dilafruz Bağırova çıxış edərək qeyd edib ki, Pakizə uşaq yaşlarından rəssamlıqla məşğul olur və 20 yaşında artıq öz daxili dünyasını inanılmaz dəqiqliklə əks etdirən parlaq əsərlərdən ibarət kolleksiya yarada bilib. Onun qeyri-adi rəsmləri sənətsevərləri sirlərlə dolu sürrealist dünyaya aparır. 

Qeyd edək ki, rəsm əsərlərinin hər biri satışa çıxarılıb.