Çingiz Abdullayevin romanı filmə çevrilir

Çingiz Abdullayevin romanı filmə çevrilir

C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında «Xeyirlə Şərin rəqsi» adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Çingiz Abdullayevin «Quba kapriççiosu» romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmdə Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əksini tapacaq .

Filmin çəkilişləri Qubada, Bakıda və kinostudiyanın pavilyonlarında aparılacaq.

Edebiyyat.biz