![“İydə ətirli ada” kitabı çapdan çıxıb](http://yarpaq.az/file/pic/xeber/2020-03/1584785599_04.jpg )
“İydə ətirli ada” kitabı çapdan çıxıb
YENİ KİTABLAR
- 21.03.2020
- 0 Şərh
- 16338 Baxış
Bu günlərdə şair Xosrov Natilin "İydə ətirli ada” adlı kitabı çapdan çıxıb.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, albom kitabın ilk səhifələri "İydə ətirli ada” yazısıyla Abşeronun böyük arxipelaqına - Çilov adasına səyahətlə açılır. Bu səyahətin bələdçisi də, seyrçisi də, yaşıllıqların salınmasında yaxından iştirakçısı olduğunu bildirən müəllif təvazökarlıq etmədən "indinin özündə də hər qarış torpağında əl izimin olmasından qürur duyuram”,- deyir.
Kitabda şair Xosrov Natilin "Ada, dəniz, göy üzü və külək” şeirlər silsiləsindən verilmiş parçalar əsas yer tutur. Rəngli fotoşəkillərlə bəzədilmiş vərəqlərə paylanan poetik misralar - Çilov adasının rəngarəng təbiəti, fədakar insanları haqqında yazılan şeir nümunələri kitabı daha da oxunaqlı edir.
Kitabın redaktoru Azər Abdulla, tərtibat və bəzi şəkillərin müəllifi Gülnarə Rəfiqdir.