Nazim Hikmətin oğlu vəfat etdi (FOTO)

Nazim Hikmətin oğlu vəfat etdi (FOTO)

Məşhur şair Nazim Hikmətin oğlu Mehmet Nazim vəfat edib.

"Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəssam Mehmet Nazim 67 yaşında Fransada dünyasını dəyişib.

Onun ölümü barədə məlumatı sosial şəbəkə vasitəsilə rəssamın dostu Utku Varlık yayıb.

Qeyd edək ki, Nazim Hikmət 1950-ci ildə həbsdən çıxdıqdan sonra Münevvər Andaçla tanış olub. 1951-ci ildə cütlüyün Mehmet adlı oğlu dünyaya gəlib. Ancaq onlar rəsmi nikahda olmayıblar. Nazim Hikmət oğlu 3 aylıq olarkən Türkiyədən ayrılıb. Mehmet Nazim buna görə atasından küsülü olub və bu günə qədər atası haqqında heç bir açıqlama verməyib.