Qadın yazarların seminarı yekunlaşdı
- 18.06.2010
- 0 Şərh
- 502 Baxış
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi və Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilatçılığı ilə “Qadınlar, Ədəbiyyat və Cəmiyyət” layihəsi çərçivəsində qadın yazarlar üçün keçirilən seminar öz işini başa çatdırıb.
Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçirilən seminarda əsas məqsəd qadın yazıçılara dəstək və qarşılıqlı zənginləşmədə yardımçı olmaq, ictimai maarifləndirmə, moderləşdirmə və təhsil yolu ilə bacarıqların formalaşdırılması olub. Amerika, Türkiyə və Azərbaycandan olan bir qrup qadın yazıçının iştirakı ilə keçirilən seminarda yaradıcı yazı üzrə təlimlər keçirilib, hər üç ölkənin qadın yazarlarının yekun ictimai qiraətləri təşkil olunub.
Azərbaycanlı qadın yazarlardan Mahirə Abdulla, Mehriban Vəzir, Narıngül Babayeva, Həyat Şəmi, Rəbiqə Nazimqızı, Sevinc Mürvətqızı, Sima Ənnağı, Nuranə Nur, Elnaz Eyvazlı, Günel Eminli, Ülkər Nəsibbəyli, Nihalə Quliyeva, Əfsanə Laçın, Jalə İsmayılovanın qatıldığı seminarın yekununda layihə çərçivəsində adıçəkilən iştirakçıların əsərlərindən ibarət “Buta” toplusunun nəşri müzakirə edilib. Bir həftə davam edən seminar ərzində qadın yazarlar müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi, poeziya, nəsr və publisistika sahəsində fərdi söhbətlər aparıblar, yaradıcılıq və ailə məsələləri, qadınlar və liderlik, qadın və karyera, qadın və nəşr problemlərini müzakirə ediblər. Yekunda planlaşdırılıb ki, yaradıcı yazı üzrə kurrikulum tərtib edilsin və Azərbaycan təhsil müəssisələrində istifadəsi üçün çap olunsun, seminarda müzakirə yolu ilə seçilən ədəbi nümunələr “Azərbaycan dilinin xəzinəsi” adlı www. translit. az saytına yerləşdirilsin.
Seminarın əsas təşkilatçısı, sözügedən Birliyin sədri, dosent Şəhla Nağıyeva ilə söhbətimizdə o, seminarlar başa çatandan sonra da türk və amerikalı yazıçılarla əməkdaşlığın davam edəcəyini bildirib: “Seminar iştirakçılarının ingilis, türk və Azərbaycan dilinə tərcümə edilmiş əsərlərindən ibarət kitab çap olunacaq. İkinci mərhələdə layihəyə gürcü yazıçıların da daxil edilməsi və bu səpkili seminarların ABŞ-da keçirilməsi nəzərdə tutulur. Bu tipli seminarların gələcəkdə Türkiyədə, Gürcüstanda da təşkil etməyi düşünürük”. Birlik rəhbəri qurumun missiyasına uyğun olaraq Norveç və digər ölkələrin ədibləri ilə əlaqələrin yaradılması, birgə tərtib olunmuş kitabların çap edilməsini planlaşdırdıqlarını da diqqətə çatdırıb.
Seminarda iştirak edən qadın yazarlar da tədbirlə bağlı fikirlərini bölüşərək onun əhəmiyyətini vurğulayıblar. Mehriban Vəzirlə söhbətimizdə o, bu seminar vasitəsilə həm Azərbaycanın, həm də başqa ölkələrin qadın yazarlarının necə yaşadığını, nə düşündüklərini, onları narahat edən problemləri, könül fırtınalarını öz yaradıcılıqlarında necə ehtiva etdirdiklərini öyrəndiyini vurğulayıb : “İnsan bilməlidir ki, özündən kənarda da çox dünyalar, mərkəzlər mövcuddur. Düşünürəm ki, mən də bu seminardan ən azı gənclər qədər faydalandım. Xarici qadın yazarların öz ölkələri, ədəbiyyatları haqqında məlumatlarla daha yaxından, əyani tanış oldum. Bir ölkədə yaşadığımıza baxmayaraq gec-gec görüşdüyümüz qadın yazarlarımızla daha yaxından ünsiyyət yaratdıq. Mənim üçün yeni nəslin düşüncəsi ilə tanış olmaq baxımından da bu seminar böyük əhəmiyyət kəsb etdi”.
Həyat Şəmi seminar boyu hər kəsin yazısıyla özünü və çevrəsini ortaya qoyduğunu bildirib: “Burada adını eşidib üzünü görmədiklərimlə, üzünü görüb adını bilmədiklərimlə yaxından tanış oldum. Nə yaxşı ki, belə seminarlar təşkil olunur. Yeni tanışlıqlar qazandım, qazandıqlarım həyatıma rəng qatdı. Amerikalı şairə Alison Məndvill mənim üçün canlı Amerika oldu. Melida Tüzünoğlu isə böyük Türkiyənin bir dolu zərrəsi təsiri bağışladı”.
Rəbiqə Nazimqızı deyib ki, bu seminarda həm Azərbaycan ədəbiyyatına kənardan baxışı gördük, həm də intuitiv olaraq hiss elədiyimiz şeyləri nəzəri baxımdan öyrəndik: “Alison Məndvilin şeirlə bağlı gətirdiyi misallar olduqca xoşuma gəldi. Ən maraqlı hesab etdiyim məqamlardan biri də beynəlxalq nəşrlə bağlı bizə verilən məlumatlar oldu. Çünki bizim yazarların xaricə çıxış imkanları çox azdır. Özüm üçün həm də dəqiqləşdirdim ki, həmişə güclü cinsin üstünlüyü ilə keçən digər tədbirlərdən fərqli olaraq bizim qadınlarımız heç də kişilərdən geri qalmır, bəlkə də potensial cəhətdən onlardan üstündürlər”.
Sima Ənnağı seminarın həm yaşlı, həm də gənc nəsil yazarlar üçün faydalı olduğunu deyib: “Yeni yazı texnologiyaları ilə tanış oldum və onları praktikada tətbiq edərək yaradıcı prosesi fəallaşdırmaq yollarını öyrəndim. Seminarda deyilənlərdən nəzəri olaraq xəbərim vardı, amma tapşırıqları sənət arkadaşlarımla birgə, eyni anda yerinə yetirməyim həm əyləncəli oldu, həm də öyrəncəli. Gündəlik gördüyümüz ən adi obyektləri hekayə obrazlarına çevirmək maraqlı və qeyri-adi idi. Həqiqətən də həyat –sonsuz obrazlar generatorudur, sadəcə o obrazları görmək və ifadə etməyi bacarmaq lazımdır. Seminarın bir faydası da indiyədək virtual tanıdığım qələm dostlarımı reallıqda tanıyıb sevməyimdir”.
Ülkər Nəsibbəyli seminarda ilk növbədə yaradıcılıqla bağlı uzun müddətdir özünə verdiyi suallara cavab tapdığını, Melida Tüzünoğlunun çağdaş türk ədəbiyyatından təqdim etdiyi nümunələrlə tanışlığı özü üçün xüsusilə faydalı hesab edib: “Öyrəndim ki, yaradıcılığı bu qədər təsirə salmağa ehtiyac yoxdur, həm də yaradıcılıq prosesində fikirləri çağırmaq mümkündür”.
Günel Eminli seminarla bağlı zəngin təəssüratlar aldığını, unudulmaz bir həftə keçirdiyini vurğulayıb.
Nihalə bu görüş vasitəsilə həm digər ölkələrin, həm də Azərbaycanın qadın yazarları ilə daha yaxından ünsiyyətə şərait yarandığını deyib. Gənc mütərcim bu seminarda beynəlxalq nəşr məsələləri ilə bağlı verilən məsləhət və tövsiyələri xüsusilə faydalı hesab etdiyini qeyd edib.
Elnaz Eyvazlı belə seminarların ardıcıl təşkilinin vacibliyini önə çəkərək bu kimi görüşlərin qadın yazarlar üçün əhəmiyyətindən danışıb.
Seminarda iştirak edən qadın yazarlar ortaq bir fikri vurğulayıblar ki, belə seminarlar daha tez-tez təşkil olunmalı, yazarlar arasında canlı ünsiyyət yaradılmalıdır. Seminar iştirakçıları həmçinin görüşlərin təşkilində böyük əməyi olan “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyevaya xüsusi minnətdarlıq ediblər.