Remark haqqında maraqlı FAKTLAR

Remark haqqında maraqlı FAKTLAR

- Dünyada onun imzası belədir - Erix Mariya Remark. Amma çox az adama bəllidir ki, məşhur yazıçının əsl adı Erix Paul Remark olub. 1918-ci ildə yazıçının anası Mariya vəfat etdikdə Remarkın cəmi 10 yaşı olub və bu hadisə ondan dərin iz buraxıb. Yazıçılığa başlayanda o, anasını xatirəsini əbədiləşdirmək məqsədilə məhz belə  - Erix Mariya Remark kimi tanınmasını istəyib.

- Remark ilk povestinin nəşrindən elə utanır ki, bütün tiraja pul verərək özü alır.

- Remark "Qərb cəbhəsində yenilik yoxdur" (1929) romanını cəmi 6 həftəyə yazıb.

- Remark Dostoyevskini oxumağı çox sevib

- Yazıçının arvadı Yutto ilə evliliyi cəmi 4 il sürüb. Amma 1938-ci ildə Remark yenidən keçmiş arvadı ilə nikaha girib. Buna səbəb Yuttonun faşist Almaniyasından çıxa bilməsinə şərait yaratmaq və onun İsveçrədə yaşamaq hüququ qazana bilməsi olub. Daha sonra onlar birlikdə ABŞ-a gedirlər. Onların bu nikahı rəsmi şəkildə ləğv etməsi 1957-ci ildə baş verir. Yazıçı ömrünün sonuna qədər Yuttaya aliment ödəyir və vəfatından sonra ona 50 min dollar vəsiyyət edir.

- Dövrünün ən məşhur adamları (Ernest Hemenquey, Moris Şevalye, Raf Vallone, Yul Brinner, Can Qaben və digərləri)  ilə eşq yaşayan, eləcə də Remarkın dəlicəsinə bağlandığı aktrisa Marlen Ditrix ABŞ-a gedəndən sonra yazıçı hər gün ona məktub yazmağa başlayıb.

- Remarkın adı Nobel mükafatına namizəd olan zaman Alman Zabitlər Liqası buna qarşı çıxır. Onlar yazıçını Antantanın sifarişi ilə yazı yazmaqda, eləcə də cəbhədə öldürülmüş yoldaşının əlyazmalarını oğurlamaqda günahlandırıblar. Eləcə də Remark playboy-luqda, ucuz məşhurluqda və vətən satqınlığında ittiham olunub.
 
  
Hazırladı NURAY
ANN.Az