Toğrul Calal – Daxilimizdəki mayak

Toğrul Calal – Daxilimizdəki mayak

Yağışlı ve çənli bir gecənin səhərində xəstəxanada hamı təlaş içində idi, "Yenə hansısa sürücü çənli hava olmasına baxmayaraq sürət limitini aşmış və bir ailənin faciəvi şəkildə ölməsinə səbəb olmuşdu. Üstəlik sürücü sərxoş və maddə qəbul edicisiymiş" Bu sözləri ona həkimin kömekçisi deyirdi. Bir saata yaxın idi ki, həkimi gözləyirdi. Həkim isə həmin sürücünün əməliyyatında idi. Bir ailəni öldürən, üstəlik də sərxoş və maddə qəbul edən birini həkim sağaltmaq üçün bir saatdan çox idi ki çalışırdı. Buna baxmayaraq onu həyatda tutmağı bacarmadı. Özlüyündə düşündü ki, sürücü onsuz da yaşamamalı idi. Buna "İlahi ədalət" deyirlər. Bu fikir beynində dolanırdı.

Həkim əməliyyatdan çıxıb öz otağına gəldi və onu görəndə daha da pis oldu. Çünki onun müayinələrinin nəticələrini bilirdi və bir gündə iki ölüm xəbəri, hətta yaşayan birinə "sayılı günün qalıb" demək onun üçün çox çətin idi. Həkim danışır, o isə sadəcə qulaq asırdı. Sanki həkim başqa bir xəstənin müayinələrinin nəticələrini ona açıqlayırdı. Həkimin yanındaykən sanki onun nə dediyini dərk etməmişdi, amma bayıra atdığı ilk addımda yer sanki onun ayaqları altından qaçırdı. Sanki bir nəfər onun qulağına "sayılı günlərin qalıb" cümləsini qışqırırdı. Əlləri əsir, ayaqları sözünə qulaq asmırdı. Bundan sonra nə edəcəyini düşünürdü. Onda qısa vaxtını istədiyi kimi keçirmək istəyi yox idi. Uzaqdan ölümün ayaq səslərini eşidirdi. İçindəqəribə bir hiss vardı. O hiss ki sağlamlığında heç ölüm haqqında bir dəfə də olsun düşünməmişdi. İndisə düşünmək bir tərəfə artıq ölümü hiss edirdi. Ölümün gəldiyini hiss etmək ölməkdən də qorxuncdur. Vaxtıykən insanların qəlbini qıranda, onları alçaldanda,valideynə əl qaldıranda, onları alçaldanda,haram mal yeyəndə heç ölüm haqqında düşünməmişdi. Düşünməmişdi ki, nə vaxtsa o daöləcək. Həmin anlar o ancaq "yaşamaq" haqqında düşünər, sanki etdiklərilə qəhramanlıq duyar və özünü qəhraman sayardı. Hər günü əyləncədə keçər, bəzən isə heç evinə də getməzdi. Ata-anasını dinləməz, onlara əl qaldırar və onlara zülm edərdi. Bütün bunları göz önünə gətirərək səki ile gedirdi. Vicdanını dilə gətirən isə indiyə kimi heç düşünmədiyi ölüm qorxusu idi, etdiyi günahlarla ölmək qorxusu. 25 ildə bir dəfə də olsun əlini qaldırıb dua etməyən adam günahlarının bağışlanması üçün Allaha yalvarırdı. Amma günah edəndə heç Allah qorxusu yox idi.

Hara gedəcəyini, nə edəcəyini bilmədən piyada gedirdi. İlk dəfə idi ki, belə çarəsiz idi və var-dövləti köməyinə çatmırdı. Bir siqaret yandırıb təsadüfən yanından keçdiyi parkdakı oturacaqda əyləşdi. Ətrafda uşaqlar oynayır,valideynləri isə onlardan biraz aralıda onları izləyirdilər. Biranlıq uşaqlıq illərinə qayıtmaq istədi. Xoşbəxt olduğu illərə. Çünki o vaxt atası, o işdə olanda isə anası həmişə parka aparar,yelləncəkdə oturub saatlarla yellənərdi. Xoşbəxt idi uşaqikən. Nə oldusa dostlarının "bir dəfədən heçnə olmaz" dediyi narkotikə başlamasıyla başladı on birinci sinifdə oxuyarkən. Ailəsi öyrənəndə başqa valideynlər kimi vurmadı onu, nə söydü, nə də onu övladlıqdan rədd etdilər. Əksinə onu müalicə olunması üçün xəstəxanaya yatırdılar. Amma orada da çox qalmadı, qalabilmədi. Xəstəxanadan qaçıb dostlarına qoşuldu. Artıq təkcə narkotik qəbul etmir, həm də satırdı. Bir dəfəsində pula ehtiyacı olduğu üçün evə gəlmiş, anası pul verməyəndə ona hətta əl də qaldırmışdı. 21 yaşında həbsə düşmüş ve bu ağrıya dözə bilməyən anası infarktdan ölmüşdü. O, heç indiyə kimi anasının məzarını da ziyarət etməmişdi. Anasının məzarı harada idi heç bilmirdi də. Bütün bunlar o parkda oturub uşaqlara baxarkən gözünün önünə gəlirdi. İkinci siqareti də bitirib ayağa qalxdı. Artıq qərar qəbul etmişdi. Pislik etdiyi hər kəsi tapıb hamısından halallıq almağa ömrü çatmaya bilərdi. Bu fikirlərlə Qocalar evinə tərəf yönəldi. İlk öncə atasından halallıq almalıydı. O ata ki evini satıb oğlunu həbsdən qurtardı, əvəzində isə oğlu onu imkanı olmasınabaxmayaraq Qocalar evinə yerləşdirmişdi.

Bura ikinci gəlişi idi. İlk dəfə iki il əvvəl atasını bura yerləşdirəndə gəlmişdi. Birinci dəfə gələndə bura ona heç bu qədər baxımsız görünməmişdi. Necə olmuşdu ki atasını belə yerə yerləşdirməyə razılıq vermişdi? İndiki düşüncəsi olsa belə bir addım atmazdı. İçində qəribə bir hiss var idi. Bu hiss ona tanış gəlirdi. Uşaq vaxtı futbol oynayanda qonşunun şüşəsini sındırdığı gün yadına gəldi. Həmin gün də anası onun otağına gəlib atasını cağırdığını deyəndə bu hissləri keçirirdi. Etdiyi şeyin yanlış olduğunu yaxşı bilirdi ve peşman idi. Atası həmişə olduğu kimi oğlunu dinlədi, dinləmədən onu cəzalandırmazdı heç zaman. Oğluna nəsihət verdikdən, ona her şeyi başa saldıqdan sonra ata-bala güc birliyi edib qonşunun şüşəsini dəyişib yerinə yenisini, əvvəlkindən də bahalı və yaxşısını taxmışdılar. Amma indisə hər şey tam fərqliydi və qırılan şüşə deyil qəlblər idi. Ata-bala güc birliyi etsələr belə bu qonsunun şüşəsi təmir etməyə bənzəmirdi. Sayını itirdiyi qədər çox adamı incidib onlara zülm etmişdi başda da atasına. Çat vermiş divarları olan koridorla atasının qaldığı otağa doğru gedirdi. Məsafə azaldıqca sanki ayaqları geri dönüb, arxasına baxmadan qaçıb,ordan uzaqlaşmaq istəyirdi. Daha da yaxınlaşdıqca bu istək artırdı, amma artıq gec idi. Növbətçi qadın qapını açıb ona içəridə olan atasının yatağını göstərdi. Təxminən bir saat olardı yatağın yanında oturmu.du. Gözləri atasındaydı. Atası necə də qocalmışdı. Saçlarında qara tük tək-tük olardı, üzü qırışmış və xəstəliyinin də təsiri ilə rəngi saralmşdı. Həkim elə də ciddi birşeyi olmadığını demişdi. Həkimin bu sözü onu sakitləşdirmişdi, yoxsa az qala onu burden çıxarıb özəl bir xəstəxanaya yatırmaq üçün aparacaqdı. Kiçik bir xəstəliyə görə atasını xəstəxanaya aparmaq istəyən də, atasını Qocalar evinə yerləşdirən də eyni insan idi.Çox yorulmuşdu, bütün günü gəzmişdi. Gözləri yumulurdu get-gedə. Özünə gəlmək üçün həyətə çıxdı, bir siqaret yandırıb skamyada oturdu. Beş il əvvəl ən yaxın dostu yadına düşdü. Narkotikə yeni başladığı günlər idi və dostu onu bu yoldan çəkindirməyə çalışırdı. Bir dəfəsində dostu onu yaxşıca döymüşdü. Əslində istəsəydi əgər dostu ona şillə belə vurabilməzdi, amma dostuna əli qalxmadı. Bunun nəticəsində üç gün xəstəxanada yatmalı olmuşdu. Dostu da onu tək buraxmadı və hər gün onun yanında qalırdı. Polisə də şikayət etmədi dostunu,çünki ən yaxşı dostu idi. Amma indi..indi isə o barmaqlıqlar arxasındaydı. Hər şey yavaş-yavaş yadına düşürdü. Dostunu onu döydüyünə görə polisə verməyən, narkotikə görə dostunu satmışdı. Hər şeyi onun üstünə atıb qurtulmuşdu həbsdən. Onun hansı həbsxanada olduğunu bilmirdi, hətta yaşayıb yaşamadığını da bilmirdi.. Sanki bütün divarlar üstünə gəlirdi.Özünü ələ almağa çalışırdı. "Getsən hər şey bitər, bu yolun daha geridönüşü yoxdu. Ya mən, ya da narkotik" Bu cümlələri ona narkotikə başladığını öyrənəndə sevdiyi qız demişdi. Qızı dəniz kənarında tək buraxıb geri dönəndə verdiyi qərarın doğru olduğuna özünü inandırırdı. Əgər qız onu sevirdisə narkotik buna mane olmamalıydı. Ailələrinin ayırabilmədiyi sevgililəri narkotik ayırmışdı. O qızı 17 yaşından sevirdi. Həm də qızın atasının qarşısına çıxıb qızını sevdiyini deyəcək qədər. Bütün çətinliklərə rəğmən yaşatdıqları sevgini bir narkotikə göre bitirdi. Belkə də o vaxtı narkotik deyil sən desəydi indi hərşey fərqli olardı. Anası da sağ idi bəlkə. Birlikdə xoşbəxt yaşayacaqdılar. Amma həmin an bunları düşünəcək qədər sağlam düşüncəyə sahib deyildi. İndi başa düşürdü ki, qız nəyə görə sevdiyi halda "ya mən, ya narkotik" demişdi. Qız əlindəki kartı riskə atıb son gedişini oynamışdı, ya narkotikdən vaz keçib xoşbəxt olacaqdılar, ya da oğlan "narkotik" deyəcək və əvvəllər qurduqları xəyalların üstünə bir xəttçəkəcəkdi. Narkotik sevdiyi ilə qurduğu xəyallarının qatili oldu,təkcə anasının yox. O bacarmayacaqdı.. Qəlbini qırdığı insanların qarşısına çıxmağı bacarmayacaqdı. Bu o qədər də asan deyildi. Bu fikirlərlə qalxıb getmək istəyirdi ki, nəzarətşi atasının onu cağırdığını bildirdi. Çarəsiz otağa girməyə məcbur oldu. Heç gözləmədiyi halda atası onu gülərüzlə qarşıladı. O çarpayının yanındakı stolda oturdu . Sözə necə başlayacağını, nə deyəcəyini bilmirdi. Sanki sözləri bir araya gətirib cümlə qurma qabiliyyətini itirmişdi. Bu illər ərzində atasının qarşısına çıxacağı günü heç düşünməmişdi. Bəlkə də sağlam olsaydı heç bura gəlməyəcəkdi. Yəni onları narkotik ayırmışdı və indi narkotikin səbəb olduğu xəstəlik onu atasının yanına gətirmişdi. Atası hər şeydən xəbərdar idi. Bu günün gələcəyini bilirdi, amma bunun nə zaman olacağını bilmirdi. Atanın qəlbində qəribə bir sevinc hissi vardı, hər şeyə rəğmən. Və nəhayət sözeə başladı. Hər şeyi danışdı atasına. Onsuz keçirdiyi illəri. Fəxr ediləsi şeylər yaşamamışdı, amma yenə də danışdı. Atasına daha da əzab verdiyini düşünmədən. Danışdıqca gözləri dolur, boğazı qıcıqlanırdı. Danışmaqda çətinlik çəkirdi. Atası isə sakitcə uzandığı yerdən qulaq asır, əlindəki dəsmal ilə yanağına süzülən yaşları silirdi. Bu illərdə polisə düşdüyündən, narko qruplar arası qarşıdurmadan, tutulduğu xəstəlikdən, gunlərinin sayılı olduğundan danışd. Hər şeyi danışdı. Çəkinmədən hər şeyi dedi, amma təkcə bura halallasşmaq üçün gəldiyini deyəbilmədi. Atasına "haqqını halal et" deyə bilmədi. Bu düşündüyü qədər də asan deyildi. Bu bir cümlədən daha artıq idi. Özü deyəbilməsə də atası oğlunun gözlərindən başadüşdü hər şeyi. Qonşunun şüşəsini sındıran oğlunun gözlərindəki məna ilə bu andakı baxış eyni idi. "məni bağışla" baxışı.. peşmanlıq baxışı.. Bu qədər ildən sonra oğlunun gözündə o mənanı görmək, uşaqlıqda olduğu kimi onu sevindirirdi. Onu yanına gətirən səbəb, nə olursa olsun yenə də atanın qəlbində sevinc hissi vardı. Uzun zaman idi bu hissləri yaşamırdı. O hissi öldürən də oğlu olmuşdu, indisə həmin ümidləri canlandıran da elə oğlu oldu. Bir müddət ikisi də susdu. Ikisi də yanlış birşey deməkdən çəkinirdilər sanki. Və nəhayət ata sözə başladı..

Yağışlı gün idi. Yolda gördüyü insanlardan əlindəki kagızda yazılan ünvana necə gedəcəyini soruşa-soruşa nəhayət tapmışdı atasının verdiyi ünvanı. Köhnə, baxımsız həyəti, yarıuçuq həyət divarları olan bir evin qarşısındaydı. Qapını döyməyə cəsarəti çatmırdı. Nəhayət palçıqlı həyətə girib, qapını döydü. Qapını üç yaşlarında olan bir oğlan uşagı açdı. Və ardınca uşağın anas qapıda göründü. Evin şəraiti yox idi demək olar ki, burda bir saat belə yaşamaq olmazdı ama dostu ailəsi ilə burda yaşayırdı, buna səbəb isə özü idi. Bəlkə də elə bu səbəbə görə cçox pis olmuşdu onların bu halına. Uşağın da halı yaxşı deyildi. Geyindiyi paltarlar cırıq-cırıq olmayan hissələrinə isə yamaq vurulmuşdu. Əmin idi ki, yeməkləri də yox idi. Sanki vicdan əzabı görünür olmuşdu. Uşağın gözlərində vicdan əzabını görürdü.. Utanırdı dostuna etdiklərinə görə peşman idi. Ama bu peşmançılıq bir fayda vermirdi. Bu oyun bitdikdən sonra atılan qol kimidi. Zamanında atmadıqdan sonra nə qədər atsan da fayda etməz.. Əlində gətirdiyi çantanı stolun yanına qoyub bunu dostu üçün gətirdiyini dedi və dostunu gözləmədən evdən çıxdı. Onlara kim olduğunu deməmişdi. Onsuz da çantanı açanda görəcəkdilər her şeyi. Dostu kimin gətirdiyini anlayacaqdı

Elə də oldu. Dostu çantanı açanda orada çanta dolusu pul və məktub vardı. Həyəcanlı şəkildə məktubu açıb oxumağa başladı.. "Mən qayıtdım. Ünvanını da atamdan almışam. O məni bağışladə hər şeyə rəğmən. Oğlunun da xəstə olduğundan xəbərdaram, bu pulları bağışlanmaq üçün qoymamışam. Yalvarıram bu yardımımı qəbul elə, səndən həyatını almaşdım amma oğluna həyat vermək istəyirəm. Sənin həyatına qarşılıq oğlunun həyatı"

Məktub bitəndə dostunun gözləri yaşardı, qəribə hisslər keçirirdi. Başqa cür qarşısına çıxıb pul versəydi qəbul etməzdi ama oğlunun həyatı təhlükədə idi və o öz həyatının qatilnin oğlunun həyatının qurtarıcısı olma şansını verməyə məcbur idi.. Hər gün olduğu kimi bugün də atasının yanına getdi. Onunla söhbət edir, atasının qayğısına qalırdı.İkisi də keçən illərin acısını çıxarırdılar sanki. Sənədləri hazırlamışdı, 2-3 günə çıxaracaqdı atasını bu cəhənnəmdən. Halbuki özü gətirmişdi atasını bura.. Ağrıları da artırdı gündən-günə, son dəfə həkimin qəbulunda olanda həkim xəstəliyin gözlədiyindən də tez bədəninə yayıldığını bildirdi. Onsuz da sayılı olan günləri daha da azalmışdı. Çox vaxtı qalmamışdı. Ölüm ona dırnağın ətlə yaxınlığı qədər yaxın idi. Bütün varlığı ilə hiss edirdi ölümü. Son dəfə sevdiyi qızla görüşüb ona da olanları danışmaq istərdi, amma qızın evli olduğunu öyrənmişdi. Buna üzülməyə haqqı yox idi ama yenə də qəlbində incimişdi. Bütün bunları düşünərək anasının məzarına gedirdi. Anasının ən sevdiyi nərgizgülündən də almışdı. Uşaq vaxtı qaldıqları evi yenidən satın almışdı və atasını da çıxarıb birlikdə yaşayacaqdılar. Hər şeyi düzəltməyə çalışırdı. Son döngəni də dənəndən sonra anasının yatdığı qəbrstanlığı görəcəkdi. Ama o döngəni dönən anda başında öldürücü ağrı hiss etdi, gözləri qaraldı və yerə yıxıldı.Son gördüyü isə anasının yatdığı məzarlıq oldu.. " Bir kişi oğlunun etdiyi pisliklərdən, insanların ondan narazıçılığından bezib oğlunu yanına cağırır. Ona məsləhət verir, dəyişillməli olduğu halda uzun-uzun danışır. Amma bunun xeyri olmayacağını düşünüb oğluna bir kiçik taxta parçası verdi və etdiyi hər pislikdəbu taxtaya bir mismar vurmasını istədi. Oğlu heçnə demədən ağacı götürüb getdi. Bir müddət sonra oğlu yenidən atanın yanına gələndə taxta parçasında bir mismar vurmağa belə yer yox idi. Oğlan özü də bundan məyus olmuşdu. Kişi taxta parçasını oğluna qaytardı və bundan sonra yaxşılıq edərək bu taxtadakı mismarları azalda biləcəyini dedi. Bir yaxşılığa qarşılıq bir mismar.. Günlər keçir və oğlan atanın yanına sevincli halda gələrək taxtanı göstərərək heç bir mismarın qalmadığına sevinirdi. Atası isə dediyi sözlə oğluna çox böyük dərs verdi. Kişi taxtanı əlinə götürərək: -oğul, mismarların hamısını çıxarmısan, afərin, amma bu mismarların taxtada izi hələ də qalır, etdiyin yaxşılıqlara rəğmən"

Güclü külək əsirdi. Az qala adamı sürüyüb aparacaq şiddətdə. Köhnə, kimsəsiz qalmış bir evin həyətində polis zabitləri durub söhbət edirdilər. Evdə tapılan cəsəd haqqında öz fikirlərini bölüşürdülər. Hamısının ortaq qərarı oğlanın "qızıl vuruş"dan dünyasını dəyişdiyi oldu. Yəni dozanı çox elədiyi üçün bədəni tab
gətirəbilməyib narkotikə. Onların gördüyü sadəcə ağzından köpük gəlmiş 25 yaşındakı bir cəsəd idi. Onun dəyişmək istədiyindən, gerçəkləşdirmək istədiyi arzularından, hələ halallaşmalı olduğu insanlardan xəbərsiz idilər.. Səhərisi gün bütün qəzətlər "qızıl vuruş"dan yazmışdı. 25 yaşlarında olan bir oğlanın artıq dozadan öldüyünü həkim müayinəsi də təsdiqlədi. Oğlanın əlindəki izlərdən yola çıxaraq polislər qatili müəyyənləşdirib 24 saat ərzində tutdular. Və qatill zamanında onu narkotikə öyrəşdirən "dostu" idi. Oğlanınəllərini bağlayıb onun damarlarına yüksək dozada narkotik vurub, onun ölümünü intihar kimi göstərməyə çalışdığını sorğu-sualda etiraf etdi. Dostunun uşağı onun verdiyi pulun hesabına sağaldı. Dostunun ona olan nifrəti yoxa çıxmışdı. Yolda görsə qucaqlayacaq qədər ona qarşı məhəbbət yaranmışdı qəlbində. Atası da onu bağışlamışdı. Əvvəlki evlərinə qayıdıb, oğlunun dostu ilə birlikdə yaşamağa başladılar. Kiçik, xoşbəxt bir ailə kimi. Onun bütün bunlardan xəbəri olmadı, hətta dostunun oğlu ilə adaş olduğundan belə xəbərsiz getdi bu dünyadan. Hər həftə onlar birlikdə oğlunun məzarı üstünə gedirdilər. Anasının məzarından xəbərsiz olan oğlunu anasının yanında basdırmışdılar. Uşaqlıqda olduğu kimi indi də ana-bala yan-yana yatmışdılar. Amma bu yuxu əbədi idi. Bir daha onları heç kim ayıra bilməyəcəkdi.

 

 

Toğrul Calal