“Uliss” romanı Azərbaycan dilinə tərcümə edilir

“Uliss” romanı Azərbaycan dilinə tərcümə edilir

20-ci əsrin ən böyük yazarlarından olan James Joyce-un "Uliss” romanının Azərbaycan dilinə tərcüməsinə start verildi.  

Azadlıq Radiosunun "Oxu zalı”nın sifarişi ilə şair, tərcüməçi Zahid Sarıtorpaq bu irihəcmli və çox mürəkkəb əsərin ilk fəslini artıq Azərbaycan dilinə çevirməyə başlayıb.  (Yaxın həftələrdə oxucuların mühakiməsinə təqdim edəcəyik)

Dünya modernist nəsrinin incilərindən olan, öz yeni yanaşması ilə ənənəvi Avropa mədəniyyəti, ədəbiyyatının sütunlarını laxladan, amma eyni zamanda ən çətin oxunan əsərlərdən sayılan "Uliss” daha asan qavranması üçün qeyd və izahlarla müşayiət olunacaq. /oxuzali.az/