Xalq artisti Murad Hüseynovun Fransanın “Mezzo” kanalında təqdimatı davam edir

Xalq artisti Murad Hüseynovun Fransanın “Mezzo” kanalında təqdimatı davam edir

Fransanın "Mezzo” klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları təqdim olunmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, dekabrın 5-dək mütəmadi olaraq təkrarlanacaq konsertin növbəti yayımı noyabrın 18-də Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

Konsertlə bağlı telekanal öz efirində və sosial şəbəkə hesablarında anonslar təqdim edir.

Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı ifaçı, Xalq artisti Murad Hüseynov dünyaca məşhur olan violin ifaçisi Vadim Repin ilə birlikdə dünya şöhrətli bəstəkar Qara Qarayevin sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirəcək. Əsərlər Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə bəstəkarın 100 illik yubileyi ərəfəsində lentə alınıb. Qeyd edək ki, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə tanınmış violin ifaçısı Maxim Vengerovun ifasında dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı da yaxın günlərdə telekanal vasitəsilə yayımlanacaq.