Xalq rəssamı beynəlxalq Rembrant qızıl medalına layiq görülüb

Xalq rəssamı beynəlxalq Rembrant qızıl medalına layiq görülüb

Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov İtaliyanın Milan şəhərində keçiriləcək təntənəli tədbirə dəvət alıb.

Azərbaycanlı rəssam dünya incəsənətinin inkişafında xidmətlərinə görə Hollandiyanın təsis etdiyi Rembrant qızıl medalına layiq görülüb.

Beynəlxalq mükafat İtaliyanın Milan şəhərində noyabrın 29-da keçiriləcək tədbirdə Xalq rəssamı Sakit Məmmədova təntənəli şəraitdə təqdim olunacaq.

Xatırladaq ki, S.Məmmədov UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, "Vətən övladı” qızıl ordeninin, "Dədə Qorqud” mükafatının, Leonardo da Vinçi medalının, "Avropanın şərəfi” ordeninin, Rusiyanın nüfuzlu "Minilliyin adamı” mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, akademiki, Vatikan Zadəgan Heraldika Akademiyasının qrafıdır və onlarla digər təltiftləri var.