Yarı Tanrı, yarı adam dünyanın (ŞEİR)

Yarı Tanrı, yarı adam dünyanın (ŞEİR)

Hikmət Nikbin

Qara bulud torpağını daşlayır ,
Gün daşıyla dodağını yaşlayır,
Ulduzları gecəsində qışlayır,
yarı Tanrı, yarı adam dünyanın!

Kimsə bilməz başlarlamı, başlamı ,
Neçəyədir, nəyi sevir, xoşlamır?
Güzəranı baharlamı, qışlamı,
yarı Tanrı, yarı adam dünyanın?

Ömrümüzü əridir, dağ eləyir,
Görürsən ki, bizi torpaq eləyir,
İldırımı şitənir, ağ eləyir,
yarı Tanrı, yarı adam dünyanın !

Ağrımıza bal arısı olubdur,
Çöllər! Günəş öz qarısı olubdur!
Razılaşıb tez qarısı olubdur,
yarı Tanrı, yarı adam dünyanın!

Tapammadım ayağını, başını,
Hikmət Nikbin ildən, gündən qoşunu .
Uzun gəldi ömrümüzdən arşını,
yarı Tanrı, yarı adam dünyanın!