Yeni kitab:

Yeni kitab: "Şeytanın missiyası"

“Alatoran” dərgisinin əlavə yayınları olaraq yeni - “Ən yeni Azərbaycan hekayəsi” seriyasından ilk kitab çapdan çıxıb.

Gənc yazıçı Ülviyyə Tahirin “Şeytanın missiyası” hekayələr toplusu seriyanın ilk kitabı ünvanını qazanıb.

Dərgi bildirir ki, "adı çəkilən seriyanın yaradılması hekayə janrını diqqət mərkəzinə gətirmək, çağdaş ədəbiyatımızın janr imkanlarını genişləndirmək məqsədi daşımaqdadır".

Ü.Tahirin bu ilk kitabında oxuculara bir povesti və 18 hekayəsi təqdim olunmaqdadır.

"Povest və Hekayələr bu günkü Azərbaycan reallıqlarının adi gözlə görünməyən qatlarını gözlər önündə sərgiləməkdədir",