Yusif Hansen – Müasir ədəbiyyatda qız tutan yazarlar

Yusif Hansen – Müasir ədəbiyyatda qız tutan yazarlar

Ədəbiyyat həyatımızın ayrılmaz hissəsi olaraq bizdən öncə də olmaqla yanaşı, sonra da olacaq, oxunacaq. Sadəcə oxunma vasitələri dəyişəcək. Ədəbiyyat insanı, fikrlərini yaxşılığı doğru dəyişdirə biləcək yeganə vasitədir. Bəs ədəbiyyatın aparıcı siması olan yazarlar oxucularıqane edəcək işlər ortaya qoya biləcəkmi? Bu sualı bizim müasir ədəbiyyatda aid edirəm, xarici ədəbiyyata deyil.

Artıq bir neçə ildir ki, müasir ədəbiyyatı izləyirəm. Sadəcə oxucu kimi. Müasir ədəbiyyat deyəndə açığı utanıram. Ədəbiyyat sözünün adı var, özü isə yoxdur. Həm gənc, həm də yaşlı nəsil yazıçıların yaradıcılığı ilə tanış olduqda açıq-aşkar görmək olar ki, ortaya çıxardıqları bir iş, əsər yoxdur. Amma ağızlarını açanda elə danışırlar ki, elə bil Nobelə layiq olublar da verməyiblər.

Yaşlı nəsil onsuz ortada görünmür. Çəkiliblər, öz isti kreslolarında oturaraq ölümlərini gözləyirlər. Gənc nəsil isə ayrıca konsertdir. Elə bil ədəbiyyata gəlməyin əsas şərti Anarı söyməkdir düşünüb ilk öncə ortaya bir iş çıxarmadan başlayırlar gül ağızlarını açıb söyməyə. O ki söyməklə bir balaca məşhurluq qazandılar, keçirlər guya ortaya iş çıxarmağa. Amma böyük ehtimal istedadın olmadığını bəlkə də anlayaraq düşürlər facebook-un canına. Bütün günü işsizlikdən, pulsuzluqdan yazmağa, kef məslislərindən şəkillər paylaşmağa. Cinsi əlaqəni, siqareti, içkini təbliğ edənləri, statusda qız tutmağa çalışan, yazıçılığın adını batıranların isə adını çəkməyə adamın dili gəlmir.

Ədəbiyyat dönüb olub bazar, ucuz şou biznes qalmaqallarının məkanı. Baxdıqca vəziyyətə adamın ağlamağı gəlir.

Anladığım, hal-hazırda ədəbiyyat ictimai işdir. Bunu qapıdan girəndə anlayıb da addım atmaq gərək. Yoxdur pul burda, anlaşılmayacaq nə var ki.

Gəlim əsas məsələyə. Hal-hazırda niyə şedevr əsərlər yazılmır? Çünki, yazıçıların başı qarışıb arağa, qızlara. Yazmaqdan başqa nə desən onunla məşğuldurlar. Utanmaq lazımdır. Hər kəs gərək öz peşəsinin profesionalı olmalıdır. Adicə gənc, 22 yaşlı yazar Məsudə Cabbarın kitabı 1 həftəyə satılıb qurtarır, internet üzərindən 10 minlərlə oxunur. Bəs o özünü yazıçı sayıb da alkaşlıqla məşğul olanların kitabları hardadır? Açıb oxuyanda əvvəli, ortası və axırı bir-birinə uyğun gəlmir.

Toxunulası digər məsələ yazlan əsərlərin mövzusudur. Cəmiyyətimizdə işlənilməsi lazım olan o qədər mövzu varkən niyə o barədə yazılmır ki? Kasıbçılıq, aclıq, paxıllıq, rüşxətxor məmur və s. bu mövzulara niyə toxunulmur? Çox gözəl də bilinir ki, yazıçıların başı bir-birinə paxıllıq, qonorar davası etməklə məşğuldur. Millətin dərdi isə yenə də heç kimin vecinə deyil.

Köşə yazıları yazılır, millət ümumilikdə tənqid edilir. Amma problemin çıxış yolu göstərən yoxdur. Kitabların satılmamasını isə bəhanə gətirib durmaq ağılsızlıqdır. Belə sual ortaya çıxır. Bəs ölkədə 10 min tirajla çap edən yazıçının əsərləri niyə oxunur onda? O dədiqə həmin insan ciddi mövzularda yazmır deyə replika atmaqla iş bitmir. 500 tirajla kitab çap edib boş zallarda təqdimat keçirmək, sonra da onu dost-tanışa satmaq yazıçı olmaq deyil. Yazıçının işi isə tam ayrıdır. İşinin nə olmasını bilmək istəyənlər isə ən azından google-da axtarış verib öyrənə bilər.

Yusif Hansen