
Redyard Kiplinq. Əgər (şeir)
- 26.12.2019
- 0 Şərh
- 4193 Baxış
Ətrafda
ağlını itirsə hər kəs
Təkcə sən
qorusan soyuqqanlığı,
Əgər üz
çevirsə ən yaxın dostun
Qalmasa
bir arxan özündən ayrı,
Təlaşsız,
təmkinlə susaraq həm də
Yalana
yalanla cavab vermədən
Özünü qəzəbə
hədəf etmədən
Və həm
də təkəbbür satmadan əsla,
Əgər əlindəysə
nəfsin cilovu
Əksinə
o sənə hakim deyilsə
Möhkəm
ol yenilsən, yensən də əgər
Bil ki
bir maskadır bunlar üzündə
Və əgər
özünü hazır bilirsən
Sözdən
söz çıxaran oyunbazların
əlindən
qurtulub yenə də təkrar
O əski
gücünü qaytara bilsən
Və əgər
səninçün adi bir şeysə
Uduzub
hər şeyi yenidən udmaq,
Hər
şeyi buraxıb masa üstünə
Təkrar
uduzaraq buna yanmamaq,
Və elə
bir halətə düşəsən ki sən
Bir
addım atmağa bir can verəsən
İlləri
arxada qoyandan sonra
Quruca
bir iradən səni saxlaya.
Dövlət
qulluğuna dursan da əgər
Sadə
camaatla keçinə bilsən
Hər kəsin
fikrinə hörmət göstərib
Hakimin
yanında boyun əyməsən,
Böyük hədəflərə
qoşaraq həm də
Hər anı
şərəflə yaşaya bilsən
O zaman
bu dünya sənindir, oğlum!
Və ən
önəmlisi, insansan, - İnsan!
Tərcümə:
Rasim Qaraca