“Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq
TEATR
- 22.09.2023
- 0 Şərh
- 3728 Baxış
Sentyabrın 24-də Akademik Milli Dram Teatrında "Ah, bu uzun sevda yolu” tamaşası 50-ci dəfə nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Yarpaq.Az-a verilən məlumata görə, Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum rejissorumuz, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimidir.
Tamaşada rolları Əməkdar artistlər Anar Heybətov (Müşfiq), Münəvvər Əliyeva (Dilbər), Ayşad Məmmədov (Frençli kişi), Xalq artisti Hacı İsmayılov (Müdrik şair), Əməkdar artistlər Elnar Qarayev (Dost şair), Mehriban Xanlarova (Qadın şair), aktyorlar Rüstəm Rüstəmov (Novator şair), İlyas Əhmədov (Düşmən şair), Vüsal Mustafayev (Qorxaq şair), Xədicə Novruzlu (Gülər), Rada Nəsibova (Qadın) ifa edəcəklər.
Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Qeyd edək ki, səhnə əsəri görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunub.