Andrey Platonovun “Çevenqur”u ilk dəfə Azərbaycan dilində
YENİ KİTABLAR
- 09.10.2023
- 0 Şərh
- 7570 Baxış
Dövlət Tərcümə Mərkəzi Rusiya Tərcümə İnstitutunun qrant layihəsi çərçivəsində rus ədəbiyyatının görkəmli nümayəndəsi, dünya şöhrətli yazıçı Andrey Platonovun məşhur "Çevenqur” romanını Azərbaycan dilində nəşr edib.
Dünya ədəbiyyatşünaslarının qənaətincə, mövzu baxımından lirik satira, fəlsəfi, ideoloji roman, xalq epopeyası, faciəvi utopiya və antiutopiya kimi müxtəlif janr və ədəbi cərəyanları özündə birləşdirən əsər "Andrey Platonovun "Çevenquru” adlı Ön sözlə təqdim edilir.
Əsərin orijinaldan Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış tərcüməçi İlqar Əlfi, redaktorları – Bəhlul Abbasov və Şəfiqə Şəfadır.